Azərbaycanca

“Ermənistan özünü başqa ölkənin kuklası, maşası görməkdənsə…”

27.11.2013 | 11:36

1385537257_dscn0929AKP millət vəkili və Türkiyə Böyük Millət Məclisi inzibati amili Salim Uslu ilə özəl müsahibə

-Hörmətli millət vəkili, qardaş ölkə deyə qeyd etdiyimiz Türkiyə – Azərbaycan münasibətlərinin dünəndən – bugünə olan vəziyyətini necə dəyərləndirirsiniz? Bununla birlikdə AKP iqtidarının Azərbaycan siyasətini dəyərləndirə bilərsinizmi?

 

– Əvvəlcə xoş gəldiniz. Azərbaycan xalqının böyük bir demokratik yetkinlik və demokratik tərbiyə ilə çox şəffaf bir prezident seçkisi reallaşdı və 3 – cü dəfə hörmətli İlham Əliyev prezident oldu, bu səbəblə seçkilərdəki demokratik yetkinlik səbəbilə Azərbaycan xalqını təbrik edir, seçki nəticələrinin Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm. Əlbəttə, dəyərləndirmə Azərbaycan xalqınındır və hörmətli prezident Əliyev də vacib xidmətlər göstərməsinin qarşılığında 3 – cü dəfə seçilmişdir.

 

İnanıram ki, həm Azərbaycan xalqının rahatlığını artıracaq, həm də Azərbaycan – Türkiyə münasibətlərini gücləndirəcək və keçmişdən gələn bu köklü qardaşlıq hüququnu daha qalıcı, hər iki ölkə üçün daha məhsuldar hala gətirəcək işlər və səylər reallaşdırılacaqdır. Yaxın günlərdə hörmətli prezidentimiz Abdullah Gülün Bakı ziyarətində Türkiyə – Azərbaycan arasında strateji iş birliyi razılaşması imzalanmışdır və bu razılaşma ilə bərabər, Türkiyə və Azərbaycan tək qardaş deyil, eyni zamanda strateji ortaqdır. Buna görə də həm Azərbaycan, həm də Türkiyə olduğumuz bölgənin ulduzu mövqeyindəyik. Azərbaycan Cənubi Qafqazda ciddi bir güc fokusu vəziyyətinə gəlmişdir, Türkiyədə həm Orta Şərqdə, həm Balkanlarda, həm də Avropanın Şərqində ən vacib ölkə vəziyyətinə gəlmişdir və Türkiyə getdikcə Amerika Birləşmiş Ştatlarının, Çin və Rusiyanın söz sahibi olduğu bir dünyada qlobal güc vəziyyətinə gəlmiş və artıq bölgəmizlə bağlı qərarlarda Türkiyə hesaba qatılmaq, diqqətə alınmaq, görüşə alınmaq məcburiyyətində olan bir ölkə olaraq masanın bir tərəfindədir. Bu təbii ki, son dərəcə vacib bir uğurdur. Üstəlik Respublikamızın 90 – cı ilini qeyd etdiyimiz bu müddətdə Türkiyənin belə bir uğuru qazanmış olması da bizim üçün qürurvericidir. Rəhmətlik Heydər Əliyevin ifadə etdiyi Türkiyə – Azərbaycan “İki dövlət, tək millət” sözü gözəl bir sözdür, amma hər iki ölkənin idarəçiləri bu sözün haqqını vermək, dolğunlaşdırmaq adına böyük səylər ortaya qoymaqdadırlar. Hər iki ölkə dünya böhranlarla boğuşarkən inkişafdadır. Hər iki ölkə öz bölgəsində iqtisadi vəziyyətini, demokratik inkişafını, sosial inkişafını tamamlamağa çalışan iki vacib mərkəzdir və beynəlxalq təşkilatlarda bir – birlərini dəstəkləyən, bir – birlərinə arxa çıxan, həqiqətən vacib bir strateji ortaqdır. Bakı – Ceyhan neft kəməri ilə Azərbaycan neftinin Türkiyə üzərindən Avropaya və dünyaya daşınacaq olması həm Azərbaycanın daha geniş bazarlara çatmasını təşkil edəcək, həm də Türkiyənin bir enerji keçid marşrutu yaratması Türkiyə baxımından da strateji və iqtisadi bir uğur olaraq görünməkdədir. Bu iki ölkə üçün inkişaf etdirilən ortaqlığın, yəni Azərbaycan neftinin xaricə daşınması, Türkiyənin bu enerji nəqliyyatlarında strateji ölkə mövqeyinə çatmış olması və hətta siyasi nəticələri olan bir inkişafdır və bu mövzuda hər iki ölkənin dövlət idarəçilərini, nazirləri başda olmaqla, buna qərar verənləri, həyata keçirənləri təbrik etmək lazımdır. Gələcək on illər, hətta yüz illər düşünülərək ortaya qoyulmuş  çox böyük bir layihədir və bu uğurlu olmalıdır.

