Azərbaycanca

Ermənistanın daha bir hərbi qulluqçusu məhv edildi – Cəbhədən xəbər var

22.01.2015 | 12:20

cebhe

Cəbhə xəttində provokasiya yaratmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələri yenidən itki verib

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalının APA-ya istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda, Azərbaycanla sərhəddə yerləşən hərbi hissənin hərbi qulluqçusu Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

 

 

1980-cı il təvəllüdlü A. Udumyan Ermənistan Ordusunda müqavilə əsasında xidmət edirmiş.

 

 

Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə 9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Erməni tərəfi Dağlıq Qarabağdan olan və buradakı silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər barədə məlumat vermir.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

22.01.2015 12:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*