Azərbaycanca

Ermənistan daxili etirazları azaltmaq üçün rus əsgəri mühakiməyə çıxarır

22.01.2015 | 14:31

ssse

 

 

 

Ermənistan İstintaq Komitəsi Gümrüdə 7 nəfəri qətlə yetirməkdə ittiham edilən Valeri Permyakovun erməni hüquq-mühafizə sistemi tərəfindən təqdim edilən ittihamları qəbul etməsi barədə məlumat yayıb.

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, erməni qurumunun bu məlumatının heç bir əsası yoxdur və sırf daxili bazarı sakitləşdirmək üçündür. Məsələ bundadır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın “Qala-TV” telekanalına bildirib ki, Permyakov Rusiya məhkəməsində mühakimə olunacaq. Əsgərin Rusiyaya aparılacağı da güman edilir. Çünki Rusiyanın hazırkı Konstitusiyasına görə, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

 

 

Bununla da, ermənilərin rus əsgərə Ermənistanda divan tutmaq niyyətinin üzərindən xətt çəkdi. Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.

 

 

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

 

 

Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetiridiyi iddia edilir. Hadisə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.

 

 

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

22.01.2015 14:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*