 

Əlbəttə, Türkiyə sərhədində olmaqla birlikdə Azərbaycanla hava əlaqəsi olan Naxçıvanın mövqeyi, bizi düşündürən digər bir məqam bu eyni dövlətin xalqlarının arasında, bir başqa dövlətin sərhədlərinə girmiş olması orada bəzi problemlər yaratmaqdadır, yəni bir mənada parçalanmış bir xalq görüntüsü verməkdədir. Buna görə də keçmişdən bəri mübahisə edilən bir yer əlaqə şəbəkəsi mütləq dəhliz yolu ilə çatdırılacaq bir üsul inkişaf etdirilə bilər. Burada iqtisadi, siyasi və insani səbəblərdən söhbət gedə bilər. Beləcə iki xalqın xidmətlərə çatması, ya da yetişmə azadlığının təşkil edilməsi, məşğulluq imkanlarından yararlanması daha asan olar.

 

Yəni, bu bir insanlıq məsələsidir, bundan əvvəl tikanlı tellərlə sərhədləri ayırıb, iki hissədən ibarət saxlamağa çalışmaq bizə görə çox haqlı bir səbəblə ifadə edilə bilməz.

 

“Dünya Birləşmiş Millətlər və digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı qarşısında səssiz qalmamalıdır”

 

-Hörmətli millət vəkili, Sizcə Dağlıq Qarabağın işğalı  mövzusunda Türkiyə Azərbaycanın yanında kifayət qədər yer alıbmı?

 

–  Qarabağın 90 – cı illərdən etibarən işğal altında olması və buradakı qaçqınların say etibarilə çox böyük rəqəmlərdə olması, Azərbaycanda illərdir vacib bir problem olaraq qalması, Azərbaycandan başqa beynəlxalq güclərin, təşkilatların diqqətə almalı olduğu bir məsələdir və bu mövzu sadəcə Azərbaycanın daxili işi olaraq görülməməlidir. Dünya Birləşmiş Millətlər və digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı qarşısında səssiz qalmamalıdır. Yəni, hörmətli, prezidentimizin tez – tez ifadə etdiyi, Birləşmiş Millətlərin quruluşu və fəaliyyəti mövzusunun mübahisə edilməsinin çox haqlı səbəbinin biridir. Yüzlərlə səbəb sayıla bilər, amma biri, 90 – cı illərdəki işğaldan bugünə qədər Azərbaycanın bir hissəsinin hələ də işğal altında olmasıdır. Erməni köçü ilə maraqlananların və üstəlik də 100 il əvvəlki bir köçlə maraqlananların hələ bir neçə il əvvəl həyata keçirilmiş, hələ də həmsöhbətlərinin, zərərçəkmişlərin həyatda olduğu bir köçlə, sürgünlə, qətliamla, soyqırımla maraqlanmamaların heç bir haqlı və məqbul izahı ola bilməz. İndi siz 100 il əvvəlki köçlə, Osmanlı dövlətinin köçü ilə maraqlanacaqsınız, xüsusilə müharibə şübhələrində. Əgər bunlarla maraqlanmırsınızsa, başqa bir missiya seçmək məcburiyyətindəsiniz. Yəni, zamanın ruhunu anlayaraq, demokratiya, başlıca hüquqlar, azadlıqlar, yaşamaq haqqı, çalışmaq haqqı və s. Bütün bunlar nəznində ya yeni bir missiya seçmək məcburiyyətindəsiniz, ya da təsirsiz bir ölkə olaraq qalmağa davam edəcəksiniz. Bu baxımdan çətin bir zamandayıq. Həm Azərbaycan baxımından, həm Türkiyə. Ətrafımızda ağır müharibələr gedir, dünya böyük iqtisadi böhranlarla qarşı – qarşıyadır və biz müharibə və işğallara məruz qalmış cəmiyyətlər olaraq, üstəlik iqtisadi böhranlara baxmayaraq, istehsalını, bazarını, rahatlığını artırmaq vəziyyətində olan iki ölkə olaraq var olma davası edirik. Çətin bir dönəm keçiririk, bəlkə də tarixin ən çətin vaxtlarını yaşayırıq. Belə bir zamanda inanıram ki, həm Azərbaycan dövlətinin idarəçiləri, həm də Türkiyə Cümhuriyyəti dövlətinin idarəçiləri bu müddəti uğurla keçəcək vacib təcrübəyə sahibdir və inşAllah yeni dövr ciddi bir türk əsri olacaqdır. Çünki Türk Cümhuriyyətlərinin hamısı hardasa bir tərəfdən demokratikləşmə səyi göstərir, bəziləri hələ ki bu işin başındadırlar, bəziləri də dünya birinciliyi liqasında olmaq cəhdindədirlər. Yəni, böyük bir marafonun fərqli cığırlarında yarışan, amma nəticədə eyni yarışın, rəqabətin içərisində olan ölkələrik, bu nöqtədə bir – birimizi dəstəkləmək, bir – birimizə yaxşı və məsuliyyətli bir yol yoldaşlığı etmək vəziyyətindəyik. Bir alim deyir ki, yol yoldaşlığı əsla fürsətçilik deyil, fərqli bir məsuliyyətdir. Bizi də bir – birimizlə bəzən qarşı – qarşıya gətirmək istəyən müxtəlif ölkələrin öz mənafelərinə uyğun siyasətinə vasitə olmadan, bir – birimizə qarşı məsuliyyətimiz olduğunu unutmadan, həmrəylik içərisində yolumuza davam etməliyik.

