Azərbaycanca

Ermənistandakı iqtisadi vəziyyət acınacaqlı həddə çatıb

24.01.2013 | 18:03

1359036064_bayramov_16Vüqar Bayramov“Ermənistan iqtisadiyyatında müşahidə edilən problemlərin əsas səbəblərindən biri onun işğalçılıq siyasətidir”

 Qlobal maliyə böhranı Ermənistana elə zərbə vurub ki, hələ də özünə gələ bilmir. Hazırda Ermənistandakı iqtisadi vəziyyət acınacaqlı həddə çatıb. Artıq ölkə maliyyə vəsaitlərinə qənaət edir. Ermənistan artıq büdcənin rüblük planlaşdırılması sisteminə də keçib. Bir neçə ildir ki, Ermənistan hökuməti ortamüddətli xərc proqramının işlənilməsini dayandırıb. Ermənstanın xarici borcları da ildən-ilə artır. Eyni zamanda ölkə humanitar yardımlardan asılı vəziyyətə düşüb. Ötən ilin yanvar-noyabr aylarında Ermənistan 55,9 milyon dollarlıq humanitar yardım alıb. 2011-ci ilin analoji dövrü ilə müqayisədə humanitar yardımın həcmi 2,9 faiz və ya 2,5 mln. dollar azalıb. Maliyyə böhranı ölkədə kriminal durumu da gərginləşdirib. Artıq Ermənistan polisi də bunu etiraf edir. Belə ki, ölkədə törədilən cinayətlərin sayı kəskin artıb. Belə vəziyyət Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir. Bunu “KarabakhİNFO.com”a ekspertlər də bildirdilər. Ermənistandakı iqtisadi vəziyyət acınacaqlı həddə çatıbMillət vəkili Zahid Oruc e-jurnalımıza açıqlamasında Ermənistanın ötən il öz nailiyyətlərinə çata bilmədiyini dedi. Onun fikrincə faktiki olaraq bu, bir sıra komponentlər üzrə özünü göstərməkdədir: “Ümumi daxili məhsul, büdcə və ya müxtəlif sahələr üzrə ayrılan vəsaitlər bir sıra məqamlar üzrə gerilədi. Faktiki olaraq  əhalinin ölkədən miqrasiyası genişlənmiş oldu. Ölkənin rəsmi statistika qrumu bir ildə 92 mindən artıq insanın sərhədləri keçdiyini və bir daha geri qayıtmadığını bildirmişdi. Bu fonda düşünürəm ki, əgər Ermənistanda vətəndaş yaşamaq istəmirsə, Qarbağda ikiqat həyat təhlükəsi və sosial problemlər və digər risklər altında heç vaxt yaşamaq istəməyəcək”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın Sərkisyan gələcəyi hələ ki, davam edir: “Ölkədə parçalanma və iqtisadi problemlərin dərinləşməsi bir az da özünü qabarıq göstərəcək. Çox mümkündür ki, ciddi toqquşmalar da baş versin. Sərkisyan süngülər üzərində iqtidara gəlmişdi. Sərkisyan birinci seçkilərdən fərlqli olaraq  çox böyük qüvvələrin müqaviməti ilə qarşılaşacaq. Həmin qüvvələr özlərinin taptalanmış siyasi-iqtisadi hüquqlarını bərpa etmək üçün real olaraq addımlar atacaqlar. Şübhəsiz ki, bu müxtəlif formalarda özünü təzahür etdirə bilər”.

 

“Ermənistana ayrıca sosial sabah vəd etmək mümkün deyil”

 

Z.Oruc Ermənistanın iqtisadi gələcəyinin hazırkı dövürdə yalnız İranla bağlı olduğunu düşünür: “Belə vəziyyətdə ölkə irəli gedə bilməz. Azərbaycan və Türkiyədən özünün geniş əlaqlərini məhrum edən ölkə faktiki olaraq təcrid şəraitində yaşamağı qərarlaşdırıb. Bu baxımdan Ermənistana ayrıca sosial sabah vəd etmək mümkün deyil”.

