Azərbaycanca

Ermənistanda zorakılıqlara qarş etirazlar

18.12.2014 | 11:34

ermenistan etiraz aksiyaSon günlər Ermənistanda zorakılıq halları bir-birini əvəz etməyə başlayıb. Əvvəl “A1pous” televiziyasının, sonra “Haykakan jamanak” (Ermənistan zamanı) qəzetinin müxbirləri, daha sonra 8 aydır əmək haqqı ala bilməyən “Nairit” zavodunun işçiləri zorakılığa məruz qalıb, “Parlamentə qədər” vətəndaş birliyinin aktivistlərini, veteranları döyüblər. Lakin günahkarlar indiyədək aşkar edilməyib. Dekabrın 11-də axşamçağı isə Erməni Milli Konqresinin üzvü, deputat Aram Manukyana evinin girişində hücum ediblər.

 

 

Dekabrın 15-də İrəvanda keçirilən etiraz aksiyası bu haqsızlıqlarla bağlı idi. Onlar hakimiyyətdən zorakılıqlara son qoymağı, hüquqlarının tapdalanmamasını tələb edirdilər.

 

 

Həmin gün Ermənistan parlamentinin növbədənkənar iclasında son günlər baş alıb gedən zorakılıqlarla əlaqədar dinləmələr keçirmək barədə təkilf irəli sürülüb. Lakin spiker onlara deyib ki, bunu istəyənlər iclasdan sonra saat 18-30-da özləri üçün dinləmələr keçirə bilərlər. Bu zaman Daşnaktsütyun və hakim partiyanın nümayəndələrindən başqa, digər siyasi qüvvələr iclas zalını tərk ediblər.

 

 

İclas başa çatdıqdan sonra qeyri-hakimiyyət qüvvələri parlamentdə aşağıda qeyd olunmuş bəyanatı qəbul etmək məqsədilə növbədənkənar iclas çağırmaq üçün imza toplamağa təşəbbüs göstəriblər. Lakin hakim Respublikaçılar Partiyası fraksiyasından hər hansı bir millət vəkili iclasa gəlməyib və Ermənistan Respublikaçılar Partiyasının əksəriyyət təşkil etdiyini nəzərə alaraq kvorum təmin olunmayıb.

 

 

Parlamentin bəyanatı

 

 

Son dövrdə baş vermiş zorakılıqlar-deputatların maşınlarının yandırılması, vətəndaş aktivistlərinin və veteranların döyülməsi, millət vəkili Aram Manukyanın üzərinə hücum parlamentdə təmsil olunmuş bütün siyasi qüvvələrdə dərin qayğlanma və narahatlıq yaradıb. Daxili işlər nazirinin müavini, daxili qoşunların komandirinin qanunun üzərindən atılaraq vətəndaşları təhdid etmək haqqında bəyanatı pislənilir. Bu, yüksək vəzifəli polis statusu ilə bir yerə sığmır.

 

 

Parlament tələb edir:
1. Parlament baş vermiş zorakılıqları ciddi şəkildə pisləyir və hüquq-mühafizə orqanlarından qısa müddətdə bu cinayətlərin iştirakçılarını, yaxud təqsirli şəxsləri ifşa etmək və qanunla müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb etmək üçün bütün mümkün tədbirləri görməyi tələb edir.
2. Zorakılıq çağırışlarına və qınağa layiq bəyanatlarına görə daxili qoşunların komandiri, daxili işlər nazirinin müavini Levon Yeranosyan dərhal vəzifəsindən azad edilsin.

 

 

3. Parlament bundan sonra sivil və demokratik ölkəyə layiq olmayan bənzər təzahürlərin qarşısını almaq üçün qanunla müəyyən olunmuş tədbirləri görməyi tələb edir.

 

 

“Parlamentə qədər” vətəndaş birliyinin üzvü, təsisçi parlamentin üzvlüyünə namizəd Vardan Hakopyan “Aravot.am” saytına müsahibəsində məhz bu barədə danışıb. O deyib: “Yastı rəsmiləşdirmələrə qarşı mübarizə mənasızdır. Biz heç nəyin əleyhinə mübarizə aparmırıq, öz hüquqlarımız uğrunda mübarizə aparırıq. Bu gün aksiyada zorakılıq əleyhinə olan müxtəlif baxışlı adamlar toplaşmışdılar. İstənilən zorakılıq hakimiyyətin qeyri-adekvatlığını göstərir. Zorakılıq iqtidarın daha başqa aləti olmadığı haqqında danışır”.

 

 

“Serj Sarkisyan bu hücumların məhz onun adı ilə bağlandığına görə inciyirmi?”-sualına Hakopyan belə cavab verib:

 

 

“Bir kişi kimi deyim ki, qatı düşmənin ünvanına söylənsə belə, nalayiq ifadələrin əleyhinəyəm. İnsanlar azad, müstəqil ölkədə yaşamaq istəyirlər və bütün bunlara əngəl olan hər kəs özü də istəmədən düşmən olur. Onun üçün də inciməkdə bir səbəb görmür. Əgər bu vəziyyətə görə cavabdeh sizsinizsə, onda hər növ tənqidi qəbul etməyə hazır olun. Mən şəxsi təhqirlərin əleyhinəyəm, lakin madam ki, vəziyyət hüdudundan çıxıb, bunu yaradan ona da hazır olmalıdır”.

 

 

Hakopyanın sözlərinə görə, millət vəkili Aram Manukyanın üzərinə hücum hadisəsinin açılmaması mümkün deyildi. “Kameralarda hər şey açıq-aşkar görünürdü. Digər hadisələrdə isə (veteranları və “Parlamentdən kənar” vətəndaş birliyinin üzvlərinin üzərinə hücumlar nəzərdə tutulur) çəkilişlər yandan, yaxud yuxarıdan olub, hüquq-mühafizə orqanarının əməkdaşları təqsirli şəxsləri aşkar etmək istəmirlər.

 

 

Fürsətdən istifadə edərək cinayəti törədənlərə məsləhət görürəm ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onları aşkar etməsi üçün hadisə yerinə ünvan, telefon nömrəsi qoysunlar”,-deyə A. Hakopyan istehza ilə söyləyib və əlavə edib ki, ölkədə qəmgin vəziyyət hökm sürür.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

18.12.2014 11:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*