Azərbaycanca

Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmayıb

12.11.2014 | 12:00

Armenia_parliament_051212Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının erməni mətbuatına istinadən verdiyi xəbərə görə, müxalifətçi “İrs” Partiyasının parlamentə təqdim etdiyi “Dağlıq Qarabağın və Ermənistanın təhlükəsizliyinin hərbi-siyasi əsasları haqqında” qanun layihəsinin müzakirəsi zamanı “İrs” Partiyasının liderlərindən olan Zarui Postancyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının vacibliyini vurğulayaraq artıq bunun vaxtının çatdığını deyib. Lakin parlament müxalifətin bu təşəbbüsünü dəstəkləməyib və sənəd səsverməyə çıxarılmayıb.

 

“KarabakhİNFO.com”

 

 

12.11.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*