Azərbaycanca

Ermənistan satqınlıqda ittiham olunur

28.10.2013 | 17:47

1382967632_20_armenia1Ermənistanın beynəlxalq təşkilatlarda özünün işğalçılıq siyasətinə dəstək qazanmaq cəhdi boşa çıxır”

Xəbər verildiyi kimi Avropa Parlamentinin plenar sessiyasında ilk dəfə olaraq Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamə qəbul edilib. Plenar sessiyada diqqət çəkən ən vacib məqam Ermənistanın işağalçılıq siyasətinin, eləcə də ikiüzlülüyünün tənqid olunmasıdır. Və Avropa parlamentariləri Ermənistanın bu hərəkətlərindən təəssüfləndiklərini bildiriblər. Ayrıca qəbul edilmiş qətnamədə bu məsələlər xüsusi vurğulanıb. “AzərTAc”ın xəbərinə görə, qətnamədə “Gömrük İttifaqına tərəfdar olduğunu bəyan etmiş Ermənistan prezidentinin sonuncu addımı” barədə təəssüf bildirilib. Bununla da Avropa Parlamenti vurğulayıb ki, prezident Serj Sərkisyan həmin qərarı ölkə ictimaiyyətinin rəyi nəzərə alınmadan təkbaşına qəbul edib. Elə həmin paraqrafda vurğulanır ki, “həm bu, həm də o” formulu mümkün deyildir”.  Avropa Parlamenti xatırladır ki, belə siyasət Assosiativ Sazişlə bir araya sığmır”.

 

Şavarş Köçəryanın şəxsində Ermənistan özünün növbəti diplomatik rüsvayçılığına necə bir izah tapacağını isə yalnız təxmin etmək qalır. Ermənistan XİN-in podratçısı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin guya Azərbaycandan çox Ermənistana ünvanlanması və bütün bu illər ərzində ona Yerevan tərəfindən deyil, Bakı tərəfindən etinasızlıq göstərilməsi barədə cəfəng traktofkanın müəllifi, istefada olan Rusiya diplomatı Vladimir Kazimirovun yanında pullu məsləhətləşmələri də ona kömək etməyib. Vladimir Nikolayeviçin istefadan sonra vaxtı çoxdur. Onda qoy izah etsin. Nə üçün erməni lobbiçiləri Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi sənədin mətnindən BMT Təhlükəsizlik Şurasının bu dörd “Anti Azərbaycan” qətnaməsinin xatırlanmasını istisna etmək üçün son həftə bu qədər canfəşanlıq ediblər və deputatların əksəriyyəti bu səyləri rədd edəndə yaman pərt olublar.

 

“Dağlıq Qarabağ məsələsinin beynəlxalq siyasətin gündəliyində olduğu bir daha sübut olunur”

 

Ermənistan satqınlıqda ittiham olunurAvropa Parlamenti bu kimi qətnamələr bir neçə dəfə qəbul edib. Sonuncu qətnamədə isə Ermənistana daha sərt mesajlar verilib. Belə olduqda bu qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həllinə və ya gündəmdə qalmasına  nə dərəcədə təsiri diqqət çəkir. Bu məsələylə bağlı ekspertlərin fikirləri müxtəlifdir. Millət vəkili, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bizimlə söhbətində bu qərarı  Dağlıq Qarabağ məsələsinə beynəlxalq təşkilatlardan birinin  mövqeyi kimi qimətləndirdi: “Ermənistanın bütün səylərinə baxmayaraq, beynəlxalq təşkilatlarda özünün işğalçılıq siyasətinə dəstək qazanmaq cəhdi boşa çıxır. İndiyə qədər heç bir beynəlxalq təşkilat Ermənistanın Azərbaycan ərazisinə təcavüzünə haqq qazandırmır”

 

Onun fikrincə, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxsalar, özlərinin obyektivliyini çox böyük zərbə altında qoymuş olarlar: “Çünki II Dünya müharibəsindən sonra dünyanın nizamlı quruluşunun əsasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələsi durur. Hesab etmirəm ki, bu qətnamə Dağlıq Qarabağ münaqişəsinin həllinə əsaslı təsir edəcək. Sadəcə olaraq Dağlıq Qarabağ məsələsinin beynəlxalq siyasətin gündəliyində olduğu bir daha sübut olunur”.

