Ermənistanın müdafiə naziri Seyran Ohanyanın prezident olmaqla bağlı heç bir istəyi yoxdur. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzetində məlumat verilib: “Ohanyan özü bizim qəzetin müxbiri ilə danışanda belə dedi. O, hazırkı prezidentin varislərindən biri hesab olunur. Digər namizəd isə baş nazir Ovik Abrahamyandır”.
Bəzi məlumatlara görə, Ohanyan və Abrahamyanın münasibətləri bu əsaslarla gərginləşib. Ohanyan Abrahamyanla münasibətlərinin yaxşı olduğunu deməkdən imtina edib.
Ohanyan qeyd edib ki, prezident seçkiləri 2017-18-ci illərdədir: “İnanıram ki, bu söhbətlər üçün hələ tezdir və mən hakimiyyətin nümayəndəsiyəm. Mən müdafiə naziriyəm”.
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”