Azərbaycanca

Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq

19.12.2017 | 13:36

Ermənistan nə qədər ki, işğalçılıq siyasətini davam etdirəcək təzyiqlərlə qarşılaşacaq.  Bu fikri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız söyləyib.

Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində Azərbaycanın tutduğu yol haqq yoludur. “Türkiyə işğalçılıq siyasəti ilə bağlı Ermənistanla sərhədlərini bağlı saxlayır. Türkiyənin mövqeyi bəllidir, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”, – deyə Türkiyənin nazir müavini əlavə edib.

Ə.Yıldız bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsinə maneə törədir.

AZƏRTAC

19.12.2017 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*