Azərbaycanca

Ermənistanda söz azadlığı hüququ pozulur

11.12.2014 | 13:56

ermenistan44Ermənistanda jurnalistlər bir-birinin ardınca həbs olunur. Bunu söz azadlığı müdafiəsi komitəsinin sədri Aşot Melikyan “Henaran” mətbuat mərkəzində jurnalistlərlə görüşü zamanı təsdiq edib. O deyib ki, ötən üç ay ərzində iki çox həyəcan doğuran hadisələr baş verib. Həmin hadisələrdən biri Azqayin Joğobun (Ermənistan parlamenti belə adlanır) girişi yanında təhlükəsizlik xidməti rəisinin “A1+” televiziyasının müxbiri Narine Xaçaturyana zor işlədildiyi və onun peşə fəaliyyətinə əngəl olduğu zaman törədilib. O bildirib ki, ən pisi də odur ki, bütün baş verən bu insidentlər çəkilib və internetdə yayılıb. Xüsusi İstintaq İdarəsi əvvəlcə cinayət işi qaldırmağa əsas verməyib və prokuror həmin məsələyə yenidən baxmağa məcbur etdikdən sonra cinayət işi qaldırılıb”.

 

 

A.Melikyan qeyd edib ki, Marine Xaçaturyan oktyabrın 30-da Xüsusi İstintaq İdarəsinə çağırılıb. Söz azadlığı müdafiəsi komitəsinin hüquqşünası Olqa Səfəryan da onun yanında olub və onun maraqlarını müdafiə edib.

 

 

Aşot Melikyan vurğulayıb ki, Xüsusi İstintaq İdarəsinin və sadəcə hüquq mühafizə orqanlarının jurnalistlərlə baş verən insidenti ört-basdır etməyə çalışmaları xarakterik haldır. Bu cür cinayətləri doğuran səbəb cəzalandırılmamağın nəticəsidir. Biz hesab edirik ki, jurnalistin işinə əngəl olan həmin dövlət qulluqçusu məsuliyyətə cəlb olunmalıdır”.

 

 

O həmçinin diqqətə çatdırıb ki, “Ermənistan – Diaspor” qurultayı zamanı “Ermənistan zamanı” qəzetinin üç müxbirinin işinə əngəl olan şəxs də məsuliyyətə cəlb edilməlidir.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

11.12.2014 13:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*