Azərbaycanca

Ermənistan ordusunun iki hərbçisi məhv edilib, xeyli sayda yaralı var

02.10.2015 | 12:04

Karabax_01_albom_070612

Azərbaycan ordusu Ermənistanın iki hərbçisini məhv edib, xeyli sayda yaralıları var.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

Trend.az

02.10.2015 12:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*