O deyir ki, qarşıdakı dövürdə Ermənistan Rusiyanın da imkanlarından daha çox faydalanmağa çalışacaq: “Bildiyim qədər bir sıra sahələr üzrə yeni proqramlar tərtib olunur. Amma son dövürlər yeni silahların verilməsi, həm də Rusiya hərbi qüvvlərinin orada artması və s. sübüt edir ki, Ermənistan özünü başqa statusda görmür. Elə bir coğrafiyada yerləşir ki, onun Qərblə fəal tərəfdaş olması mümkün deyil. Bütün hallarda o, Türkiyədən keçməli idi. Bu isə bəlli siyasi səbəblərdən qeyri-realdır. Ona görə də Ermənsitanın başqa bir durumunu gözləmirəm və belə şəraitdə Sərkisyanın təkrar prezident seçilməsi Azərbaycan xalqının hirsini onun əli ilə ermənilərdən almağa imkan yaradır”.

 

“Ermənistan iqtisadiyyatının vəziyyəti dövlətçiliyinin özü üçün də təhlükə yaradır”

 

Ermənistandakı iqtisadi vəziyyət acınacaqlı həddə çatıbSiyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində dedi ki, Ermənistan iqtisadiyyatının vəziyyəti dövlətçiliyinin özü üçün də təhlükə yaradır: “Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistan üçün qrafik müəyyənləşdirib. Həmin qrafikə görə, Ermənistanda illik inkişaf tempi ən aşağısı 7,5-8 faiz olmalıdır. Baş nazir Tiqran Sarkisyan deyir ki, illik inkişaf tempi 7 faiz olub. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu isə 4,4-5 faiz olduğunu bildirir. Minimum 8 faiz inkişaf tempi olmalıdır ki, Ermənistan ən azı xarici borca qulluq etsin. Bu temp ilbəil artmalıdır. Məsələn, 2014-2015-ci illər üçün 8 faizlik inkişaf tempi də Ermənistana kömək etməyəcək. 2012-ci ilə qədər kreditlərin faizlərinin qaytarılması üçün Ermənistanın ayırdığı pul təxminən 250-300 milyon dollar idi. 2013-cü ildə bu istiqamətdə təxminən 400 milyon dollar ayrilmalıdır. 2014-cü və 2015-ci illərdə də bu məbləğin artması gözlənilir. Təsəvvür edin ki, 400 milyonu ödəyə bilməsə, onun da faizi hesablanılacaq”.

M.Əhmədoğlu xarici ölkələrin Ermənistanın indiyə kimi heç bir borcunu silmədiklərini vurğuladı: “Amma məqsədyönlü şəkildə Ermənistana yardım proqramları reallaşdırılır. Məsələn, Avropa İttifaqının ayırdığı pulun 30 faizi yardım şəklində gəlir. Çin hər il Ermənistana yardım edir. ABŞ uzun illərdir ki, bu ölkəyə yardım göndərir. Müstəqil Ermənistana edilən ABŞ yardımları təxminən 2-2,1 milyard dollar təşkil edib. Son vaxtlar bu məbləğ də azaldılıb. Rusiya Ermənistana yardım etmir. Heç kim də Ermənistanın borcunu silmək istəmir. ABŞ-ın dəyəri 235 milyon dollar olan “Minilliyin çağırışı” proqramı var idi. Həmin proqramın yarısı reallaşdı, daha sonra ABŞ proqramı dayandırdı”.

Onun sözlərinə görə, Ermənistanın maliyyə baxımdan, yeganə uğuru Rusiyadan olan transfertlərdən sonra İran tərəfdəndir: “İran 2012-cü ildə Ermənistanın büdcəsi üçün 330 milyon dollarlıq investisiya layihəsi ayırdı. Qeyd edək ki, İranın Ermənistan üçün yaxın illərə nəzərdə tutduğu investisiya paketi 751 milyon dollardır”.

Politoloq Ermənistan büdcəsinin Rusiyadan gələn transfertlərin hesabına formalaşdığını qeyd etdi: “Bu pulun miqdarı isə 1,2-1,3 milyard dollardır. Büdcənin formalaşmasında iştirak edən və kənardan gələn ən vacib vəsait Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun ayırdığı kreditlərdir”.

