Azərbaycanca

Ermənistanda zorakılıqlar Sarkisyanın əmri ilə həyata keçirilir

18.12.2014 | 15:47

ermenistannnnnnnnDekabrın16-da Ermənistan parlamentində zorakılıqlarla əlaqədar müzakirələr baş tutub. Ermənistanın hakim Republikaçılar Partiyasının və Daşnaktsütun Partiyasının müəllifliyi ilə son dövrdə qeydə alınmış zorakılıqları pisləyən bəyanatın layihəsini müzakirə etmək üçüm parlament növbədənkənar iclas çağırıb.

 

 

Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zöhrabyan çıxışında bütün zorakılıqlarda hakimiyyəti təqsirləndirir, hətta bildirir ki, bunlara fitva verən məhz Serj Sarkisyanın özüdür:

 

 

“Mən hava limanından birbaşa bura gəldim, bilirdim ki, çox mühüm məsələ müzakirə olunur. Bəyan etmək istəyirəm ki, bu zalda olan deputatların əksəriyyətinin iyrənc zorakılıqlarla nəinki hansısa qaydada əlaqəsi yoxdur, hətta bunların arxasında kimin dayandığını başa düşərək qəlbinin dərinliyində bütün bu zorakılıqları pisləyirlər.

 

 

Belə bir sual meydana çıxır: Bunlarin arxasında kim dayanıb? Əgər kimsə bu zorakılıqların arxasında Serj Sarkisyanın, rejimin, hakimiyyətin dayanmadığını israr etməyə çalışırsa, əslində hakimiyyət ölkədə siyasi azadlıqlara, demokratik dəyərlərə hörmət edirsə, deməli, zorakılıqlardan sonra ölkədə nələr baş verəcəyi aşkardır.

 

 

1. Vova Qasparyan həyasız ifadəsini işlətdikdən sonra dərhal istefa verməli idi. Ona görə ki, “Parlamentə qədər” vətəndaş birliyi üzvlərinin maşınlarının yandırılması ilə, aktivistlərin üzərinə hücumla əlaqədar zorakılıq hərəkətləri baş verib, Vova Qasparyan isə həmin insidenti lağa qoyraq deyib: “O nə insidentdir ki, heç bir kamera çəkə bilməyib”?! Yəni fikir nəhənginin düşüncəsinə görə, bütün bu cür zorakılıq hərəkətləri kamera qarşısında edilməlidir.

 

 

2. Veteranlar üzərinə hücumdan sonra daxili qoşunların komandiri Lyova Yeranosyan vəzifəsindən getməli idi, çünki o, elə bir bəyanat verdi ki, bu onun demokratiyaya münasibətini və onun adamlarının həmin hərəkətlərlə əlaqəsi olduğunu göstərdi.

 

 

Suren Sarkisyan bildirdi ki, onu xüsusi təyinatlı geyimdə olan adamlar döydülər. Bu da bizə Yeranosyanın əlaqəsi olduğunu deməyə əsas verir, lakin o, vəzifəsindən uzaqlaşdırılmadı, ona və tabeliyində olanlara qarşı cinayət işi qaldırılmadı. Amma bu edilməli idi.

 

 

Millət vəkili Aram Manukyana, sonra isə bizim Hrazdan qurumunun rəhbərinə də hücum etdilər və artıq bu məsələdə hücum edən adamları bəyan etməyə məcbur idilər, çünki həmin təşkilatçılar üçün gözlənilmədən hücum edilən yerdə, yəni binanın yaxınlığında kamera qoyulmuşdu. Kamera hücum edənin sifətini qeydə almışdı və onu sadəcə tuta bilməmək mümkün deyildi. Aydın oldu ki, bunun Serj Sarkisyanın ən yaxın adamı sayılan deputatlardan biri ilə birbaşa əlaqəsi var. İstintaq yenə heç bir addım atmadı, onun bununla əlaqəsini aydınlaşdırmaq istəmədi və həmin deputatın ifadəsi alınmadı. Üstəlik, həmin adamlar dərhal sərbəst buraxıldılar, həbs olunmadılar. Adam qaçaqmalçılığa görə mühakimə olunmuşdu. Həqiqətən Ermənistanın demokratik dəyərləri haqqında düşünürsünüzsə, bütün bunları çoxdan etmiş olardınız və nə qədər ki, edilməyib, o deməkdir ki, bunların hamısı Serj Sarkisyanın şəxsi əmri ilə törədilib və burda bir işlə-Serj Sarkisyanın, rejimin simasını xilas etməklə məşğulsunuz. Bəli, bu siyasi ittihamdır. Aydındır ki, siz indi bizim təklif etdiyimiz bəyanatı qəbul etmək istəmirsiniz. Orada yazılmışdı: “Məsuliyyət məsələsi o deməkdir ki, siz sadəcə rejimin simasını xilas etmək məqsədilə sözdə bu hərəkətləri pisləyirsiniz, lakin konkret əməllərlə bağlı hər hansı məsələnin həll olunmaması üçün əlinizdən gələni edirsiniz və yenə aydın olur ki, Ermənistan parlamentinin millət vəkillərinin toxunulmazlığına təminat verilməyib, Ermənistanda isə Serj Sarkisyanın əmri ilə müxalifətə qarşı hücumlar edən kriminal şəxs toxunulmazdır. Təəssüf ki, zorakılıqların bir pis “xasiyyəti” var, çox gec ibrət götürülür və zorakılıqla heç bir məsələnin həll olunmadığını gec başa düşürlər. Düşünürəm ki, bu cür zorakılıqlarla adamları qorxuda bilərlər, lakin bu əks effekt verir, insanlar bu cür hakimiyyətlərə daha çox nifrət edirlər. Mənim fikrimcə, madam bu bəyanatın bir məqsədi-rejimin simasını xilas etmək, heç kəsi məsuliyyətə cəlb etməmək məqsədi var, mən həmkarlarımla birlikdə bəyan edirəm ki, bu rejimin simasını xilas etməyə yönəldilmiş oyunbazlıqda iştirak etməyəcəyik və Qaqik Cahangiryanın çıxışından sonra zalı tərk etməyi təklif edirəm”.

 
Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

18.12.2014 15:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*