Azərbaycanca

“Ermənistan balaca kimsəsiz bir dövlətdir”

03.07.2014 | 14:56

1404384859_azerin111Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni  Azərin “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına maraqlı müsahibə verib. Azərin xanımla müsahibəmiz əsasən, vətənpərvərlik, azərbaycançılıq və Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində oldu.

–      Azərin xanım, Vətən sevgisi insanda formalaşan vacib və ali hisslərdən biridir. Siz öz şəxsiyyətiniz və sənətinizlə bunu sübüt edirsiniz.  Gənclərin vətənpərvərliyi sizi qane edirmi?  

 

İlk növbədə Vətənə olan sevgini aşılamaq valideynin borcudur. Daha sonra orta məktəbdə Vətənə baxışın necə olmasını müəllimlər şagirdlərə başa salmalıdırlar. Torpaqlarımızın  20 faizinin işğal altında olmasını , 1 milyona yaxın həmvətənimizin qaçqın və məcburi köçkün  olması barədə balacalardan tutmuş böyüyə qədər hər kəsi məlumatlandırmaq lazımdır. Bir sənət adamı olaraq öz repertuarlarıma vətənpərlik mövzüsünda mahnılar daxil etmişəm. İctimai xadim kimi vətənim, ordum, milli qəhrəmanlarımla bağlı ictimaiyyətə mütəmadi mesajlar verirəm. Məlumdur ki, Türkiyənin TRT Avaz kanalında da çalışıram. Həmin kanalda yayımlanan proqramda Qarabağ probleminin tək Azərbaycanın deyil, bütün türk dünyasının problem olduğunu dəfələrlə dilə gətirmişəm.

 

“Qarabağda uşaq dünyaya göz açan zaman segah söyləyir”

 

–      Azərin xanım, Qarabağda olmusunuzmu? Qarabağ haqqında fikirlərinizi bilmək istərdik.

 

Təəssüflər olsun ki, Qarabağı görmək mənə nəsib olmayıb. O diyarın necə gözəl, əsrarəngiz təbiətə malik olduğunu böyüklərimdən eşitmişəm. Qarabağı həm də musiqinin paytaxtı hesab edirlər. Əbəs yerə deyil ki, ən gözəl səsə malik olan sənətçilər məhz bu bölgənin yetirmələri olub. Türkiyədə olarkən belə bir ifadə eşitdim və o kəlməyə çox təəccübləndim. Türklər deyir ki, “Qarabağda uşaq dünyaya göz açan zaman segah söyləyir”.

İlk ifa etdiyim mahnı da Cahangir Cahangirovun “Qarabağ” mahnısı olub. 1990-ci ildən bu günə kimi Qarabağ bizim yaralı yerimiz olaraq qalır. Onu demək lazımdır ki, Qarabağı görmədən böyüyən uşaqlarımız var. Hansı ki, o uşaqlar indi gənc insanlardır. Düşünürəm ki, həmin uşaqların valideynləri Qarabağ barəsində onları məlumatlandırmalıdırlar. Qarabağı anlatmaq lazımdır ki, gənc nəsil belə bir gözəl diyar barəsində bilgili olsun. Qarabağ artıq "Ermənistan balaca kimsəsiz bir dövlətdir"bizim qan yaddaşımızdır. Çünki Qarabağ bizim üçün sağalmaz dərddir. Hər dəfə “Laçın” əsərini ifa edərkən kövrəlirəm.  Hətta bir dəfə TRT Avaz-da yayımlanan proqramı aparan zaman Özbəkistanın məşhur müğənnilərindən biri mənə yaxınlaşıb dedi ki, Azərin xanım sizin ifanızda “Laçın” mahnısına çoxlu sayda qulaq asdım  və istəyirəm ki, sizinlə duet oxuyum.

 

–      Qarabağ azad olunarsa, ilk olaraq hansı bölgəyə səfər etmək istərdiniz?

 

Mənim bir arzum var. Arzum oldur ki,  Qarabağ azad olunsun və mən bu bölgənin hər bir ərazisində konsert verim. Öz musiqiçilərimlə birlikdə Qarabağ turnesinə çıxım. Bu yaxınlarda Ağdamın cəbhə bölgəsində əsgərlər üçün konsert verdim. Və orda olarkən dedim ki, inşallah işğal altında olan Ağdamın qalan hissəsidə  geri alınar və bütöv Qarabağda konsert verərəm.

 

–       Dünyanı gəzən bir sənət adamı olaraq Qarabağı tanıtmaq, ermənilər tərəfindən işğal edilməsini bəyan etmək istiqamətində hansı işlər görürsünüz?

