Azərbaycanca

Erməni-rus münasibətləri dəyişəcəkmi?

29.01.2015 | 10:40

arton107157-379x253

 

Təqribən bir il yarım əvvəl Rusiyanın 102 nömrəli hərbi bazasının yerləşdiyi Gümrü şəhəri Rusiyanın Prezidenti Vladimir Putini təntənə və dalğalanan bayraqlar ilə qarşıladı. İndi isə etirazçılar şəhərdə Rusiya bayrağını ayaqlar altına atır.

 

 

 

 

 

 
Ermənistan hökumətinin bir ailənin qətlə yetirilməsində təqsirli bilinən rus əsgərini nəzarət altına ala bilməməsi vəziyyətin bu tərzdə dəyişməyinə təkan verdi. Xatırladaq ki, həmin əsgər ən cavanı 2 yaşında olan bir ailənin 6 üzvünü öldürüb. Baxmayaraq ki, erməni Baş prokuror Gevorq Kostanyan təqsirləndirilən şəxs Valeri Permyakovun Ermənistanda mühakimə ediləcəyini bildirib, istintaqı icra edən orqana görə vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır: Permyakov ya saxlandığı 102 nömrəli bazadakı Rusiyanın hərbi məhkəməsi ya da Ermənistan məhkəməsi qarşısına çıxarılacaq.
Yerli analitiklərin fikirlərinə görə bu suala dəqiq bir cavabın verilməməsi Moskvanın Cənubi Qafqazdakı əsas müttəfiqi Ermənistan və Rusiya arasındakı güclü tarixi əlaqəni təhlükə altında qoyur.

 
15 yanvarda Avetisyan ailəsinin basdırılmasından bir neçə saat sonra Gümrüdəki Rusiya nümayəndəliyinin binasına daxil olmağa çalışan yüzlərlə etirazçılar və polis arasında toqquşmalar baş verdi. Onlar Permyakovun erməni polisinə təhvil verilməsini, eləcə də Ermənistan məhkəməsində mühakimə edilməsini tələb edirdilər. Ən azı 13 nəfər qarşıdurmalarda xəsarət alaraq xəstaxanaya yerləşdirildi. Aralarında jurnalist və insan hüquqları müdafiəçilərinin də olduğu 12 şəxs saxlanıldı.

 
Rusiya Gümrü bazasını tərk etdiyi üçün Permyakovu mühakimə etmək hüququna malik olduğunu iddia edir. Azadlıq radiosundan alınan məlumata görə Ermənistan hökumətinin nümayəndələrinə təqsirləndirilən şəxsin təcridxanada saxlandığını yoxlamaq üçün 102 saylı hərbi bazaya daxil olmağa icazə verilib. Onlar bildiriblər ki, etirazçıların narahatlığı Rusiyanın səlahiyyətli nümayəndələrinə çatdıracaqlar.

 
Bununla bela bir çox ermənilər öz dəyərlərini qurban vermək istəmirlər. Şübhəsiz, əhalisi üç milyondan da az olan bu kiçik ölkədə ailə ən müqəddəs sosial nəsnədir. Ailənin cəmiyyətdəki statusu regionun digər ölkələrində də güclüdür. Lakin, Ermənistanda müharibə, soyqrım və böyük immiqrasiya səbəblərindən dolayı ailəyə xüsusi bağlılıq var.

 
Ailəyə təhdidlər tarixi düşmənlər olan Azərbaycan və Türkiyədən gələ bilər, amma uzun zamandır Ermənistanın mühafizəçisi olan Rusiyadan gəlməməlidir.

 
65 yaşlı mühəndis Hrant Hambardzumyana görə Ermənistan hökumətinin Gümrü hərbi bazasından vergi almaması və noyabr ayında onun cari xərclərini ödəmək üçün 20.5 milyon dram (təqribən 50 000 ABŞ dolları) xərcləməsi müqabilində Avetisyan ailəsinin qətliyamı faciə olduğu qədər də təhqirdir.

 
“Ailənizin evində yatarkən öldürülməsi… hökumətin vəd etdiyi təhlükəsizlikdir budur?” – İrəvan sakini Hambardzumyan istehza ilə bildirdi.

 
“Bu şəxsi təhlükəsizliyi təmin etmək üçün bir mübarizədir” – insan hüquqları müdafiəçisi Artur Sakunt hökuməti sərt şəkildə tənqid ederək öz fikirlərini bildirdi. “Bu elə bir haldır ki, öz evində, öz ölkəndə özünü təhdid altıda hiss edirsən”.

