Azərbaycanca

Ermənistanı tərk edənlərin sayı kəskin surətdə artıb

11.11.2014 | 16:10

Son illərdə Ermənistanı tərk edənlərin sayı kəskin surətdə artmaqdadır, bu barədə Ermənistan mətbuatına istinadən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir.

 


Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin rəsmi məlumatına görə cari ilin son 10 ayı ərzində təxminən 40 000 insan Ermənistanı təyyarə ilə tərk edib və geri qayıtmayıb.

“Keçən ilin eyni zaman kəsiyində təyyarə ilə gedib ölkəyə qayıtmayanların sayı 29 000-dən çox idi”.

Bu onu göstərir ki ölkədən təyyarə ilə çıxıb qayıtmayanların sayı keçən illə müqayisədə 36 % artıb.

Yeri gəlmişkən, son illərdə mühacirlərin yarıdan çoxu avtonəqliyyat vasitələri ilə köç edib. Belə davam edərsə, ilin sonuna qədər ölkədən mühacir edənlərin sayının təxminən 50 000 olacağı proqnozlaşdırılır”.

 

“KarabakhİNFO.com”

 

 

11.11.2014 16:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*