Azərbaycanca

Ermənistan neft və qaz axtarır

05.01.2015 | 13:36

10904902_803358469755705_1672362002_nErmənistanın Syunik(Zəngəzur) vilayətinin Qafan rayonunun Artsvanik, Şikahoğ, Xdrants, Geğanuş və daha 5 kəndində neft və qaz ehtiyatları işlərini həyata keçirmək nəzərdə tutulur.

 

 

İrlandiyanın “Blekstrez Enerci Armenia” məhdud məsuliyyətli cəmiyyətinin hələ 2007-ci ildə Ermənistanın Energetika, Təbii Sərvətlər və Ekologiya Nazirlikləri ilə imzaladığı müqaviləyə əsasən, 5 il müddətinə xüsusi araşdırma lisenziyası alıb. Müqavilə daha 4 il uzadıla bilər. Razılaşma adları çəkilən ərazilərdə arxeoloji tədqiqatlar, seysmik kəşfiyyatlar və qazma işləri vasitəsilə neft və qaz axtarışları həyata keçirməyi nəzərdə tutur.

 

 

“Bleksterz Enerci Armenia” MMC şirkətinin işçiləri ötən ilin dekabrın 26-da Syunik valiliyində kənd bələdiyyələri rəhbərlərinin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə proqrama dair müzakirələr təşkil etmiş və kəşfiyyat işlərinin təfərrüatlarını təqdim etmişlər.

 

 

Şirkətin maliyyə direktoru Kristine Vardanyanın sözlərinə görə, 2015-ci ildə Syunik (Zəngəzur), Vatots Dzor (Dərələyəz) və Geğarkunuk (Göyçə) vilayətlərində seysmik-kəşfiyyat işləri aparmaq nəzərdə tutulur.

 

 

Proqramın ilk mərhələsi çərçivəsində Syunik vilayətində 2015-2016-cı illərdə seysmik-kəşfiyyat yoxlaması keçirmək nəzərdə tutulub. Həmin araşdırmalardan sonra isə cənub vilayətində qazma işləri aparmağın perspektivli olub-olmaması aydın olacaq.

 

 

Həmsöhbətimin dediklərinə görə, digər iki vilayətdən fərqli olaraq, Syunik ən az kəşfiyyat aparılmış ərazidir. İctimai müzakirədə iştirak edən kənd bələdiyyələrinin rəhbərləri proqrama müsbət reaksiya verib. Onlar kəndlərdə neft və qaz ehtiyatları aşkar edilməsinə yönəlmiş belə bir layihənin həyata keçirilməsinə qabaqcadan razılıqlarını bildirərək qeyd ediblər ki, ərazidə ehtiyatlar tapılsa, yalnız şad olarlar.

 

 

Çünki bu, kəndin iqtisadi inkişafına kömək edəcək. Kəndlərin rəhbərləri həm də öz narahatlıqlarını bildirib və təşkilatçılardan həmin işlərin ətraf mühit və insanların səhhəti üçün nə qədər təhlükəsiz olacağı ilə maraqlanıblar. “Bleksterz Enerci Armenia” MMC-nin baş geofiziki Georgi Aslanyan əmin edib ki, müvafiq işlər insanların səhhəti və ətraf mühit üçün təhlükəli deyil, narahat olmağa ehtiyac yoxdur.

 

 

Sabir Babayev

“KarabakhİNFO.com”

 

 

05.01.2015 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*