 
İrəvan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyanın sözlərinə görə bu təhdid hiss nəhayət, erməni əhalisində strateji partnyor olan Rusiyaya qarşı münasibəti dəyişdirə bilər. “Aydın görünür ki, bu hadisə və rus ordusunun sözügedən insidentə münasibəti Rusiyanın tarixən sadiq və qul kimi olan müttəfiqi Ermənistan üçün dönüş nöqtəsi ola bilər”.

 
Gümrüdəki bu hadisə birinci deyil. Belə ki, 1999-cu ildə Gümrü bazasından Denis Popov və Aleksandr Kamenev adlı iki sərxoş rus hərbçisi yoldan keçən insanlara atəş açmışdılar. Ən azı iki nəfər ölmüş və 10 nəfər yaralnamışdı. Sonra bu hərbçilər Ermənistanda mühakimə olunmuşdular. Popov 14 Kamenev isə 15 il müddətinə azadlıqdan məhrum edildilər.

 
Onların cəzalarını Ermənistanda çəkib çəkmədikləri məlum deyil. 16 Yanvarda news.am portalında çıxan müsahibəsində Popovun vəkili Tamara Yailoyan iddia edib ki, “iki-üç ildən sonra” onun keçmiş müştərisi Rusiyaya köçürülmüşdü və “biz onun sonradan azadlığa buraxıldığını öyəndik”.

 
Rusiya rəsmiləri bu iddialara dərhal münasibət bildirmədilər. Rusiyanın media agentliyi İTAR-TASS-ın verdiyi məlumata görə Rusiyanın Ermənistandakı səfiri İvan Volinkin Avetisyan ailəsinin qətli ilə istintaqın “obyektiv” aparılacağını bildirdi və sakinləri bu məsələni “siyasiləşdirməməyə” çağırdı. Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov İrəvan Moskvadan qorxması barədə ittihamları təkzib etdi və səfirin fikirləri ilə razı olduğunu bildirdi.

 
“Bir faciə baş verib və biz bu hadisəni törədən düşmənləri öz ölkəmizdə axtarmalı deyilik” – Tert.am Şarmazovun bu bəyanatını yayımlayıb. “Bu əhalinin maraqlarına xidmət etmir”.

 
Bununla belə, bir çox insanın fikrinə görə lal rəsmilərdən ibarət hökumətin verdiyi (“balıq kimi lal” Hambardzumyanın dediyi kimi) bəyanatlar Permyakovun Ermənistanda məhkəmə qarşısına çıxarılması təmin etməkdən daha çox onların şəxsi maraqlarına xidmət edir.

 
Gümrüdəki cinayətə qarşı qəzəb Ermənistan və Rusiya arasında mövcüd iqtisadi əlaqələrə olan inamsızlığa da əsaslanır: başqa sözlə 2014-cü ildə rublun məzənnəsinin kəskin aşağı düşməsinin miqrantların pul köçürmələri zamanı yaratdığı itkilər və bu səbəbdən Ermənistanda pərakəndə qiymətlərin qalxması. İqtisadi yavaşlamanın baş verməsinə baxmayaraq, Ermənistan Moskvanın əsasını qoyduğu Avrasiya İttifaqına qoşulmağa hazırlaşır.
Rusiyanın Ermənistandakı səfiri rus-erməni münasibətlərinin bu böhranın öhdəsindən gələcəyinə inandığını söylədi. Bəzi erməni analitiklər bu fikirlə razılaşırlar. İrəvandakı Qafqaz İnstitutunun siyasi tədqiqatlar fakültəsinin rəhbəri Serqey Minassyan tövsiyə etdi: “Emosiyalar İrəvan və Rusiya arasında olan siyasi-hərbi münasibətlərin inkişafı ilə qarışdırmamalıdır”. Bundan əlavə Minassyan qeyd etdi ki, Rusiya Gümrüdəki hərbi bazanın istifadəsinə görə Ermənistan hökumətinə heç bir haqq ödəməsə də qazı, o cümlədən, silah və hərbi ləvazimatları Ermənistana bazar qiymətindən aşağı satır.

 
Bununla belə, bu arqumentlər Ermənistanın Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin analitiki Ruben Mehrabyanı inandırmağa yetərli deyil. Onun fikrinə görə Ermənistan və Rusiya arasındakı münasibətlər hal-hazırda o qədər deformasiyaya uğrayıb və çirkinləşib ki, onları yenidən formaya salmaq lazımdır”.

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

29.01.2015 10:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*