Azərbaycanca

Ermənistan Rusiyanın əyalətinə necə çevrildi

25.09.2013 | 15:54

1380109720_armenia1Serj Sarkisyanın Moskva səfəri çərçivəsində ölkəsinin Gömrük İttifaqına qoşulduğu barədə verdiyi qəfil qərar Dağlıq Qarabağ ətrafındakı situasiyaya yeni rənglər qatıb. Əslində qərarı gözlənilməz adlandırmaq doğru olmazdı. Çünki Rusiya-Ermənistan münasibətlərindəki durumun təhlili rəsmi İrəvana başqa məntiqli, hansısa möcüzəvi çıxış yolu saxlamamışdı.

Erməni ictimai-siyasi fikrində Sarkisyanın addımı sərt tənqid edilsə də, yağdırılan iradları  elə də səmimi saymaq olmur. Ən azından ona görə ki, xarici sərhədləri belə Rusiya əsgərləri tərəfindən qorunan Ermənistan Kremlin dünyada ən sadiq, ən sözəbaxan, ən müti müttəfiqidir; faktiki, Rusiyanın əyalətlərindən biridir. İrəvanın hansı sanballı seçim imkanları ola bilər ki?

 

Elə bu günlərdə, hətta Rusiyaya qarşı inamsızlıq atmosferinin hökm sürdüyü vaxtda Ermənistanda keçirilən bir rəy sorğusu göstərib ki, əhalinin 55 faizi ölkənin mövcudluq qarantını yenə məhz Rusiya ilə bağlayır. Rəqəm öz-özlüyündə çox şey deyir.

 

Təbii ki,erməninin rusdan asılılığı ən əsası Qarabağa görədir. İstər hakimiyyətdə Sarkisyan olsun, istərsə də qeyrisi – ən qatı müxalif mövqeli erməni siyasətçisi, bu reallıq görünür. Hələ uzun müddət dəyişməz qalacaq. Demək ki, rəsmi İrəvanın Avropa Birliyi ilə yaxınlaşmaq söz-söhbətləri yaxşı düşünülmüş siyasi oyun, daha dəqiqi, Rusiyadan hansısa güzəşt qoparmaq naminə Ermənistanın “məzənnəsini” artırmaq tamaşası da ola bilərdi.

 

Sarksiyanın bu qərarından dərhal sonra Avropa İttifaqından ciddi bəyanatlar səsləndirildi.Litvanın xarici işlər naziri Linas Linkyaviçyus AFP informasiya agentliyinə verdiyi müsahibəsində məsələyə “Ermənistanın Gömrük ittifaqına üzv olması onun “Dərin və HərtərəfliAzadTicarət Zonası Haqqında” müqaviləyə qoşulması şansınınqarşısını aldı. Biz hər hansı bir ölkənin seçiminə hörmətlə yanaşırıq. Ancaq onlar müxtəlif tarif tələbləri olan iki ayrı təşkilata üzv ola bilməzlər”kimi münasibət bildirdi.

 

İsveçin xarici işlər naziri Karl Bildt twittersosial şəbəkəsindəkisəhifəsində məsələyə münasibət bildirərkən,fikirlərini “Deyəsən Ermənistan Avropa İttifaqı ilə “Dərin və HərtərəfliAzadTicarət Zonası Haqqında” müqavilə üzrə bağlarını qoparır və Rusiya ilə inteqrasiya olur. Ermənistanın Gömrük İttifaqına üzv olmaq və Avrasiya İqtisadi İttifaqında iştirak etmək haqqında qərarı bu ölkənin siyasətində 180 dərəcəlik dönüşdür” şəklində ifadə etmişdir.

 

“KarabakhİNFO.com” mövzu ilə bağlı Azərbaycanın tanınmış politoloqlarının rəyini öyrənib.

 

Politoloq Vəfa Quluzadə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin atdığı son addımlar iqtidarı çox çətin durumda qoyur. SSRİ çökdükdən sonra Rusiyanın Ermənistana heç bir xeyrinin dəymədiyini deyən V.Quluzadə vurğuladı ki, erməni xalqının maraqları Qərbə inteqrasiyanı zəruri edir: “Ermənistanın gələcəyini Ter-Petrosyan 1998-ci ildə bəyan etmişdi. O zaman Ermənistanın rəhbəri bildirmişdi ki, Azərbaycanla sülh olmasa, dövlətlərinin gələcəyi yoxdur. Ter-Petrosyan Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırmasına çalışırdı. Bu siyasətinə görə Rusiya onu hakimiyyətdən uzaqlaşdırdı. 1999-cu ildə Köçəryan güzəştli sülhə söz vermişdi. Amma o da mövqeyində sona qədər dayanmadı. Parlamentdə güllələnmə baş verəndən sonra situasiya dəyişdi”.Ermənistan Rusiyanın əyalətinə necə çevrildi

