Azərbaycanca

Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər

15.04.2013 | 15:27

1367055010_elxankiDəyərli oxucular! “KarabakhİNFO.com” e-jurnalı eksklüziv olaraq Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının hissə – hissə dərcinə davam edir. Kitabdan yazıların hissə – hissə dərci hüququ “KarabakhİNFO.com” e-jurnalına məxsusdur. 

 

 

 

 

 

 

 

 

Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər

Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan hərbi birləşmələri Azərbaycan xalqının milli mədəniyyət abidələrini də qəddarcasına ucurub dağıtmış və dünya xalqları mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan mədəni irsinə misli görünməmiş zərər vurmuşdur. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması kimi əməlləri Silahlı munaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyasının (1954-cu il), Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının (1970-ci il), Arxeoloji irsin muhafizəsi haqqında Avropa Konvensiyasının (1992-ci il), YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyasının (1972-ci il) müddəalarının ciddi və kobud şəkildə pozulması ilə müşayiət edilmişdir.

 

Belə ki, hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Lacın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və Azərbaycan xalqının digər milli abidələri məhv edilir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalcı dövlətin silahlı qüvvələri Aşağı və Yuxarı Gövhərağa, Köcərli, Mərdinli cumə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün ev müzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Fi rudin bəy Köcərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam və alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə şəhərin Şərq memarlığı xususiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, boyuk Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Lacın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını vandalcasına dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

İşğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi mədəniyyət yadigarlarının dağıdılması prosesi indi də davam edir. İşğalcılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.

 

Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır.

 

Kecmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dunya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Lacın tarix- diyarşünaslıq muzeyinin 5 mindən cox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır. Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən cox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş boyuk müğənni Bülbülün (400-dək əşya), gorkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən cox əşya) xatirə müzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən cox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən cox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin

(6 minədək əşya) fondları qarət edilmişdir.

 

Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, Lacın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır.

 

Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət

İncəsənət Muzeyində numayiş etdirilir. Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş humanitar və mədəni-tarixi zərərin miqdarı çox böyükdür. Erməni təcavüzkarları tərəfindən Azərbaycanın mədəni irsini təşkil edən obyektlər talanmışdır. Azərbaycan ərazilərinin Ermənistan hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurmuşdur və, əfsuslar olsun ki, hazırda həm bu abidələrin qiymətlərini, həm də onların dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

 

Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər

 

 

15.04.2013 15:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*