O, Ermənistan büdcəsinin formalaşmasında erməni diasporunun rolunun minimum olduğunu dedi. M.Əhmədoğlu Ermənistanın Davos Forumunda iştirak etməməsinin səbəblərini açıqladı: “Hər il bu vaxtlar Ermənistan cəmiyyətində aktiv müzakirə olunan məsələlərdən bir də odur ki, niyə görə Ermənistan Davos Forumunda iştirak etmir? Onlar deyirlər ki, Azərbaycan daimi, Gürcüstan ara-sıra Davos Forumunda iştirak edir, amma Ermənstan prezidenti heç vaxt bu foruma qatılmır. Yəni bu o deməkdir ki, Ermənistanın iqtisadiyyatı ilə bağlı ölkə rəsmilərinin dediyi rəqəmlərlə, reallıq fərqlidir. Təkcə ölkənin iqtisadi inkişafı ilə bağlı yox, ümumiyyətlə, ölkənin iqtisadi inkişaf perspektivləri ilə də bağlı rəsmilərin dedikləri fikirlər reallığa uyğun gəlmir”.

 

“Ermənistan praktiki olaraq qazandığından daha çox xərcləyir”

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da 2012-ci ildə Ermənistan iqtisadiyyatında ciddi sosial problemlərin müşahidə olunduğunu dilə gətirdi: “Ermənistan rəsmi statistika idarəsi ölkədə yoxsulluğun səviyəsinin 12 faiz olduğunu bildirir. Amma reallıqda Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxındır. Bu o deməkdir ki, Ermənistanda hər üç nəfərdən biri yoxsuldur. Eyni zamanda Ermənsitanda inflyasiyanın səviyyəsi yüksəkdir. Çünki Ermənistan MDB-nin ən inhisarlaşmış ölklərindən biridr. Ermənitsanda illik inflyasıyanın səviyyəsi təxminən 9 faizə yaxındır. Bu da MDB ölkələrində ən yüksək rəqəmlərdən biridir”.

Lakin V.Bayramov Ermənistan iqtisadiyyatının bu və digər formada erməni lobbisinin yardımlarından asılı olduğunu deyir: “Bu yardımlar Ermənistan iqtisadiyyatı üçün üzünmüddətli dayanıqlıq təmin edə bilməz. Çünki belə yardımlar daha çox humanitar sektora yönəldilir. Bunun da təbii ki, real sektora müsbət təsirləri olmur”. İSİM sədri də bildirdi ki, Ermənistan iqtisadiyyatının ən ciddi problemlərindən biri  xarici borcların yüksək olmasıdır. “Bu gün Ermənistanın xarici borcu 8 milyrad dollardan artıqdır”, deyə o əlavə etdi.

O, ötən il Ermənistan iqtisadiyyatında sosial propblemlərin dərinləşdiyini qeyd etdi: “İndiki halda Ermənistan iqtisadiyyatının inkişafı yalnız liberallaşma və qonşularla normal münasibətlər qurmasından asılıdır. Çünki bu gün Ermənistan iqtidayyatında müşahidə edilən problemlərin əsas səbəblərindən biri onun işğalçılıq siyasətidir. Azərbaycan torpaqlarını işğal etməsi onun regional layihələrdə iştirak etməsinə imkan vermir. Bu da Ermənistanın region bazarına çıxışını məhdudlaşdırır. İşğalçılıq siyasətindən əl çəkməsi Ermənistan iqtisadiyyatının inkişafına müsbət təsir göstərə bilər. Çox təəssüf ki, belə bir siyasət müşahidə olunmur”. Onun fikrincə, Ermənistan dövlət büdcəsinin gəlirlərinin az olması ölkənin regional büdcədə payının aşağı olmasına gətirib çıxarır : ” Ermənistan praktiki olaraq qazandığından daha çox xərcləyir. Bu da büdcədə defisitin yaranmasına səbəb olur. 2012-ci ilin büdcəsinin defisitinin həcmi 200 milyard dram qeydə alınıb”.

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

 

24.01.2013 18:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*