 

Ermənistanı güclə Avrasiya İttifaqına üzv qəbul etdirdiklərini deyən V.Quluzadə düşünmür ki, Yerevanın bu ittifaqa girməsi regionda durumu ciddi formada dəyişməyəcək: “Regiondakı durum dondrulmuş münaqişə vəziyyətidir. Rusiya hər vəchlə çalışır ki, regionda sülh olmasın. İranı da Ermənistanı da Rusiya təzyiq altında saxlamaq istəyir. Ona görə əslində regionda elə bir dəyişiklik baş verməyib. Rusiya əvvəlki iddialarında qalır və bu iddiaları daha da dərinləşdirir, rəsmiləşdirir. Rusiya regionda bundan artıq heç nəyə qadir deyil. Rusiyanın güclü iqtisadiyyatı olsaydı, keçmiş Sovet İttifaqı bərpa olunardı”.

 

Politoloq Elçin Xalidbəyli açıqlamasında Ermənistan bu addımı ilə Rusiyanın bir əyaləti olduğunu sübut etdi. “Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfəri və onun nəticələri bir daha təsdiqlədi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı regional for-postudur. Hətta Ermənistanı Rusiyanın qeyri-rəsmi mülkiyyəti və ya əyaləti də hesab etmək olar. Çünki növbəti dəfə məlum oldu ki, Rusiyanın Ermənistandan öz istədiyini alması üçün ona təzyiq göstərməsinə belə, ehtiyac yoxdur. Bunun üçün Kremlin rəsmi İrəvana elə sadəcə “göz ağartması” belə, kifayətdir. Bu səfər Ermənistanın oktyabr ayında Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı müqavilə imzalamalıydı. Rəsmi İrəvanın bu niyyəti Kremli qıcıqlandırırdı. Çünki belə bir müqavilənin imzalanması Ermənistanın Rusiyanın təsir dairəsindən qoparılmasının başlanğıc mərhələsinə çevrilə bilərdi. Eyni zamanda, Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsi prezident Vladimir Putinin Avrasiya Birliyi və Gömrük İttifaqının yaradılmasıyla bağlı layihələrini iflasa uğrada bilərdi. Çünki Rusiyanın for-postunun – Ermənistanın üzvlükdən yayına bildiyi Avrasiya Birliyi və Gömrük İttifaqından digər MDB dövlətləri daha asan yayına bilərdilər. Təbii ki, Kreml heç bir halda Ermənistanın bu layihələri iflasa uğratmasına imkan verə bilməzdi. Ona görə də, Kreml S.Sarkisyanı təcili Moskvaya çağırdı. Ona orada anlatdılar ki, rəsmi İrəvan Rusiyanın maraqlarına zidd heç bir addım atmaq hüququna sahib deyil. Belə bir addımın atılmasına göstərilən cəsarət isə, hətta Ermənistanın bir dövlət kimi mövcudluğunu belə şübhə altına sala bilər”.

 

Ermənistan Rusiyanın əyalətinə necə çevrildiO, açıqlamasında Ermənistanın məlum mövqeyini Azərbaycanın müharibə mesajları ilə də əlaqələndirib. “Heç şübhəsiz ki, bu xəbərdarlığın məzmununa Azərbaycanın mümkün hərbi müdaxilə ehtimalını da əlavə etmiş ola bilərlər. Yəni Sarkisyana anlada bilərdilər ki, siyasi-iqtisadi, maliyyə və hərbi gücü Ermənistanla müqayisə edilməyəcək qədər yüksək olan Azərbaycanla savaş Ermənistanı dünya xəritəsindən birdəfəlik silə bilər. Hələlik Azərbaycanın səbrli davranmasının və müvəqqəti gözləmə mövqeyi tutmasının yeganə səbəbi Rusiyanın Ermənistanı himayə etməsiylə bağlıdır. Əgər Rusiya öz əlini rəsmi İrəvanın üzərindən çəkərsə, Azərbaycanın Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratması hətta bir neçə saat çəkə bilər. Yəni Kremldə Sarkisyanı Azərbaycanın hərbi gücüylə hədələyərək Ermənistanı Gömrük İttifaqına “bağladılar”. Ancaq Ermənistanın Gömrük İttifaqına üzvlüyü Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilə bilməz. Və bu məsələnin Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyanı Ermənistanın xeyrinə dəyişə biləcəyi də qətiyyən inandırıcı deyil. Çünki Azərbaycanın beynəlxalq mövqeləri Ermənistanla eyni deyil. Və Azərbaycan Rusiyanın təzyiqlərlə öz istəyini qəbul etdirə biləcəyi dövlətlərin sırasına daxil deyil. Əlbəttə, Rusiyanın Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışacağını da tamamilə istisna etmək olmaz. Ancaq Azərbaycanın beynəlxalq mövqeləri Rusiyanın təzyiqlərini zərərsizləşdirmək üçün yetərlidir”.

