Azərbaycanca

Ermənistan suriyalı erməniləri nədən Qarabağda məskunlaşdırıb?

18.07.2014 | 10:42

10542850_604612982985522_186190110_nBildiyimiz kimi, Suriyada baş verən hadisələr fonunda orada yaşayan azsaylı erməni əhalisi də döyüş bölgələrini tərk etməli olub. Ermənistana gələn bu erməniləri Sarkisyan hökuməti beynəlxalq qanunları pozmaqla öz ölkəsində deyil, işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirib. Bununla bağlı çoxsaylı faktlar da var. Hətta ATƏT-in faktaraşdırıcı missiyası da bu məqamı təsdiqləyib.

 

Görəsən, Ermənistanın suriyalı erməniləri işğal olunmuş torpaqlarımızda məskunlaşdırmaqda məqsədləri nədir?

 

 

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında qeyd etdi ki, işğal olunmuş Azərbaycan torpaqlarında xaricdən, o cümlədən Suriyadan gələn ermənilər heç zaman məskunlaşa bilməyəcək: “Ermənilər Azərbaycan torpaqlarını işğal edəndən sonra aydın məsələ idi ki, o torpaqlar ölkəmizin olduğundan heç zaman ermənilərə qalmayacaq. Ermənilər bu illər ərzində o torpaqları guya məskunlaşdırmaq adı ilə müəyyən fəaliyyətdə bulunublar. ATƏT-dən gələn faktaraşdırıcı missiyanın hədəflərindən biri o olub ki, buradakı vəziyyətə dair hesabat hazırlasın. Bu hesabata əsasən bilirik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma faktları var. Suriya isə dünənin söhbətidir. Bundan öncə ermənilər çalışıb ki, Ermənistanın özündən camaatı işğal olunmuş torpaqlara təşviq etsin. Ermənistan əhalisi də ora gedib vəziyyəti görəndən sonra, təbii ki, orada yaşamaq istəmədi.  Xarici bəzi telekanalların işğal olunmuş torpaqlarımızdan çəkdiyi video süjetlərdən görürük ki, Azərbaycanın buradakı qədim və gözəl yaşayış məskənləri indi viranə vəziyyətdədir.  Burada yaşamağa yaramayan bir şəraitdə ermənilər it günündə yaşayır. Bütün dünya bunu görür. Təkcə Xankəndinin bəzəyib-düzəyib şəklini çəkib dünyaya göstərməklə ermənilər çalışır belə fikir yaratsın ki, guya onlarda hər şey qaydasındadır.  Qətiyyən belə deyil. Onlar o torpaqlarda onlar heç zaman məskunlaşa bilməyəcək”.

 

 

