Azərbaycanca

Ermənistanda xalq polisə qarşı

16.01.2015 | 19:21

fffffffff

 

 

Gümrüdə yaşanan qarşıdurma zamanı xeyli sayda insan yaralanıb

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı Ermənistan İctimai televiziyasına istinadən xəbər verir ki, Gümrüdə qeydə alınan qarşıdurma zamanı çoxlu sayda insan yaralanıb.

 

 

Yanvarın 15-də Avetisyanlar ailəsinin dəfn mərasimindən sonra Şirak vilayəti prokurorluğu yaxınlığında mitinq başlayıb. İştirakçılar cinayəti törətməkdə təqsirləndirilən rus hərbçisinin işini erməni hüquq mühafizəçilərinə verməyi tələb edirdilər.

 

 

Əvvəlcə dinc xarakter daşıyan etiraz  sonradan toqquşmaya çevrilib. Belə ki, etirazçıların bir hissəsi Gümrüdə Rusiya konsulluğuna doğru hərəkət edib. Polis nümayəndələri yığıncaq iştirkçılarını bir neçə dəfə öz fikirlərini azad ifadə etmək və dinc yığıncaqlar keçirmək kimi konstitusiya hüquqlarını həyata keçirərkən, ictimai asayiş pozuntularına və hüquqa zidd digər əməllərə əl atmamağa çağırıb. Buna baxmayaraq,  yürüş iştirakçıları polislərə şüşə qablar və  daş atmağa başlayıbar.

 

 

Yaşanan qarşıdurma nəticəsində yürüş iştirakçılarımdan bir neçəsi, o cümlədən polislər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.  Yaralılar Gümrü tibb mərkəzinə yerləşdiriliblər. Ümumən, tibbi müəssisələrə tam 30 vətəndaş müraciət edib ki, bunların 16 nəfəri polis olub.

 

 

Hadisəylə əlaqədar Səhiyyə nazirliyindən bildirirlər ki, hazırda Gümrü tibb mərkəzində 2 yaralı polis var. Digər 2  polisin vəziyyəti də qənaətbəxş qiymətləndirilir. Onların biri beyin sarsıntısı, digəri küt alətlə zərbə alıb. Qalanları ilkin tibbi yardım alaraq evə buraxılıb. Daha bir polis kəllə sınığı ilə gecə yarısı Müqəddəs maarifpərvər Qrikor tibb mərkəzinə köçrülüb və əməliyyat olunub. Genişlənən etiraz ermənistanda xüsusi naratlıqla qarşılanıb.  Vəziyyət o həddə çatıb ki, artıq bir sıra tanınmış Ermənistan şərhçiləri Rusiyanın bu ölkədəki hərbi bazalarının çıxarmasının vacib olduğunu bildirib. Şərhçi Naira Hayrumyan məsələ ilə bağlı öz çıxışında bunları səsləndirib. “İnsanlar instinkt əsasında öz qalalarına-evlərinə gələn təhlükənin mənbəyini müəyyən etməyə çalışırlar, buna görə də, Rusiya konsulluğuna, Rusiya hərbi bazasına üz tuturlar. Rus qatil suverenliyin bu iki əsasını güllələdi. İndi Ermənistanda insanlar instinktiv şəkildə öz suverenliklərini bərpa etməyə çalışırlar”,- deyə o, qeyd edib.

 

 

Qeyd edək ki, Ermənistanda keçirilən etiraz Gümrüdə bir Rus hərbçisinin bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməsindən sonra başlayıb.

 

 

 

 

Sabir Babayev

KarabakhİNFO.com

 

 

16.01.2015 19:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*