Azərbaycanca

Ermənistanın dəlilik dərdi

12.10.2012 | 15:51

1350039044_irevan-1Ermənistanda ruhi xəstələrin sayı kəskin artıb. Bu barədə ölkənin Səhiyyə nazirliyinin mətbuat konfransında bildirilib. Baş psixoterapevtin sözlərinə görə, bu günə olan məlumata görə, qeydiyyatda olan rəssmi xəstələrin sayı 45 mindir. Psixi xəstəliklər isə ən çox sosial vəziyyətlə bağlıdır.

Qiymətlərin artması, işsizlik, sabaha ümidsizlik, maliyyə böhranı insanların psixi vəziyyətinə güclü təsir edir. Mətbuat konfransında qeyd edilib ki, ruhi xəstəliklərdən nəinki yoxsullar, hətta varlılar belə əziyyət çəkirlər.
Bunun üçündə belə bir sual yaranır ” Ermənistanın rəsmi şəxsləri arasında psixi xəstəlikləri olanlar var?”
Onların işlərini, əməllərini nəzərə salsaq bu versiyanın həqiqətə yaxın olduğunu demək olar. Belə olan halda onlar özləri təcili olaraq psixiteropevtə müraciət etməli, bununla da ruhi xəstələr siyahısını daha da artırmalıdırlar. Amma erməni həkimlərə müraciət etmək məsləhət deyil-“dərinizi soyacaqlar”.
Axı, ölkənin baş naziri Tiqran Sarkisyan bu yaxınlarda Ermənistanın səhiyyə sahəsinin ünvanına kəskin tənqidlər səsləndirmişdi. “Biz cinayət məcəlləsinə qaçmaq istəmirik. Ancaq səhiyyədə korrupsiyanı azaltmalı yox, ümumiyyətlə dayandırmalıyıq”.

 

12.10.2012 15:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*