10567426_604613212985499_685993987_nErmənistanın suriyalı erməniləri hansı məqsədlə Dağlıq Qarabağda yerləşdirmələrinə gəldikdə isə, ekspert burada iki məqamın ola biləcəyini bildirdi. Onlardan biri həmsöhbətimizə görə, Ermənistanın özünü dünyaya humanist kimi göstərmək niyyətindən qaynaqlanır:  Suriya məsələsinə gəldikdə, bu məsələ qəfildən çıxdı. Əhali buradan qaçmağa başladı. Onların sayı milyonlarla hesablanır. Ermənistana isə o qədər Suriyalı erməni gələ bilməz. Bu fiziki cəhətdən mümkün deyil. Amma gələnlər var. Ermənistan da onları işğal olunmuş ərazilərdə guya məskunlaşdırıb. Qətiyyən inandırıcı deyil ki, onlar orada qalsın. Heç zaman orada qalmayacaqlar da. Əvvəla dünyada o qədər erməni yoxdur. İkincisi, Ermənistanın onlar üçün sözün əsl mənasında məskunlaşdırmanın tələb etdiyi şəraiti yarada bilməsi də mümkün deyil. Bu, heç vaxt olmayacaq. Suriya ermənilərini işğal olunmuş torpaqlarımızda yerləşdirməklə Ermənistan dünyaya göstərmək istəyir ki, guya humanist millətdir. Yaranmış vəziyyətdə Suriyada ağır situasiyaya düçar olan soydaşlarına guya sahib durur. Onlar sahib durandırlarsa, vətəndaşları olan öz erməni əhalisinə sahib çıxsınlar. Hər il on minlərlə erməni Ermənistanı tərk edib gedir. Ermənistanın bu siyasətlə gələcəyi yoxdur. Onlar heç nəyə də ümid etməsin. Bütün yollar onların üzünə bağlanıb. Süni vasitələrlə neçə illərdir ki, hələlik ayaq üstə dayanırlar. Bəzi kanalları var ki, o da bu siyasətlə daim olmayacaq. Ermənidən nə desən gözləmək olar”.  A. Ağayev onu da istisna etmir ki, Suriyalı ermənilərin İrəvan tərəfindən Qarabağda məskunlaşdırılmasında məqsədlərdən biri də gələcəkdə təzavüzkar niyyətlərini davam etdirmələrində onlardan  istifadə etməkdir: “Çoxsaylı sənədlər əsasında bəlli olub ki, müharibənin qızğın çağında ərəb şərqindən tutmuş, Avropa və Amerikadan ayrı-ayrı ermənilər gəlib Azərbaycana qarşı təcavüzkar müharibədə vuruşub. Bu mənada, Ermənistan Azərbaycana qarşı yenidən alovlana biləcək hərbi əməliyyatlarda işğal olunmuş torpaqlarda məskunlaşdırdıqları suriyalı ermənilərdən istifadə edə bilər. Ermənistanın bu müharibədə dalana dirəndiyini göstərən amillərdən biri də odur ki, artıq əsgər kimi Qarabağa göndərdiyi ermənilər vuruşmaq istəmir, onlar bunun mənasız olduğunu başa düşür. Belə situasiyada onlar əlaxsus nəzərə alsaq ki, heç bir nəzarət yoxdur, oradan-buradan gələn erməniləri işğal etdikləri torpaqlarda məskunlaşdırmaqla, aldadıb vuruşa da göndərə bilərlər. Yəni Qarabağ  Azərbaycan torpağıdır, işğal altındadır, orada qondarma qurum var. Qarabağın bütün büdcəsi, hərbisi hamısı Ermənistana bağlıdır. Ermınistan da bunu dilənir, Rusiyadan, digər ölkələr və diasporadan”.

 

 

10555188_604613252985495_9133987_nPolitoloq Leyla Əliyevanın fikrincə, Suriyalı erməniləri Qarabağda yerləşdirməklə Ermənistan yerindəcə öz maraqlarına cavab verən faktlar yaratmağa çalışır: “Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarında xarici, o cümlədən Suriyadan olan erməniləri məskunlaşdırması halına yerində faktlar yaratmaq tendensiyası deyilir. Bu faktları yaratdıqdan sonra, artıq onu leqallaşdırmaq qalır. Burada hansısa erməni əhalisi yaşayırsa, bu artıq onların əsas hədəflərinin yerinə yetirməsini asanlaşdırır. Azərbaycan güc vasitəsi ilə öz ərazisini qaytarmağa başlasa, onlar bu məskunlaşdırma ilə hay-küylə iddia edəcək ki, orada insanlar yaşayır, ona görə də güc vasitəsi qeyri-humanist hərəkətdir. Belə olay artıq bizə tanışdır. Yaxın Şərqdə, İsrail Fələstin münaqişəsində zəbt olunan ərazilərdə də başqa əhali yerləşdirilir. Suriyadan gələn ermənilərin mentaliteti də başqadır. Düşünürəm ki, suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirməklə  gələcəkdə, hansısa münaqişə üçün onlardan əlavə amil kimi istifadə etməyə cəhd edə bilərlər”.

 

Rüfət Sultan

 

 

“KarabakhİNFO.com”     

18.07.2014 10:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*