Azərbaycanca

Ermənistan hərbçisi geri qaytarılıb

18.11.2015 | 14:34

Red_Cross_Azerbaijan_140612_2

Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviç bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

BQXK-dan Trend-ə verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında baş tutub.

BQXK saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardımçı olub.

Azərbaycan tərəfinin qərarından sonra BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.

Cenevrə konvensiyalarına əsaslanan mandatına uyğun olaraq, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən etibarən bu regionda fəaliyyət göstərir.

Trend.az

18.11.2015 14:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*