Azərbaycanca

Ermənistan ordusunda ölüm halları artır

13.05.2014 | 07:54

10405841_513435925424917_38390862_nSon zamanlar Ermənistan ordusunda vüsət alan etnik fikir ayrılıqları və özbaşınalıqlar rəsmi İrəvanı hadisələrə qarşı daha ciddi və operativ yanaşmağa vadar edir. Orduda xidmət edən milli azlıqların nümayəndələri (ruslar, yezidi kürdlər, assorlar və s.) etnik mənsubiyyətlərinə görə milli və sosial zəmində müxtəlif formalarda təzyiqlərə məruz qaldıqlarını açıq şəkildə bildirirlər. Əsas səbəblərdən biri kimi dövlətin orduya hər il ayırdığı maliyyə büdcəsinin azalmasının əsgər və zabit heyətinin böyük narahatlıqla qarşılaması da göstərilir. Lakin mövcud proseslərə təsir göstərən amillər bununla məhdudlaşmır. Ermənistan ordusunda “dedovşina”, rüşvətxorluq və cinayət halları yüksək sürətlə artır. Ümumiyyətlə, son illər ərzində düşmən ordusunda zorakılıq hallarının, xüsusilə də milli azlıqlara qarşı törədilən bu cür hərəkətlərin artması müşayiət olunur.

 

Erməni iqtidarına yaxın mətbuat bu hadisələri cidd-cəhdlə gizlətməyə çalışsa da, bəzi müxalifət qəzetləri bu tip hadisələrin səbəbini Sarkisyan hakimiyətinin yaramaz və uğursuz siyasətinin nəticəsini kimi qiymətləndirir. Dekabrın 12-də news.am xəbər portalına müsahibəsndə Vartqes Qasparyan bildirmişdi ki, “Ermənistan ordusunda ölüm hallarının kökündə lotuluq (mən “dedovşina”) və korrupsiya dayanır. Orduda dəhşətli ölüm hadisələri baş verir, hətta zərər çəkmiş əsgərlərin ailə üzvləri sonradan terrora və işgənciyə məruz qalırlar” (http://news.am/arm/news/185091.html). Ermənistan ordusunun bir neçə hərbi hissəsində əsgərlərin zabitlər tərəfindən zorakılığa, qeyri-insani münasibətlərə məruz qalması faktları “Əsgər anaları” cəmiyyəti tərəfindən də narazılıqla qarşılanıb. Bu təşkilatın fəalları ölkə rəhbərliyi ilə görüşdə kəskin tələblərlə çıxış edib və dövlət rəhbərlərinə belə halların təcili qarşısını almaq üçün vaxt veriblər. Ermənistanın sosial şəbəkələrində yuxarıda qeyd olunan faktlarla bağlı şərhlərdə bildirilir ki, orduda baş verən “dedovşina”, yerlibazlıq və zorakılıq halları artıq milli “ənənə”yə çevrilməkdədir. Vurğulanır ki, hazırda Ermənistan ordusunda əsgər və zabit heyəti arasında ziddiyyətlər getdikcə kəskinləşir. Məsələn, Ermənistanın hərbi prokuroru Qevork Kostanyan mətbuat konfransında bəyan etmişdir ki, 2010-cu ildə orduda 54 ölüm halı olmuşdu. Bu faktlaradan 30-u əsgərlərə qarşı qeyri-insani münasibətin göstərilməsinin nəticəsidir. 2011-ci ildə isə Ermənistan ordusu zorakılıq halları ilə əlaqədar 36 əsgərini itirmişdir. Ermənistan Helsinki Vətəndaş Assamleyasının Vanadzor qərərgahı tərəfindən aparılan araşdırmalara əsasən, 2012-ci ildə bu ölkənin ordusunda 36 əsgər dünyasını dəyişib. Ölüm faktlarının 29-u cinayət motivləri, 9-u isə atəşkəsin pozulması nəticəsində baş verib.

 

(http://24jamlur.blogspot.com/2013/01/blog-post_3280.html). 2013-cü ilin yanvarın 1-dən oktyabrın 1-dək Ermənistan silahlı qüvəllərində 25 əsgər zabitlər tərəfindən qeyri-insani rəftar edildiyi üçün dünyasını dəyişmişdi (http://news.am/arm/news/174207.html). Böyük Britaniyanın “Oksford analitik” araşdırmalar mərkəzinin açıqlamasına görə, “Ermənistan ordusunda əsgərlərin qeyri-insani şəraitlərdə həlakolma faktları Ermənistan ordusunun nüfuzunun düşməsinə təsir etməkdə davam edir, gənc əsgərlərin təhqir olunması, şəxsiyyətlərinin alçaldılması halları isə ictimaiyyət arasında ciddi etirazlara səbəb olur” (http://www.azatutyun.am/content/article/24475256.html). Qeyd edək ki, 2013-cü il Ermənistan ordusunda zorakılıq və rüşvətxorluq hallarının kütləvi hal aldığı il kimi yadda qaldı. Bu bir daha göstərir ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti orduda baş verən cinayətlərə və anarxiyaya qarşı nəinki mübarizə aparmaq iqtidarında deyil, əksinə, yürütdükləri siyasət nəticəsində bu cür mənfi halların daha da artmasına zəmin yaradır.

 

Telman

“KarabakhİNFO.com” 

13.05.2014 07:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*