Azərbaycanca

Ermənistan parlamenti qondarma Dağlıq Qarabağ Respublikasını tanımadı

27.09.2014 | 11:58

Armenia_parliament_051212Ermənistan Milli Yığıncağının (parlament) Xarici əlaqələr üzrə daimi komissiyası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinin gündəliyə daxil edilməsini məqsədəuyğun hesab etməyib.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qanun layihəsi müxalif “İrs” fraksiyası tərəfindən təklif olunub.
Fraksiyanın rəhbəri Zarui Postancyan deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkənin Gömrük İttifaqına üzv olması baxımından aktualdır.
Səsvermə zamanı komissiya üzvlərinin əksəriyyəti qanun layihəsini bəyənməyib.

 

“KarabakhİNFO.com”

 

 

27.09.2014 11:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*