Azərbaycanca

Ermənistan nümayəndə heyətinin təklifi qəbul olunmayıb

30.06.2014 | 13:54

1404122065_atet-paATƏT Parlament Assambleyasının (PA) Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin Bakıda keçirilən iclasında Ermənistan nümayəndə heyəti tərəfindən gündəliyə çıxarılan qətnamə layihəsinə dəyişiklik tələbi irəli sürülüb.

 

ATƏT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın bu tələbi komitə rəhbərliyinin etirazına səbəb olub. “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsinə düzəlişlərin müzakirəsi zamanı A. Geqamyan növbədənkənar söz istəyib. Ona söz verilib. A. Geqamyan layihəyə “xalqların öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı düzəliş təklif edərək bunun regionda insan təhlükəsizliyi kimi qəbul edilməsini istəyib. Lakin onun təklifi nümayəndə heyətləri tərəfindən səs-küylə qarşılanıb. Komitənin sədr müavini Gordana Comic üzünü A. Geqamyana tutaraq deyib: “Sizin bu tələbiniz bu sənədə uyğun deyil. Xahiş edirəm iclasın gündəliyinə mane olmayın, aidiyyəti təkliflə çıxış edin”.

 

“KarabakhİNFO.com” 

30.06.2014 13:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*