Azərbaycanca

Ermənistan hərbçiləri cəbhədə minaya düşərək belə məhv olurlar (VİDEO)

05.02.2015 | 16:50

ermeniler minaya dusubYanvarın 31-də cəbhədə təxribat törədən Ermənistan hərbi qulluqçularının məhv edildiyi əməliyyatın görüntüləri yayılıb

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq  elektron jurnalının Trend-ə istinadən verdiyi xəbərə görə, əvvəlcə sosial şəbəkələrdə yayılan videokadrlardan görünür ki, 31 yanvar 2015-ci il tarixdə saat 15:00 radələrində cəbhənin Qazax rayonu istiqamətində minalanmış sahədən keçməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin təxribatçılardan ibarət kəşfiyyat qrupunun 6 nəfərdən ibarət hərbi qulluqçusu minaya düşərək məhv olur. Kadrlarda hərbi qulluqçuların minaya düşərək partlamaları aydın şəkildə görünür.

 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu videokadrlar cəbhə xəttində təxribat törətmək istəyən Ermənistan silahlı qüvvələrinin verdiyi itki barədə Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 31-də yaydığı məlumatı bir daha təsdiq edir: “Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlətməyə çalışır, belə bir şeyin olmadığını iddia edirdi. Onlar bundan əvvəl baş verən digər hadisələr, itkilər barədə də məlumatları eyni qaydada erməni ictimaiyyətindən gizlətməyə çalışıblar”.

 

 

Qeyd edək ki, yanvarın 31-də Müdaifə Nazirliyinin yaydığı məlumatda deyilirdi: “Düşmən tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla məyus Ermənistan xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur. Tam fərqli olaraq, bu gün saat 15:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib”.

 

 

Lakin Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib və belə bir hadisənin baş vermədiyi bildirib.

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

05.02.2015 16:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*