 

“Azərbaycan və Türkiyə bu bölgədə nə qədər güclü olarsa, rahatlıq, hüzur və barış o qədər mümkün ola bilər”

 

-İki ölkə arasındakı iqtisadi münasibətlərin, iki ölkənin mədəni və mənəvi potensialını göz önünə gətirdiyimizdə yetərli görürsünüzmü?

         

– Xeyr, yetərli görmək mümkün deyil. Amma buna görə vacib olan infrastruktur bütövlükdə reallaşmalıdır, qarşılıqlı razılıqlar,  xüsusilə, həssaslığın artırılması lazımdı.

 

Mən Azərbaycana bir neçə dəfə getdim və hər gedəndə Azərbaycanın, məsələn, Bakının əvvəlki ilə nisbətən daha böyük inkişafda olduğunu gördüm. Bu son dərəcə vacibdir. Xüsusilə, Azərbaycanın inşaat sektorunun çox inkişaf etməsi, benzin bazarlarının Azərbaycanda söz sahibi olması, son illərdə beynəlxalq bir hissə fəaliyyətlərə ev sahibliyi etməsi,  məsələn, “Avroviziya” yarışmasının Bakıda keçirilməsi, Azərbaycanın dünyaya açıq bir dövlət olması baxımından son dərəcə önəmlidir.

 

