Azərbaycanca

“Ermənistan siyasi məhbuslar barədə düzgün məlumat vermir”

15.12.2014 | 15:40

siysimehbsÖtən həftə Ermənistan Parlamentində insan haqlarının müdafiəsi komissiyasının siyasi məhbuslar mövzusunda təşkil etdiyi dinləmələr pozuldu.

 

 

Komissiya AŞPA-nın qəbul etdiyi 1900 saylı “Siyasi məhbusun müəyyənləşdirilməsi” qətnaməsinin icrası məsələsini müzakirəyə qoymuşdu. Hərbi məhbus Şant Hatutyunyanın həyat yoldaşı Ruzanna Badalyan və 5 noyabr işi üzrə azadlıqdan məhrun olan digər gənclərin qohumları dinləmələrdə iştirak edirdilər. Məruzə ilə çıxış etməli və suallara cavab verməli olan Ermənistan baş prokurorluğunun təmsilçisi dinləmələrə ümumiyyətlə gəlmədi. Prokurorluq təmsilçisinin dinləmələrə niyə gəlmədiyini baş prokurorluqdan dəqiqləşdirməyə çalışdıqda prokurorluğun ictimaiyyətlə əlaqələr idarəsindən belə cavab verdilər: “Hüquqların müdafiəsinə dair kütləvi müzakirələr və fikir mübadilələri öz-özlüyündə pis deyil, lakin prokurorluq insan haqlarının müdafiəsi sahəsində əməli addımlar atılmasına tərəfdardır ki, bunun nəticələri heç olmazsa gec də olsa mütləq bəhrəsini verər. Prokurorluq insan haqlarının müdafiəsinə yönəldilmiş istənilən əməli tədbir məsələsində qeyd-şərtsiz və daim əməkdaşlıq etməyə hazırdır”.

 

 

Prokurorluq faktiki olaraq parlament dinləmələrinin mənasız olduğunu qərara aldı. Dinləmələr nəzərdə tutulduğu kimi davam etmədi, çünki orada cəmi dörd deputat iştirak edirdi. Səbəbi həm də o idi ki, onlar bu barədə sadəcə bir gün əvvəl xəbərdar edilmişdilər.

 

 

Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bəyan etdi ki, Ermənistanda üç prezidentin dövründə də siyasi məhbuslar olub. O dedi ki, XXI əsrdə siyasi məhbusun olması mənfi haldır. Qeyd etdi ki, Şant və yoldaşları siyasi məhbusdur. Məruzələrlə çıxış etməli olan insan haqları müdafiəsinin nümayəndəsi və vəkil Ara Zakaryan da dinləmələrə gəlmədi.

 

 

Nəticədə komissiyanın digər üzvləri bəyan etdilər ki, onlar da çıxış etməyəcəklər, çünki mənası yoxdur. Vəkil Artak Zakaryan yerindən səslədi: “Onda gəlin parlamenti buraxaq”. “Gəlin”-deyə Zaruhi Postancyan onun sözünə reaksiya verdi. Buna baxmayaraq, o çıxış etdi və bildirdi ki, Ermənistanda siyasi məhbuslar var: “Biz nə qədər siyasi məhbusun olması barədə düzgün məlumat vermirik, həmin adamları barmaqlıqlar arxasından azad etmək yollarını bilmirik. Biz əvvəllər baş vermiş cinayətlərə hələ qiymət verməmişik. Əgər biz bütün bunlara qiymət vermiriksə, yenidən bu burulğanın içinə düşəcəyik ki, bu, əlbəttə, nə yaxşılığa, nə də tərəqqiyə doğru aparmayacaq”.

 

 

İnsan haqları komissiyasının sədri Elinar Vardanyan dedi ki, komissiya hər halda AŞPA qətnaməsinin parametrlərinə riayət etməyə dair çağırışla çıxış edəcək.

 

 

Artak Zakaryan belə bir təklif irəli sürdü: “Madam ki, siz çağırışla çıxış edəcəksiniz və parametrləri olan qətnaməmiz var, indiki vəziyyət bir yana qoyaq, çünki indiki zaman problemlərlə doludur, ağrı-acılıdır, çox siyasidir, 2008-ci il 1 martdan sonrakı məhbusları siyasi məhbus adlandıraq, ədliyyə naziri də 1 mart hadisələrindən sonra siyasi məhbuslar olduğunu bildirib”.

 

 

Siyasi məhbus Şant Harutyunyanın həyat yoldaşı Ruzanna Badalyan öz fikirlərini bu cür ifadə edib: “Düzünü desək, bu dinləmələrə çox böyük ümidlər bəsləyirdim, lakin aydın olduğu kimi, siyasi məhbusların mövcud olması, yaxud gələcəkdə siyasi məhbusların olmaması məsələsi millət vəkillərimizdən yalnız bir neçəsi üçün maraqlı idi və bu bütün hakimiyyət sisteminin öz hakimiyyətini nəyin bahasına olursa-olsun saxlamağa çalışdığını bir daha təsdiq etdi. Həmin hakimiyyətin əleyhinə çıxan kər kəs baxışlarına görə mühakimə ediləcək”.

 

 

Sabir Babayev
“KarabahİNFO.com”

 

 

15.12.2014 15:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*