 

Ermənistan satqınlıqda ittiham olunur

Millət vəkili Rasim Musabəyov isə bu qətnamənin ermənilərə müəyyən bir təzyiq olduğunu düşünür: “Amma o qərardan sonra ermənilərin vahiməyə düşüb torpaqları boşaldacaqlarını gözləmək də sadəlövhlük olardı. Nəzərə alsaq ki, ermənilər Avropa qapılarında dilənirlər və onların Avropa Birliyindən bir çox umacaqları var. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Birliyi ilə hər bir sənədin imzalanmasına Avropa Parlamentinin qərarı böyük təsir edəcək”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu da bu qətnaməni önəmli sənəd hesab edir: “Bundan öncə də Avropa Parlamenti oxşar qətnamələr qəbul etmişdi Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə digər təşkilatların qətnamələrindən fərqlənir. Çünki  burada işğalçı dəqiq göstərilir və qeyd olunur ki, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Bu o deməkdir ki, Avropa Birliyi qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bərabər, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edir. Bu, Azərbaycanın xeyirinə olan qətiyyətli qətnamədir. Lakin belə bir məqamda biz Avropa Birliyi ilə daha çox yaxınlaşmaqdansa, daha çox uzaqlaşmağa çalışırıq”.Ermənistan satqınlıqda ittiham olunur

 

“Bu qətnamə Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsində konkret şərtdir”

 

Qətnamədə qeyd olunur ki,  bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinə ziddir. Belə olduğu halda Ermənistanın Şərq Tərəfdaşlığı proqramında iştirak etməsi nə dərəcdə haqlıdır. Ermənistanın bu qətnaməyə əməl etmədiyi halda, Şərq Tərəfdaşlığı proqramından çıxarılıb çıxarılmaması da sual doğurur. Bu haqda da danışan A.Mirzəzadə dedi ki, Avropa heç bir halda, hətta Ermənistan ona arxa çevirsə belə, bu ölkə ilə əlaqələri üzməyəcək: “Əlbəttə, Ermənistan Gömrük İttifaqına qoşulmaqla özünün Avropa ilə körpülərinin çoxunu yandırdı. Amma nəzərdən qaçırmayaq ki, Avropada güclü erməni diaspor təşkilatları var və Ermənistan xristian ölkəsidir”.

 

R.Musabəyov isə düşünür ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramında çıxarılmasa da qarşısına müəyyən tələblər qoyulacaq: “Ermənistan Şərq Tərəfdaşlığı proqramında iştirak edir. Tutalım, Avropa Birliyi hansısa yeni sənəd imzalamaq niyyətindədir. Onda təbii ki, bu tələb ortalığa çıxacaq. Düşünürəm ki, Ermənistanın Gömrük İttifaqına girməyi Avropa Birliyi siyasilərini xeyli hiddətləndirib. Avropa Birliyi Ermənistana “yox”  cavabı vermək istəyində olanda, bu qətnaməni çıxarıb onların gözlərinə soxacaq. Çünki Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsində bu qətnamə konkret şərtdir. Ona görə ermənilərlə proqram çərçivəsində Avropa Birliyinin hər bir əlaqələrində bu qətnamə nəzərə alınmalıdır”.

 

E.Şahinoğlu  bildirdi ki, qətnamə qəbul olunanda Ermənistan çox kəskin şəkildə tənqid olunub: “Ermənistanı satqınlıqda ittiham ediblər ki, Avropa Birliyini onun proqramlarına qoşulacaqlarına inandırıb. Sonra da Rusiyanın təzyiqləri nəticəsində Gömrük İttifaqını seçib. Bu Avropa Birliyini çox qıcıqlandırıb. Amma inanmıram ki, əməkdaşlığı dayandıralar. Hər halda vizaların  yumşaldılması ilə bağlı hər hansı anlaşmalar imzalanacaq. Elə məhz bunun müqabilində Azərbaycanın əlinə yaxşı fürsət düşürdü ki, Avropa Birliyi ilə əməkdaşlığı genişləndirsin”.

 

Onun sözlərinə görə, hər halda bizlə də vizaların yumşaldılması ilə bağlı hansısa anlaşmanın imzalanması gözlənilir: “Amma bu azdır. Azərbaycan da gərək assosiativ anlaşma imzalasın. Əsas müttəfiqimiz olan Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiativ anlaşma imzalayacaqlar, təkcə bizdən başqa”.

 

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com” 

28.10.2013 17:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*