Bütün bu əldəki təcrübələrin və potensialların iqtisadi münasibətə çevrilməsinə çalışmaq, sadəcə ölkə idarəçilərinin deyil, eyni zamanda peşə təşkilatlarının, iş adamlarının, vətəndaş cəmiyyətinin bir – biri ilə münasibətlərini inkişaf etdirməsinə bağlıdır. Millət vəkili olaraq gedə bilmədim, amma Həmkarlar İttifaqı olaraq çox getdim Bakıya və Bakıdakı Həmkarlar İttifaqlarından olan dostlarımız da çox gəldilər Türkiyəyə. Orada olan Həmkarlar İttifaqı Konfederasiyası sədri Səttar Mehbalıyev qardaşımızın dəvətlisi olaraq, ya da o, bizim dəvətlimiz olaraq çox gəldi Türkiyəyə. Bunlar hər iki cəmiyyətin 80 illik həsrəti tezliklə geridə qoyub, daha tez məsafələri qət etməsi, daha tez məhəbbətlə bir – birini qucaqlamasına kömək etdi. İş adamlarımızın gedib – gəlməsi, oradakı iş adamlarının gəlib burada böyük müəssisələr qurması, əlbəttə ki, çox vacibdir. Azərbaycan mövcud olan Türk Cümhuriyyətləri içərisində mənim də babalarımın gəldiyi Axıska türklərinə ev sahibliyi etmək kimi böyük bir alicənablıq göstərmiş ölkədir. Bəlkə də Türk Cümhuriyyətləri içərisində Axıska türklərinin ən çox və ən rahat yaşadıqları ölkərin başında Azərbaycan gəlir.
Hardasa, bu, əslində, bir şüuru də ifadə edir. İdarəçilik səviyyəsində, xalq səviyyəsində həmrəylik mövzusundakı ortaq şüurun da məhsuludur. Bütün məsələ Azərbaycan xalqının Axıska türklərini qucaqlamaq, ev sahibliyi etmək mövzusunda, indi bizim Suriyadakı qonşularımıza, qohumlarımıza etdiyimiz kimi göstərdiyimiz alicənablığı, həssaslığı ticarət münasibətlərinə də çevirmək lazımdır. Yəni, qonaq qəbul etdiyimizdə göstərdiyimiz anlayışı ticarətdə də ortaya qoyduğumuz zaman aramızdakı ticarət həcmini artırmağın çıxış yollarını və səylərini yaxşı niyyətli və həqiqətən də səmimi səylərlə, qatqılarla inkişaf etdirdiyimiz zaman, mən inanıram ki, problem qalmayacaq. Azərbaycan və Türkiyə bu bölgədə nə qədər güclü olarsa, bölgədə rahatlıq, hüzur və barış o qədər mümkün ola bilər. Azərbaycan və Türkiyə nə qədər zəif, halsız, iradəsiz olarsa, bölgədə başqa ölkələrin üstünlüyü daha çox olar.

 

İndi məsələyə Azərbaycan və ya Türkiyənin daxili məsələsi kimi baxmamaq lazımdı. Belə bir beynəlxalq həmrəyliyin, belə bir qardaşlıq hüququnun inkişaf etdirilməsinin bu bölgədə vacib bir güc tarazlığı olmaqdan söhbət gedir. Bu tərəfdə 76 milyon, orada 25 milyonluq bir xalqın, yəni 100 milyonluq bir xalqın, millətin varlığıdır. Bir də bunun başqa tərəfləri var. Məsələn, Güney Azərbaycanda bu İttifaqı maraqla və həyəcanla gözləyənlər və dəstəkləyənlər var. Güney Azərbaycanın yanında Şimali İraqda, Şimali Suriyada maraq və həyəcanla bu İttifaqı dəstəkləyən, gözləyən qohumlar var, türkmənlər var. Yenə Orta Asiya Cümhuriyyətlərində bu İttifaqı maraq və həyəcanla gözləyənlər var. Türk olmamasına baxmayaraq müsəlman qohumluğuna, ya da cəmiyyətlərin, ölkələrin, xalqların bir – birinə qaynayıb – qarışmasına görə Qafqazlarda, Balkanlarda bu iş birliyini həyəcanla izləyən və nəticələrini maraqla gözləyənlər var. Qafqazlarda bir çox dövlətlər böyüklü – kiçikli, çeçenlər başda olmaqla və s. Məsələn, gürcülər belə bir İttifaqın qalib tərəfində olacaqlar.

 

– Bu İttifaqın, bu iş birliyinin inkişafının nəticəsində nə olacaq?

 

 – Bu iş birliyinin – Türkiyə və Azərbaycan iqtisadi münasibətlərinin inkişafı, siyasi mənada yeni bir ortaq potensial təşkil edilməsi demək deyil. Bu çox dar bir baxış olar. Bunun dərhal başqa ölkələrə, onların xarici siyasətlərinə təsiri olacaqdır. Başqa xalqlarla, millətlərlə bunun dəyərində və qiymətində bunun bir qarşılığı olacaqdır.

 

 “Müxtəlif vaxtlarda Azərbaycan Türkiyənin xarici siyasətində fərqli yerlərdə ola bilər, Türkiyə də eynilə…”

 

– Pakistan, Meksika, Çexiya Respublikaları və Bosniya və Herseqovina Parlamenti ABŞ-ın Nyu Cersi Əyalət Məclisi, Pennsilvaniya və bir çox əyalətləri Xocalıda yaşanılan qətliamı – soyqırımı qəbul etdi. TBMM nin Xocalıda ermənilər tərəfindən həyata keçirilmiş qətliamı qanuniləşdirməklə bağlı bir işi oldumu, yoxsa olacaqmı?