 

Bir çox xarici ölkələrdə olarkən “Qarabağ” mahnısını ifa etməzdən öncə çalışıram o səhnədə əyləşən əcnəbi tamaşaçıları məlumatlandırım. Etiraf edək ki, əcnəbi mahnının musiqisindən zövq alır və sözlərin nə məna verdiyini  dərk edə bilmir. Ona görə də mən səhnəyə çıxan zaman mahnı oxumamışdan öncə  5  dəqiqədə olsa Qarabağ haqqında tamaşaçıları məlumatlandırıram. Onlara Azərbaycan torpağının bütöv olduğunu, Qarabağ torpağının hazırda işğalçı dövlət olan Ermənistan tərəfindən işğal olduğunu deyirəm.

 

–       Qarabağ haqqında yazılan mahnıları, əsərləri ifa edərkən hansı hissləri keçirirsiniz?

 

Dediyim ki, “Laçın” mahnısını ifa edərkən kövrəlirəm. Konsert proqramlarımda və ya ictimai tədbirlərdə iştirak edərkən bir çox insanlar məni qucaqlayıb ağlayaraq deyirlər ki, bəs Azərin xanım sizin ifa etdiyiniz mahnılar bizim yaramızı göynədir. Mən həmin insanlara ağlamamağı və torpaqlarmızın azad olunması üçün hər kəsin əlbirliyi ilə bir olmasını deyirəm.

 

 

–      Bəzən belə bir fikir səsləndirirlər ki, sizin ifa etdiyiniz mahnılar bütün kütlə üçün yox, müəyyən qrup insanlar üçündür…

 

Əgər bu gün Azərbaycanın bir qrup kütləsinin yox, bütün xalqının 20 faiz torpağı işğal altındadırsa, mənim ifa etdiyim mahnılar hər hansı bir balaca kütləyə aid ola bilməz. Mahnılarım xalqa xitab edən mahnılardır və düşünürəm ki, xalqa da lazımlıdır. Bu gün Azərbaycanın həqiqətlərini hamımız bilirik, Qarabağın işğalı yaşında gənclərimiz var.

 

–      Sizcə, Qarabağ problemi dünyaya yetərincə çatdırılırmı?

 

Məncə, çatdırılır. Amma dünyada o qədər hadisələr baş verir ki, Qarabağ demək olar ki, kölgədə qalır. Ölkə başçısı İlham Əliyev, bəzi sənət adamları, ictimai xadimlər, media təmsilçiləri mütamadi olaraq Qarabağ haqqında danışır. Amma əfsuslar ki, bəzi ölkələr bizim səsimizə səs vermir.

 

Torpaq üçün savaşmaq lazımdır

 

 

–      Siyasəti izləyirsinizmi, Qarabağ danışıqları barədə nə deyə bilirsiniz?

 

Kütləvi İnformasiya Vasitələrini  (KİV) izləyirəm. Qarabağla bağlı yayılan hər bir məlumatdan xəbərdaram. O ki qaldı, Qarabağla aparılan danışıqlara deyə bilərəm ki, Qarabağın azad olunması Rusiyanın əlindədir. Ermənistan balaca kimsəsiz bir dövlətdir.

Biz Azərbaycan olaraq çox səy göstəririk ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Hər insan istəyir ki, sülh olsun. Biz heç bir zaman savaşı sevən xalq olmamışıq, hər zaman sülh, əmin-amanlıq içində yaşayan bir xalq olmuşuq və belə də davam etməsini istəyirik. Hazırda bunu dünyaya da göstəririk ki, biz sülh istəyirik. Ancaq düşünürəm ki,  çarəsiz qalanda əks tədbir görməyə də gücümüz çatan bir xalqıq. Biz Azərbaycan türkləri olaraq tarixdə böyük bir keçmişimiz var. Nə qədər savaşan insanımız olub, sadəcə kişilər yox, onların içərisində qadınlar da olub.  Düşünürəm ki, torpaq üçün savaşmaq lazımdır. Çünki, torpaq bizim namusumuzdur.

 

 

Ermənilərin gözəl mahnıları yoxdur ki…

 

 

–      Tez-tez şahidi oluruq ki, ermənilər bizim mahnıları oğurlayır. Bu məsələyə münasibətiniz necədir?

 

Mən erməniləri  qınamıram (gülür). Neyləsinlər onların gözəl mahnıları yoxdur ki, bizim mahnılara müraciət edirlər. Sənət nümayəndələri ermənilərlə üz-üzə müharibə aparmır. Onlarla cəbhə bölgəsində olan hərbçilərimiz qəhrəmancasına mübarizə aparır. Bir mahnının davasını tək müğənni deyil, aidiyyəti qurumlar da bunun davasını aparmalıdır.

 

 

 

–      Azərin xanım, siz tez-tez xarici ölkələrdə konsert verirsiz. Heç olubmu ki, ermənilər sizə yaxınlaşıb nəsə desinlər?

 

"Ermənistan balaca kimsəsiz bir dövlətdir"Ermənilər mənlə dava edirlər. Öz “Facebook” səhifəmə mütamadi olaraq mənfur düşmənimizin nümayəndələri  nəsə yazırlar. Düzdür, onların dilini başa düşmürəm. Amma hiss edirəm ki, mənə etiraz edirlər. Onlar mənimlə virtual olaraq savaş aparırlar.

