Azərbaycanca

Ermənistanda etirazçılar prezident adminstrasiyası qarşısında aksiya keçiriblər – VİDEO

27.01.2015 | 18:15

 

cvvErmənistanda qeyri-döyüş şəraitində həlak olmuş əsgərlərin valideynləri yenidən prezident iqamətgahının qarşısında aksiya keçiriblər

 

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki,  APA-nın «Epress» saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları prezident Serj Sarkisyanın şəkillərini yerə ataraq tapdalayıb və yandırıblar. Aksiya iştirakçılarının prezident iqamətgahının nümayəndələri ilə görüş cəhdi nəticəsiz qalıb.

 

 

Aksiyada iştirak edən əsgər anaları bildiriblər ki, 4 il əvvəl yanvarın 27-də prezident sarayının qarşısında keçirilən aksiya zamanı prezident S. Sarkisyan cinayət işlərinin araşdırılmasının ədalətli aparılacağına və cinayətkarların cəzalandırılacağına söz verib. Lakin bu vaxtadək sözünü yerinə yetirməyi.

 

 

Prezidentin iqamətgahından çıxan İrəvanın baş keşişi Baqrat Srbazanın əsgər anaları ilə görüşərək onları sakitləşdirməyə çalışması da nəticəsiz qalıb. «Siz kim üçün dua edirsiniz? Eybəcər prezident üçünmü?», deyən əsgər anaları bu məsələdə kilsənin onlara dəstək verməməsindən şikayətləniblər.

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

27.01.2015 18:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*