Azərbaycanca

Ermənistanın Türkiyəyə qarşı daha 3 ərazi iddiası – ADLAR

22.01.2015 | 13:31

 

 

ata_turk_airport_230610

 

Ermənistan və erməni lobbisi Atatürk Hava Limanı və Çankaya köşkünün ərazisinə iddia edir. Bu barədə KarabakhİNFO.com beynəlxalq elektron jurnalı Trend-ə istinadən məlumat verir.

 

 

Qəzetin məlumatına əsasən, qondarma “soyqırım”ın yüz illiyi münasibətilə Ermənistan və erməni lobbisi Türkiyə qarşısında ermənilərin 1915-ci il hadisələri zamanı tərk etdiyi ərazilərin onlara qaytarılması üçün vəsatət qaldırıblar.

 

O da qeyd olunur ki, ABŞ-da yaşayan erməni əsilli yazıçı Harut Sassouniyan yaxın vaxtlarda bu vəsatətin təmin edilməsi üçün ciddi addımlar atacağını qeyd edib.

 

 

Məlumat üçün bildirək ki, bu il yanvarın 3-də ABŞ-da yaşayan erməni əsilli Zuart Suciyan Türkiyənin Diyarbəkir Hava Limanının ərazisinin onun babasına məxsus olduğu barədə vəsatət qaldırıb.

 

 

Məlumata əsasən, Z.Suciyan Türkiyə məhkəməsinə müraciət edərək həmin ərazilərin onun babasına aid olduğunu təsdiq edən sənədləri təqdim edib.

 

 

Hazırda Z.Suciyanın təqdim etdiyi sənədlərin Türkiyə arxivlərində olan sənədlərlə uyğun olub-olmadığı araşdırılır.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

22.01.2015 13:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*