Azərbaycanca

Ermənistanın məhv edilən pilotsuz uçan aparatının tipi məlum oldu

15.09.2015 | 20:12

pua_x-55_150915_01

Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatı X-55 (Ptero – 5E) tipinə aiddir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dəqiqləşdirilmiş məlumata görə bu gün cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:

– Qanadların açılışı 3030 mm.
– Uzunluğu 2100 mm.
– Kreyser sürəti 85-115 km/saat
– Maksimal uçuş sürəti 180 km/saat
– Havada qalma müddəti:
– elektrik mühərriki ilə 1.5 saat
– benzin variantında 8 saatadək
– Maksimal uçuş məsafəsi 130 km.
– Maksimal uçuş hündürlüyü 2000 m.
– Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək
– Qalxma üsulu katapult
– Enmə üsulu paraşüt

Trend.az

15.09.2015 20:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*