Azərbaycanca

Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulacağı vaxt açıqlandı

09.10.2014 | 17:03

putinin komekcisiErmənistan 2015-ci il yanvarın 1-dən Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacaq. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

 
Onun sözlərinə görə, müvafiq müqavilə sabah Minskdə Aİİ-nin iclasında imzalanacaq: “Bundan başqa, Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq”.
Y.Uşakov qeyd edib ki, Rusiya oktyabrın 3-də, Qazaxıstan isə bu gün müqaviləni ratifikasiya edib: “Bu prosedurun Minskdə keçiriləcəyini gözləyirik”.

 
O deyib ki, Minsk görüşündə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentləri iştirak edəcəklər: “Prezidentlərin dekabrda Moskvada daha bir sammiti keçirmək barədə razılığa gələcəyi proqnozlaşdırılır. Aİİ-nin fəaliyyət göstərməsi üçün təqribən daha 50 normativ akt qəbul etmək lazımdır”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

09.10.2014 17:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*