Azərbaycanca

“Ermənistan sülhü pozmaqla beynəlxalq qanunları tapdalayır”

22.04.2014 | 14:30

1398162594_2Türkiyə Böyük Millət Məclisinin üzvü, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi Azərbaycan-Ermənistan münasibətləri haqda “KarabakhİNFO.com”a müsahibə verərkən belə deyib:

-İsmayil bəy, Ermənistan sülh danışıqlarını uzatmaqla danışıqlar prosesinə zərbə vurur. Sizcə, rəsmi İrəvan bununla nəyə nail olmağa çalışır?

 

-Ermənistan sülh prosesini pozmaqla bir daha beynəlxalq qanunları tapdalayır. Bununla da danışıqlar əhəmiyyətini itirir. Bu siyasət bölgədə sülhə olan inamı sarsıtmaqla vəziyyəti gərginləşdirir. Bununla yanaşı Azərbaycanın sülh variantından imtina etməyə məcbur edir.

-İşğalçı ölkənin sərgilədiyi davranış modeli vəziyyəti gərginləşdirə bilərmi?

 

-Hesab edirəm ki, bundan sonra bölgədə vəziyyət gərginləşəcəksə, əsas məsuliyyəti Ermənistan daşıyacaq. Bir daha bəyan edirik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yalnız bundan sonra bölgədə ədalət bərqərar ola bilər. Məsələnin həlli ilə bağlı başqa yol görmürəm.

 

-Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı Türk dünyasının birliyi istiqamətində gedən proseslərə necə təsir göstərir?

 

-İki qardaş ölkə arasında əlaqələrin inkişafı, digər türk dövlətlərinə də mənəvi stimul verir. Bu gün iki qardaş ölkə türk dünyasının katalizatoru rolunu oynayır. Azərbaycan türk dünyasında körpü rolunu oynadığı üçün ölkəmizin güclənməsi, inkişafı mənəvi-siyasi və sosial-iqtisadi bağları daha da möhkəmləndirir. Sevindirici hal odur ki, türk dünyası oyanır və güclənir. Əlaqələrimiz strateji səviyyədə inkişaf etməkdədir. Yaxın zamanlarda görülən işlərin bəhrəsi nəticəsini verəcək.

– Türk dünyası Qarabağ məsələsində vahid mövqe ortaya qoyurmu?

 

– Xüsusilə türk dünyası Azərbaycanın ən yaralı yeri olan Qarabağ məsələsində öz səylərini gücləndirməli və haqqın bərpa olunması üçün beynəlxalq ictimaiyyətlə ciddi çalışmalıdır.

 

-Bəs,Türkiyənin rolunu necə qiymətləndirirsiniz?

 

-Türkiyə bütün varlığı ilə Azərbaycanın güclənməsini və bölgədə söz sahibinə çevrilməsini dəstəkləyir. Bölgədə rifahın yaxşılaşması və geniş iqtisadi yatırımların həyata keçirilməsi, rəsmi Ankaranın bölgə ilə bağlı yürütdüyü siyasətin tərkib hissəsidi. Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadı. Azərbaycana qarşı hansısa zərərlərin gəlməsini istəmirik. Çox sevinirik ki, Azərbaycan güclü dövlət olaraq, bölgədə, o cümlədən qlobol səviyyədə geopolitik siyasətin subyekti kimi fəaliyyət göstərir və uğurlu diplomatik siyasət aparmaqdadı. Beynəlxalq qurumların diqqətini isə Qarabağ məsələsinə cəlb edərək Ermənistanı dünya ictimaiyyətinə işğalçı dövlət olaraq təqdim edə bilib.

 

 

Elnur Eltürk

 “KarabakhİNFO.com”

22.04.2014 14:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*