“Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı işlər görülür. Hökumət əlindən gələn bütün işləri edir ki, onlar girovluqdan azad edilsinlər”.
KarabakhİNFO.com beynəlxalq elektorn jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, bunu jurnalitslərə açıqlamasında baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, bu iki girovun götürülməsi və onlara saxta məhkəmənin qurulması bir daha onu göstərdi ki, Ermənistan hökuməti və qondarma rejim Azərbaycan xalqına nə qədər düşmənçilik mövqeyində dayanır:
“Bir daha bütün dünya ictimaiətinin gözləri qarşısında onlar özlərini biabır etdilər. Nə qədər ki, onlar girovlara qarşı öz mövqelərini bu cür saxlayacaqlar, bir o qədər də dünya ictimaiəti qarşısında özlərinin həqiqi mahiyyətini aşkara çıxaracaqlar”, – deyə Ə.Əhmədov deyib.
“KarabakhİNFO.com”