Azərbaycanca

Ermənistanın iqtisadi fəlakəti

15.07.2014 | 11:47

10526661_603102599803227_1376767300_nAvqustun 1-dən etibarən Ermənistanda enerji daşıyıcılarının qiyməti artacaq

“Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkədə yaşayan yüz minlərlərlə erməni miqrantlara da ciddi şəkildə təsir edəcək. Onların geri qayıtması Ermənistan üçün fəlakət deməkdir”. Bu barədə “Lragir.am” erməni saytı yazır. Saytda Ermənistanın Rusiya kapitalı olmadan yaşamasının mümkün olmadığı qeyd olunur: “Rusiya rəsmiləri Ermənistanda bir sıra layihələri maliyyələşdirəcəklərini bildirirlər. Amma belə məlum olur ki, rusların layihələri maliyyələşdirməsi virtual xarakter daşıyır. Yəni, real həyatda heç bir vəsaitdən söhbət getmir. Rusiya Dəmir Yollarının 2013-cü ildə Ermənistana 15 milyard dollar ayrılması ilə bağlı qərarı elə kağız üzərində qalıb. “Rosneft”in “Nairit” zavoduna 400 milyon dollar investisiya yatıracağı ilə bağlı vədinin nə vaxt yerinə yetiriləcəyi məlum deyil. Rusiyanın çətin vəziyyətə düşməsinin ilk zərbələrini Ermənistan artıq hiss etməyə başlayıb. Avqustun 1-dən etibarən Ermənistanda enerji daşıyıcılarının qiyməti artacaq. Ermənistan Rusiya şirkətlərinin kəsirlərini ödəməyə məcburdur”.

Yazıda bildirilir ki, proseslərin belə gedişi Ermənistan üçün çox təhlükəlidir: “Ermənistan Rusiyadan tam asılı olmasının əvəzini ödəyir. 2009-cu ildə dünyada baş verən maliyyə böhranı zamanı Ermənistan iqtisadiyyatı böyük zərbə aldı. Həmin vaxtdan sonra Sarkisyan hakimiyyəti iqtisadiyyatın diversifikasiyası üçün heç bir addım atmadı. Əksinə, Ermənistan Gömrük İttifaqına üzv olmaqla bağlı qərar qəbul etdi. Rəsmi İrəvan ümid edirdi ki, Kreml onu müdafiə edəcək. Amma Moskva Ermənistanı bəsləməkdən imtina edir. Baş nazir Ovik Abramyanın Soçi səfəri də təsdiqlədi ki, Kreml daha Ermənistanı bəsləməyəcək. Soçidə Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşən Abramyan heç bir investisiya layihəsi ilə bağlı razılaşma əldə edə bilmədi. Yeganə konkret razılaşma Rusiya ərazisində olan ermənilərlə bağlı müəyyən güzəştlər oldu. Əslində miqrantlarla bağlı razılaşma cinayətkar sövdələşmədir. Rusiya faktiki olaraq Ermənistana maddi vəsait ayırmaqdan imtina etdi”.

 

Fuad Hüseynzadə

 

 

“KarabakhİNFO.com”

15.07.2014 11:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*