“Məsələ ilə bağlı artıq-əksik yazmaq lazım deyil”.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Ağdamda Ermənistan helikopterinin vurulması xəbərini şərh edərkən bildirib.
Bu gün hökumət binasında erməni jurnalistlərlə qarşılaşan Tonoyan məsələ ilə bağlı bu açıqlamanı verdikdən sonra binadan çıxıb.
O, sərt şəkildə jurnalistlərə arxası ilə gəlməməyi də buyurub və heç bir suala cavab verməyəcəyini deyib.
“KarabakhİNFO.com”