 

 

Politoloq Natiq Miri açıqlamasında bildirib ki, Sarkisyanın Gömrük İttifaqına üzv olmaq qərarı Rusiyanın təzyiqi ilə baş tutub. “Bu da bilavasitə Ermənistanın təhlükəsizliyinə verilən qarantla bağlıdır. Ermənistanın təhlükəsizliyi həm də Qarabağa aid edilə bilər. O mənada ki, Rusiya heç bir vəchlə Azərbaycana torpaqlarını hərbi yolla azad etmək imkanı verməyəcək. Bu isə Qarabağda mövcud olan status-kvonun saxlanması deməkdir. Ermənistan Rusiyanın əyalətinə necə çevrildiYəni, Azərbaycan torpaqları hələ bir müddət də Ermənistanın işğalında qalmaqda davam edəcək. Eyni zamanda Azərbaycanla hərbi balansın qorunması üçün Rusiya Ermənistana müasir silahlar verməyə davam edəcək. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın Qarabağ kartından başqa da Azərbaycana təsir mexanizmləri var və bu yöndə iqtidarı Gömrük İttifaqına üzvlüyə təhrik etmək üçün təzyiqlərdən istifadə edəcək. Çünki Gömrük İttifaqı və Avrasiya İttifaqı kimi siyasi layihələrin baş tutması üçün Azərbaycan və Ukrayna açar ölkələrdən sayılır”.

 

Politoloq Hatəm Cabbarlı açıqlamasında bildirdi ki, Ermənistan bu addımı ilə tamamilə Rusiyanın orbitinə daxil olduğunu sübut etdi. “Sərkisyan səfər zamanı Rusiya ilə imzalanan hərbi-təhlükəsizlik müqavilələrini ön plana çıxarması, bu müqavilələrin Ermənistanın təhlükəsizliyini təmin etdiyini dönə-dönə vurğulaması “kilsəyə gedərək günah çıxarmağa” bənzəyir. Sanki Sərkisyan bununla ölkəsində məsələ ilə bağlı daxili ictimai rəyin müsbət formalaşmasına təsir etməyə çalışır.Belə hiss olunur ki, o, eyni zamanda Gömrük İttifaqına üzv olmasında Rusiyanın hərbi-təhlükəsizlik amilini istifadə edərək, təzyiq göstərdiyiniAvropa dövlətlərinə xatırlatmağa çalışır. Yəni bütün hallarda Sərkisyanın bu sətiraltı bəyanatları və “günah çıxartmaq” təşəbbüsü artıq heç bir işə yaramayacaqdır. Ermənistanın tamamilə Rusiyanın orbitinə girdiyini və hətta onunlabütünləşdiyini demək mümkündür”.

 
1380110035_hatm-cabbarlO, Ermənistan üçün yeni mərhələnin başladığına işarə edib. “Ermənistan üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni bir mərhələ başlayır. Amma bu yeni mərhələnin perspektivinin necə olacağı hökumətin özünə belə aydın deyil. Ermənistan “yumurtaların hamısını eyni səbətə yığmağa” məcbur oldu. Bu, Ermənistan rəhbərliyinin son 20 ildə həyata keçirdiyi yanlış xarici siyasət və təhlükəsizlik strategiyanın labüd nəticəsidir”.

 

Hatəm Cabbarlı Ermənistanın bu addımını hər il qondarma Dağlıq Qarabağ rejiminin dövlət büdcəsinə ayrılan pullarla da izah etməyə çalışıb. “Azərbaycan torpaqlarını 20 ildən çoxdur ki, işğal altında saxlayan, bundan heç bir iqtisadi və təhlükəsizlik dividenti əldə etməyən Ermənistan onsuz da çöküş mərhələsini yaşayan iqtisadiyyatını canlandırmaq əvəzinə silahlanmaya əhəmiyyət verdi. Azərbaycanın inkişaf edən iqtisadiyyati isə ona milyardlarla dollarlıq silah almağa imkan verir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək, Ermənistan işğal etdiyi torpaqları geri qaytarmamaq üçün silahlanır. Burada incə bir psixoloji nüans var. Qondarma Dağlıq Qarabağ rejimi 20 ildən çoxdur ki, Ermənistan büdcəsinin hesabına yaşayır və büdcəyə demək olar ki, heç nə qaytarmaq iqtidarında deyil. Qondarma Dağlıq Qarabağ rejimiüçün Ermənistan büdcəsindən ayrılan vəsait hər il təkrarlanan təbii fəlakətə bənzəyir. Bu fəlakətin nəticələri aradan qaldırırlmamış, yeni bir təbii fəlakət baş verir və Ermənistan büdcəsi artıq bunu qarşılamır”.

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

25.09.2013 15:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*