 

– Bu müxtəlif zamanlarda gündəmə gəldi. Nə Pennsilvaniya əyaləti, nə Nyu Cersi əyaləti, nə Pakistan, nə də saydığınız digər ölkələr və məclisləri Türkiyədəki erməni problemi, bir erməni lobbisi, erməni təbliğatı ilə qarşı – qarşıya qalmamışdır. Nəticə etibarı ilə bunların qərar verməsi çox asandır. Türkiyə bu qərarı verərkən öz başındakı problemi də görməzdən gəlməməlidir. Yoxsa Türk Cümhuriyyəti içərisində neçə erməni vardır? Neçə köç etdirmə iddiası vardır? Ermənilərin Türk Cümhuriyyəti ilə nə problemi olmuşdur, olmamışdır, ya da Ermənistana qonşuluğu var, yoxsa yox. Bunlar başqa mövzulardı. Ona görə də onların qərar verməsi bizə nisbətən daha asandır. Pennsilvaniya, Nyu Cersi əyalətlərinin aldığı qərarlar ABŞ xarici siyasətinə nə qədər təsir edir, ya da onlarda nə qədər qarşılığı vardır? ABŞ – da bu 2 əyalətdən başqa, 50 əyalət var. Bunları da dəyərləndirmək lazımdı. Amma nəticədə Türkiyə Cümhuriyyəti dövlət və cəmiyyət olaraq biz Azərbaycan torpaqlarının bir hissəsinin işğalı və bu torpaqlarda yaşayan insanların qətliamına dair edilən cəhdlər qarşısında son dərəcə həssas davrandıq. Yəni, xarici siyasətlə bu mövzular bir – birindən fərqlidir. Müxtəlif vaxtlarda Azərbaycan Türkiyənin xarici siyasətində fərqli yerlərdə ola bilər, Türkiyə də eynilə. 2 müstəqil dövlət olmağın nəticəsidir bu.

 

“…bu tərəddüdləri və embargoları yenidən masaya qoymaq lazımdır”

 

– Azərbaycan və Türkiyənin keçmişə dair anlaşılmazlıqlar yaşamasında Ermənistanın rolu vardırmı, suala paralel olaraq, Türkiyə Orta Şərqdə hakim olduğu liderlik roluna, Dağlıq – Qarabağ anlaşılmazlığında ola bilərmi?

 

– Əlbəttə, ola bilər, amma bunun üçün bir az vaxt keçməlidir. O zaman mümkün ola bilər. Türkiyə əvvəllər başqa yerlərdə üzərinə götürdüyü o vasitəçi və ya hakimlik rolunu üzərinə götürə bilər. Suriya mövzusunda hakimlik rolunu üzərinə götürərkən şərtlər orada meydana gəlmişdi, daha əvvəl burada belə bir mövzu nəzərdə yox idi, şərtlər belə olduğundan mümkün olmuşdu. Necə ki Suriya – İsrail münasibətlərində də vasitəçilik etdi, amma sonrakı müddətdə İsrailin Fələstinə dair siyasətinə qarşı mövqeyini bildirdi, eyni zamanda Suriya idarəçilərinin öz xalqına qarşı həyata keçirdiyi siyasətə qarşı da mövqeyini bildirdi. Yəni, vasitəçi olmaq üçün, əlbəttə, ədalətli, gücü, əlində həll yoluna dair alternativləriniz və razı salma qabiliyyəti yüksək bir gücünüz olmalıdır. Türkiyə bu gücdədir. Amma Türkiyə vasitəçi olacağam deyə, oradakı haqsızlığı, səhvi, insan hüquq pozuntularını görməzdən gələ bilməz. Çünki bizim mədəniyyətimiz haqq, hüquq və ədalət mədəniyyətidir. Orada gördüyümüz bir səhv varsa, çox rahat mövqeyimizi bildirərik. Hazırda Türkiyə İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi basqıcı zülmə, ya da Misirdə son zərbə ilə demokratik seçki nəticələrinin tanınmamasına göstərdiyi reaksiya, Suriyadakı reaksiya, bunlar izlənilir. Bunları izləyən bir Ermənistanın Türkiyəni görməmək ehtimalı yoxdur. Belə ola bilər, Ermənistana qarşı bizim də bəzi tətbiqetmələrimiz var. Ermənistan Azərbaycana da qonşudur, bizə də. Məncə, bu tərəddüdləri və embargoları yenidən masaya qoymaq lazımdır. Bunların 2 ölkə münasibətlərinə nə faydası var? Ya da aradan qaldırılarkən  nəticələr necə ola bilər? Yəni, qaldırılması dedikdə, bütövlüklə qaldırılması deyil, azaldılması baxımından deyirəm. Görəsən, bu bölgədə qeyri – sabitlik istəyən güclərə sərf edər bu vəziyyət və nəticə, yoxsa Azərbaycan və Türkiyəyə? Bunu yaxşı düşünüb yoluna qoymaq lazımdı. Misal gətirirəm, qonşunuz var, qonşunuzla dalaşmısınız, başqa bir qonşunuzda yanınızda qonşunuzdan sizə qarşı istifadə edir. Halbuki yanınızdakı qonşunuzla münasibətləri inkişaf etdirib, digər qonşunuzu təsizsiz qoymaq daha doğrudur, yoxsa o qonşu ilə də qarşı – qarşıyayıq, bu qonşu ilə də, buna görə məhəllədə hüzursuzluğun səbəbi olmaq xoşunuza gələrmi? Bunlar  bir az incə hesab tələb edən məsələlərdir. Buna mənim qərar vermək şansım yoxdur, amma mənim qənaətim budur:

