Azərbaycanca

Ermənistanda insanların vəziyyəti getdikcə ağırlaşır

22.12.2014 | 16:46

photo_47340Ermənistanda inflyasiya o qədər sürətlə gedir ki, mağazalarda malların qiyməti durmadan artır. Əhalinin çiyinlərində gündən-günə ağırlaşan sosial yük buna getdikcə daha çox təzyiq edir. Mağazalardan çıxan adamlar deyirlər ki, ilkin zəruri tələbat mallarının qiymətləri durmadan artır və bunun sonu görünmür.

 

 

Mağazaların işçiləri son qiymət artımı ilə bağlı suallara cavab verərkən hər şeyin bahalandığını bildirirdilər. Əlbəttə, əvvələr həm də bəzi istisnalar qeyd edirdilər, faktiki olaraq onlarda da ölkə ərazisində inflyasiya meyli var. İrəvanın Kanaker-Zeytun inzibati rayonunda yerləşən marketlərdən birinin rəhbəri bildirdi ki, yerli istehsal olan şirniyyatlar və siqaretlər bahalanmayıb, ərzaq və təsərrüfat mallarında infilyasiya 20-100 dram təşkil edir. “Yazıq camaat 10 drama görə dava salır. Amma alırlar, nə etməlidirlər?! Müştəri gündən-günə azalır, alver aşağı düşür”-deyə o, vəziyyəti şərh edib. Burada bir qədər canlanma vardı, adamlar ət növbəsinə durmuşdular. Həmsöhbətimiz bildirdi ki, yeni il üçün alış-veriş edirlər. Onun dediyinə görə, adamlar düşünürlər ki, sabah daha baha qiymətə əldə edəcəklər, ona görə də ehtiyat ərzaq toplamağı üstün tuturar.

 

 

Vətəndaşlardan bu bahalanmaları necə qəbul etdiklərini, bunun onların ailə büdcəsinə və həyat səviyyəsinə necə təsir etdiyini aydınlaşdırmağa çalışdığımız zaman bəziləri narazı sifət ifadəsi ilə danışmaqdan imtina edir, bəziləri qəzəblənərək bir neçə cümlə deyir və uzaqlaşır, bəziləri də hakimiyyətin ünvanına qarğışlar yağdırırdı.

 

 

“Bu yaşamaq deyil, bilmirsən nədir, əziyyətli həyatdır. O ki deyirlər… Bilmirəm, xalqın vəziyyətinin necə olduğunu anlatmaq üçün söz tapmıram. Məni başa salın görüm, hansı tərəfi yaxşıdır? Hər yerdə xalqın vəziyyəti acınacaqlıdır. Mən tək yaşayıram, yoldaşım vəfat edib. Siz təsəvvür edin, oğlum yoxdur, təqaüdçüyəm, 31000 dram (48 manat) təqaüd alıram. Necə yaşayarsınız? Hər şeyi məhdudlaşdıracağıq”, – deyə mağazadan çıxan müştəri əsəblə söylədi və uzaqlaşmağa tələsdi.
Özünün sosial vəziyyəti haqqında təfərrüatlar söyləməkdən imtina edən başqa biri yalnız bunu bildirdi: “Danışmaq istəmirəm, əsəblərim çatmır. Allah eləsin işıqlananda görəsən ki, prezident öz ailəsi ilə, qardaşı ilə, milləti ilə ölüb, vəssəlam”!

 

 

Təqaüdçü, ixtisası texnoloq-mühəndis olan Aida Muradyan da bildirdi ki, qeydə alınan inflyasiya, təbii ki, onların cibinə çox pis təsir edir. O dedi: “Madam ki, təqaüdçüyük, pis təsir etdiyi aydın deyilmi? İnflyasiya həddindən artıq nəzərə çarpır. Artıq 2-3 gündür ki, 210 dramlıq çörək 230 dram olub. Şəkər tozu, pendir, xama bahalanıb. Oğlanlarım kömək etməsələr, həyat yoldaşımla mənim 80 min dram təqaüdümlə (125 manat) heç nə etmək mümkün deyil. Ağır işləri ilə həm öz ailələrini təmin edir, həm də bizə kömək edirlər”.

 

 

Başqa bir müştəri-ixtisası müəllim olan və eyni zamanda xadiməlik edən Ağavni Mağakyam dedi ki, 15 il ailəsi ilə birlikdə Rusiyada yaşadıqdan sonra 7 il əvvəl vətənə qayıdıblar. Zənn edirdilər ki, bu həmişəlik olacaq. Lakin indi yenidən qayıtmağı qərara aldılar, çünki burada həyat olduqca ağırdır. O deyib: “Əgər indiyədək yerimdən tərpənmək istəmirdimsə, indi gedəcəyəm”.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

22.12.2014 16:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*