2000-ci ildə  Qazaxıstanda “Asiyanın səsi” adlı festivalda iştirak edən zaman ermənilərlə bağlı maraqlı hadisə ilə üzləşdim. Bu hadisəni  heç vaxt unuda bilmirəm. Həmin müsabiqədə “Sevgili canan” mahnısını ifa edəndən sonra festivalda iştirak edən erməni iştirakçının atası mənə yaxınlaşıb dedi ki, “Sevgili canan” mahnısı guya erməni yazar Sayyad Qurbanının əsəridir. Mən ona başa saldım ki, “Sevgili canan” Üzeyir Hacıbəyov və klassik yazarımız Nizami Gəncəvinin əsəridir. Nizami Gəncəvi nə zaman yaşayıb yaradıb, Sayyad Qurbani nə zaman. Həmin şəxsə dedim ki, yalan danışarkən ən azından tarixlə maraqlanın. Adıçəkilən müsabiqədə qalib olmadım. Sadəcə xalqın sevimlisi laureatına layiq görüldüm. Müsabiqədə yer tutmamağım ən çox erməni iştirakçını təsirləndirmişdir. Həmin erməni hər kəsin önündə mənə  yaxınlaşıb dedi ki, bu müsabiqədə haqsızlıq oldu. Siz qalib olmalı idiniz.

 

–      Siz Xocalı hadisələri ilə bağlı konfranslarda iştirak edirsiz. Bu cür tədbirlər sizə necə təsir edir?

 

İki il öncə Türkiyədə Xocalı faciəsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Xocalı hadisəsini gözü ilə görən şahidlər iştirak edirdi. Xocalı faciəsi qurbanlarının danışıqlarını eşidən tədbir iştirakçıları heyrətə gəlirdilər. Həmin tədbirdə düşündüm ki, mənim ürəyim dayanar. Bir var əsirlərin başına gələn hadisəni mətbuatda oxuyasan, biri də var o hadisənin canlı şahidindən eşidəsən. Bu bizim qanlı tariximizdir.

 

–      Bir sıra türk vətəndaşları deyir ki,  onlar Azərbaycana gəlməzdən öncə Xocalı faciəsindən xəbərdar deyildilər. Siz tez-tez Türkiydə olursuz. Doğrudanmı, türlkər bizim yaralı tariximizdən xəbərdar deyillər?

 

Düzdür, mən sizinlə razıyam. Bəzi türk vətəndaşları var ki, onların Qarabağın işğal olunmasından, Xocalı faciəsindən bixəbərdirlər. Düşünürəm ki, Xocalı hadisələri ilə bağlı nə qədər çoxlu tədbir keçirilərsə əcnəbilər bir o qədər çox məlumatlı olarlar. Tək Xocalının işğal günü deyil, hər gün belə tədbirlər təşkil olunmalıdır. Konfranslar tək Türkiyədə deyil, Avropa ölkələrində də olmalıdır. Dövlətimizin apardığı siyasət nəticəsində artıq ABŞ-ın bir neçə ştatı Xocalı faciəsini tanıyıb.

 

–      Əsirlikdən azad olunanlarla görüşmüsüz?

 

Bəli, əsirlikdən azad olunanlarla görüşmüşəm. Mən deyərdim ki, onlarda olan qürür bəlkə də çox adamda yoxdur. Onların əksəriyyəti yaxınlarını, doğmalarını itirib amma öz mənliklərini qoruyurlar. Yadımdadır, Türkiyədə təşkil olunan konfransların birində əsirlikdən azad olunanlar, məcburi köçkünlər başlarına gələn hadisələri tədbir iştirakçılarına nəql edirdilər. Bir neçə türk vətəndaşı onlara qulaq asandan sonra dedi ki, bunlara pul yığıb ev almaq lazımdır. Əsirlikdə azad olunan qadınlar biri həmin türkə sarı dönüb dedi ki, “biz sizdən minnət ummağa, ev istəməyə gəlməmişik. Bizim bura gəlməkdə məqsədimiz odur ki, sizin xəbəriniz olsun ki, Azərbaycan türkünə nələr edilib. Birlikdə Xocalıya qayıdaq”. Bu sözləri əsirlikdən azad olunan qürurlu qadın dedi.

 

Qadınlar arxa cəbhədə döyüşə bilərlər

 

–      Torpaqlarımızın azad olunması üçün nələr edərdiz?

 

Torpaqlarımızın azad olunması üçün müharibəyə getməyə belə hazıram. Belə deyəndə deyirlər ki, pafoslu danışıram Amma qadınlar da arxa cəhbədə kişilərə dəstək ola bilərlər.  Yetərki Qarabağ qayıtsın. Əlimə silah belə almağa hazıram.

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

03.07.2014 14:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*