Azərbaycanca

Ermənistan partiyaları pula xidmət edir

01.12.2014 | 16:07

ermeni bayragiSən demə, Ermənistan ABŞ və Rusiya arasında bölüşdürülüb. Bu bir yana qalsın, partiyalar da pul yığmaqla məşğuldurlar, yəni demokratiya xatirinə yaranmış qurumlardır. Bunu siyasətçilər də təsiq edirlər.


Qarabağ komitəsinin üzvü Aşot Manuçaryan noyabrın 28-də “Arqument” mətbuat klubunda bəyan edib ki, Ermənistanın siyasi seçicilərinin 90%-i ABŞ-ın 10%-i isə Rusiyanın mənafeyinə xidmət edir. Onun fikrincə, Ermənistan Avrasiya İqtisadi Birliyinə məhz ABŞ-ın tövsiyəsi ilə üzv olur. O deyib: “Ermənistan özünün siyasi seçiciləri səbəbindən Birləşmiş Ştatların nəzarəti altındadır, lakin bir şərt var: Rusiya özünə yaxın ərazidə daha güclüdür və müəyyən addımlar ata bilər. İstənilən hakimiyyəti süpürmək və öz hakimini qoymaq üçün Rusiyanın Ermənistanda kifayət qədər gücü var, ABŞ isə Ermənistanın bütün dövlət sistemini Amerikanınkı etməyə çatdırıb. İndi ruslar rəhbəri çıxarsalar və hər hansı rus rəhbəri qoysalar, onda bütün piramida uçacaq, ABŞ isə həmin piramidanı itirmək istəmir və onlar məhz bu səbəbdən bizim rəhbərliyimizə Rusiyanın təzyiqi altında həmin müqaviləni imzalamaq imkan verib ki, daha münasib vəziyyət yaranarsa, Rusiya daha da zəifləyənə qədər gözləyəcəklər və o zaman həmin qayıdışı daha rahat edəcəyik”. Aşot Manuçaryan bildirib ki, Ermənistan partiyaları pula xidmət edirlər. Onun sözlərinə görə, əgər Ermənistan partiyaları pulun onların Allahı olduğunu və həmin vəziyyətdən necə çıxmağın mümkün olduğu yolu bəyan etmirlərsə, onda onların hamısı eyni fəlsəfəyə xidmət edirlər. O deyib: “Ermənistanda bütün partiyalar həmin meydandadırlar, çünki heç birinin proqramında o cür müddəa yoxdur. Partiyaların dəyişikliyi həyat dəyişikliyinə gətirib çıxarmayacaq. Onların hamısı bir Allaha – pula xidmət edirlər.
Bütün bunlardan məlum olur ki, Ermənistan partiyaları pula satılmış partiyalardır. Onlar pulun əsiridirlər və formal xarakter daşıyırlar. Bu həm də Ermənistanda korrupsiyanın hökm sürdüyündən xəbər verir. Allahı pul olan partiyalar haqqında bundan başqa fikir yürütmək olmaz.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

01.12.2014 16:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*