Azərbaycanca

Ermənistan Qarabağı xristianlaşdırır – FOTO

11.10.2012 | 17:08
1349958033_ermeniler-qarabaqi-xristianlashdirirErmənilərin 1992-ci il işğalına qədər nə Qarabağda və nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmayıb, lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsini inşa ediblər. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun Lent.az-a verdiyi məlumata görə, bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verilib. Ermənistan Qarabağı xristianlaşdırır - FOTO Beləliklə, son 20 ildə Ermənistan hökuməti işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını 58-ə çatdırıb. Bu faktiki olaraq hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur. Sovetlər dönəmində Azərbaycanın digər ərazilərində olduğu kimi Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin bütün şəhər və qəsəbələrində, 1941/45-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan bu şəhər və qəsəbələrin müharibə iştirakçılarının xatirələrinə abidələr ucaldılıb. O dövrdə bu tipli abidələr həqiqətən öz möhtəşəmliyi və əzəməti ilə diqqət çəkib. Ermənilər bu abidələrə də əl gəzdirərək erməniləşdiriblər. Bu abidələrin üzərindən ornamental lövhələri sökərək dəyişdirib, divarlarındakı yazıları silərək orada erməni döyüşçülərinin adlarını yazsalar da, bu abidələrin formalarını dəyişdirə bilməyiblər. Faiq İsmayılov bildirib ki, bu ərazilərdə ən acınacaqlı vəziyyət Ağdam rayonunun Şahbulaq ərazisində yaşanır. Burada ermənilər Pənahəli xanın qəsri ətrafında arxeoloji qazıntılar apararaq tapdıqları məişət əşyalarından ibarət qəsrin içərisində muzey yaradıblar. Dünyanın bir çox ölkələrindən elm adamlarını bu qazıntılara cəlb edən ermənilər Pənahəli xanın qəsrini erməni knyazı II Tiqranın iqamətgahı kimi təbliğ edirlər. Dünyanın bütün tarixi mənbələrində isə əsl həqiqət isə bundan ibarətdir ki, eramızdan əvvəl I əsrin əvvəlində Selevkilər dövlətinin süqutu ilə erməni çarı II Tiqran (e.ə.96-55) ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirmə siyasəti yürüdüb və bugünkü Livanın cənubuna qədər olan ərazini işğal edib. II Tiqran ölkənin paytaxtını Diyarbəkir şəhəri yaxınlığında saldırdığı Tiqranakert şəhərinə köçürüb. Lakin Roma imperiyası ərazidə güclü bir dövlətin yaradılmasına göz yuma bilməzdi. Qney Pompeyin komandanlığı altında Roma və Ermənistan hökmdarları arasında olan döyüşdə II Tiqran məğlub edilib və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur olub.     Lent.az

 

11.10.2012 17:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*