Azərbaycanca

Ermənistanın birinci prezidenti: “Ermənistan Aİ ilə assosiasiya sazişinə qoşulsaydı…”

25.10.2014 | 10:51

petrosyan“Yeni ümumxalq hərəkatının son iki mitinqində iştirakçıların çoxluğu Ermənistanda hakimiyyətin dəyişməsi ilə bağlı böyük perspektivləri olan güclü prosesin start götürdüyünü göstərir”.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan müxalifət tərəfdarlarının ötən gün İrəvanın mərkəzində keçirdiyi aksiyası zamanı çıxışında deyib.

 

 

Ermənistanın Avrasiya İqtisadi Birliyə qoşulması məsələsinə toxunan Ter-Petrosyan qeyd edib ki, ölkənin Avrasiya İqtisadi Birliyə qoşulması ilə bağlı ümummilli yas tutmaq artıq mənasızdır. “Biz, qollarımızı çırmalayıb, bu sistemdən faydalanmağa, ölkəmizi inkişaf etdirməyə çalışmalıyıq. Ermənistanın Avrasiya İqtisadi Birliyə qoşulacağı təqdirdə suverenliyini itirəcəyi barədə söhbətlər çox şişirdilib. Ölkə Avrasiya İqtisadi Birliyə yox, Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulsaydı, onsuz da suverenliyinin hansısa hissəsini itirmiş olacaqdı, bəlkə də Avrasiya İqtisadi Birliyinə qoşulmaqla müqayisədə daha çox itirəcəkdi”, – deyə eks-prezident bildirib.

 

 

L. Ter-Petrosyan strategiya məsələsində birliyə nail olunduğunu bildirib: “Biz əzmlə sonadək getmək niyyətindəyik”.

 

 

Sonrakı addımların taktikasına toxunan Ermənistanın birinci prezidenti qeyd edib ki, bu məsələ ictimai müzakirələrin predmeti ola bilməz, çünki taktika heç bir halda açıqlanmamalıdır.

 

“KarabakhİNFO.com”

 

 

 

 

25.10.2014 10:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*