Azərbaycanca

Ermənistanda ara qarışdı – Polis vətəndaşlara qumbara atdı

16.01.2015 | 10:52

a0fd33f6e9c9c0bc30be069bc64529b9

Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında yaşanan toqquşmalar nəticəsində 12 nəfər xəsarət alıb. Polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir.

 

 

APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.

 

 

Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.

 

 

8fc09ee1280a305151322a1c5f1d9cda

 

 

Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.

 

 

Aksiya zamanı bir neçə  etirazçı saxlanılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

16.01.2015 10:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*