Azərbaycanca

Ermənistan iqtisadiyyatına daha bir zərbə

15.12.2014 | 15:20

yerevan_exchange_512x288İqtisadiyyatı onsuz da zəif olan Ermənistan indi də valyutasının dəyərini itirməklə üzləşib. Dram (Ermənistanın milli pul vahidi) getdikcə qiymətdən düşür. Dünya Bankının, Avrasiya İnkişaf Bankının, Beynəlxaq Valyuta fondunun yardımları belə bu prosesin qarşısını ala bilmir.

 

 

Dekabrın 8-dən etibarən Ermənistanın Mərkəzi Bankı hər gün hərrac vasitəsilə 6 milyon dollar satır, lakin bu dramın devalvasiyasını heç cür dayandırmır. Dekabrın 11-də Ermənistanda dolların qiyməti daha 3 dram 13 luma artıb. Əgər hərracların ilk günü, yəni dekabrın 8-də bir dolların qoyməti 456 dram 63 luma idisə, dekabrın 12-də həmin göstərici 464 dram 7 lumaya çatıb. Beləliklə, qeyd etmək olar ki, Mərkəzi Bankın 4 gün həyata keçirdiyi hərrac ərzində dram 1.6 %, yaxud gündə orta hesabla 0.4% devalvasiya edib. Lakin bundan əvvəlki bir ay ərzində dram 10% devalvasiya edib. Bu isə o deməkdir ki, Mərkəzi Bankın nizamlı intervensiyalarından sonra dramın devalvasiyasının gündəlik tempi 33% artıb.

 

 

Bütün bunlardan nəticə çıxararaq qeyd etmək olar ki, hər halda bu mərhələdə dram hələ “balanslaşdırılmış” məzənnəsinə çatmayıb.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

15.12.2014 15:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*