Azərbaycanca

Ermənistanda fəaliyyət göstərən antiazərbaycan saytları

22.12.2012 | 16:18

1356180336_79236856_2374021_justiz_im_www_1_Hazırda dünyanın bir çox yerlərində münaqişə ocaqları mövcuddur.  Münaqişə tərəflərinin haqlı və haqsız olduqları isə onların apardıqları informasiya müharibəsinin nə dərəcədə uğurlu alınmasından asılıdır.  Artıq 25 ildir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, lakin  biz hələ də bütün dünyaya öz həqiqətlərimizi çatdırmaqda çətinlik çəkirik. Bu da informasiya müharibəsində təəssüf  ki, hələ də ermənilər qədər aktivlik göstərə bilməməyimiz və diaspor təşkilatlarının fəaliyyətindəki çatışmazlıqlardır. Dağlıq Qarabağ münaqişəsini qələbə ilə nəticələndirmək üçün biz ilk növbədə informasiya müharibəsində Ermənistana qalib gəlməliyik. Dağlıq Qarabağla bağlı bir sıra erməni saytlarına nəzər salaq.  Ermənilərin Xocalı soyqırımı haqda yanlış məlumatlar yaymaq və ictimai rəyi çaşdırmaq üçün Azərbaycan dilində yaratdıqları Xocali.net saytı  rus, ingilis, Azərbaycan, alman, fars və fransız dillərində hazırlanıb. Giriş səhifə “Xocalı: görünməmiş aldatmalar və saxtalaşdırmalar atraksionu” adlanır.

Konkret olaraq Azərbaycan adı ilə bağlı erməni saytları;

www.azerbaijan.com, www.azerbaijan.net, www.azerbaijan.tv, www.azerbaijan.org, www.azerbaijan.info, www.azerbaijan.biz, www.azerbaijan.at, www.azerbaijan.de,  www.azerbaijan.ag,  www.azerbaijan.nu,  www.azerbaijan.ru,  www.azer.info

Qarabağ bölgəsi ilə bağlı;

www.karabakh.com, www.qubadli.com,  www.cebrayil.com,  www.aghdam.com, www.xocavend.com,  www.kelbecer.com,  www.lachin.com, www.karabakh.net, www.susha.com, www.karabakh.biz, www.karabakh.info,  www.xocali.com,  www.karabakh.ru,  www.karabakh.org,  www.susha.net, www.lachin.com

Bakı adı ilə bağlı;

www.baku.com,  www.baku.net , www.baku.biz, www.baku.tv, www.baku.co.uk, www.baku.ru, www.baku.in

Naxçıvan Muxtar Respublikası ilə bağlı;

www.nakhchivan.com, www.nakhchivan.net, www.sharur.com, www.ordubad.com, www.babek.am,  www.babek.info, www.babek.com, www.babek.net,  www.babek.co.uk ,  www.babek.org 

Digər bölgələrlə bağlı;

www.sumqait.info, www.sumqait.org, www.sumqait.net, www.stepanakert.com,  www.yevlakh.com, www.yevlakh.net   

ünvanları müxtəlif vaxtlarda erməni lobbisinin maliyyəsi ilə alınaraq erməniləşdirilib və Azərbaycan əleyhinə beynəlxalq miqyaslı təxribatlatrda istifadə edilir.

Ümumi Ermənistanda Azərbaycan əleyhinə 142 sayt fəaliyyət göstərir.  Bunlardan bir çoxu Azərbaycan dilində olsa da, əksəriyyəti rus, ingilis, alman və fransız dillərindədir. Azərbaycanda isə 50 yaxın Qarabağla bağlı sayt var, bunlardan isə 4-5 – i işlək vəziyyətdədir.

 

Vikipediyada erməni hiyləsi. Ermənilərin ən çox nəzarət etdiyi sayt isə vikipediyadır. Vikipediya açıq online ensiklopediya olduğundan burda qeydiyyatdan keçən hər kəs məqalə yerləşdirə və ya şərh edə bilər. Məqalələrə xüsusi idarəçilər  nəzarət edir. Azərbaycan vikipediyasının adminstratorları Azərbaycan vikipediyasında demək olar ki hər gün erməni vandalizminin şahidi olur. Onların sözlərinə görə,  ermənilərin vikipediyaya girməkdə əsas məqsədi Azərbaycan həqiqətlərini inkar etmək, azəri xalqını təhqir etmək və məqalələri korlamaqdır. Azərbaycan dilində vikipediyada təxminən 29 minə yaxın məqalə var. Erməni dilində isə 4 minə yaxın məqalə yerləşdirilib. Ermənilər ən çox rus və ingilis dillərində materiallar yerləşdirməkdə maraqlıdırlar. Çünki erməni əlifbasını oxuyan çox azdır.  İdarəçilər qeyd edir ki, ermənilər mənbələr üzərində planlı şəkildə işləyirlər: “İndiyədək yazılan materiallardan, xüsusilə, rus dilli saytlarda olan resurslardan məharətlə istifadə etməyi bacarırlar. Məsələn, bu yaxınlarda vikipediyada  xalq rəqsləri ilə bağlı “köçəri erməni xalq rəqsidir”  məqaləsi yerləşdirilib. Mənbə kimi də  Böyük  Sovet  Ensiklopediyası göstərilib. Həqiqətən də bu ensiklopediyada belə qeyd edilib. Ermənilər Sovet Ensiklopediyasını bizə qarşı silah kimi istifadə edirlər”.

İnternet məkanında beynəlxalq dillərdə yazılmış informasiya daha çox hədəfinə çata bilir. Azərbaycan dilində olan mənbələr neytral qəbul edilmir. Vikipediyada da adminstratorlar ən çox ingilis və rus mənbələrinə diqqət yetirirlər. Erməni lobbisinin fəaliyyəti burda da özünü göstərir. Ermənilər müxtəlif dillərdə kitablar nəşr etdirir, qeyri-erməni millətindən olan alimlərə  sifarişlə məqalələr yazdırırlar. Ən son mərhələdə isə özləri üçün rəsmi qaynaq formalaşdırıb ona istinad edirlər. Statistikaya görə, vikipediya virtual ensiklopediyasına saniyədə 65 min sorğu göndərilir, ayda 7 mlrd. səhifə oxunulur. Elə buna görə də,  vikipediya informasiya savaşında əsas meydanlardan biri kimi istifadə edilir. Ermənilərin bu siyahısına hər gün yeni saytlar, məqalələr daxil olur.  Yuxarıda əksini tapan məlumatlarla real durumu az da olsa göstərməyə çalışdıq. İşğal altında olan torpaqların azad edilməsi yalnız siyasilərin, dövlət qurumların yox, bütün xalqın əsas vəzifəsi, vətəndaşlıq borcudur və Şanlı Zəfərə gedən yol virtual savaşda əldə olunan qalibiyyətdən keçir.

 

  KarabakhİNFO.com e-journal

 

22.12.2012 16:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*