 

1. Qarabağ Azərbaycanın torpağıdır. Dağlıq – Qarabağın işğalı sona çatmalıdır.

2.  Xocalı qətliamının məsuliyyətliləri tapılıb hüquq qarşısında mühakimə olunmalıdır.

3. Ermənistan özünü başqa ölkənin kuklası, maşası görməkdənsə, bu bölgədə yaşamağın şərtlərini yerinə yetirmək məcburiyyətində olduğunu, yəni bu bölgədə sülhdən yana olmaq məcburiyyətində olduğu həqiqətini görməlidir.

 

– Dünya ictimaiyyəti Türkiyə ilə Ermənistanın münasibətlərinin düzəlməsini gözləyir. Bunun ilk addımı olaraq da sərhədlərin açılmasını istəyirlər. Türkiyə Ermənistana sərhədlərini açacaqmı?

 

– Xeyr, hazırda gündəmimizdə belə bir vəziyyətdən söhbət gedə bilməz. Türkiyənin Ermənistanla bağlı atacağı addımlar, Ermənistanın Azərbaycanla bağlı atacağı addımlara paraleldir. Ermənistan Azərbaycanla – Qarabağla bağlı addım atarsa, Türkiyə də bəzi siyasi tərəfləri gözdən keçirə bilər.

 

-Hörmətli millət vəkili, sonda Azərbaycan xalqına hansı sözləri demək istərdiniz?

 

– Azərbaycanın inkişafı, irəliləməsi, xalqının rahatlığı, sülhü bizim üçün çox önəmlidir. Çünki Bakının işğalı zamanı biz burada nələr yaşadığımızı çox yaxşı bilirik. Daha keçmişə getdikdə elan edilmiş bir Cümhuriyyətin nə qədər acı çəkdiyini də bilirik. Buna görə, bizim Azərbaycana marağımız bir qonşu, ya da strateji ortaq olmaqdan əvvəl qardaşlığa dayanır və bu qardaşlığın qorunması mövzusunda da vacib cəhdlərə ehtiyac var. Bir – birimizdən əmin olmaq və bir – birimizi başqalarına görə, başqa problemlərə görə ifadə etmək yerinə, qardaşlıq hüququ ilə var ola biləcək problemləri izləyə biləcək potensialın bizdə olduğu həqiqətini bilməliyik. Bu gün Bakıdakı Xiyabanda Türkiyənin hər tərəfindən, hətta mənim seçildiyim bölgə Çorumdan da qardaşlıq hüququnu ön plana alaraq Azərbaycana getmiş və şəhid olanlar var. Bunlar niyə getdilər oraya? Hansı səbəblərlə Azərbaycana getdilərsə, o səbəblər bugünə də daxildir.

 

 

 

Cihangir Refik Yılmaz

 

“KarabakhİNFO.com”

 

27.11.2013 11:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*