Azərbaycanca

Ermənistanın Mger Culaçyan yalanı

29.08.2014 | 15:28

mgerDağlıq Qarabağa erməni işğalı başlayan gündən dünyanın müxətlif ölkələrində, xüsusilə ərəb ölkələrində terror qruplaşmalarında fəal olan ermənilər Azərbaycan torpaqlarına gələrək Ermənistan tərəfdən döyüşməyə başlayıb.

 

Bu şəxslərdən biri də 1967-ci ildə Livanda anadan olan, Daşnaksütun, ASALA və Hizbullahla yaxın əlaqəsi olan Mger Culaçyandır. Məlumdur ki, Livan ASALA təşkilatının yaradıldığı bir ərazidir. 1975-ci ildə – məhz “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) Livanda yaradılıb. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA-nın fəal üzvü olan Mger İsrailə qarşı çoxsaylı əməliyyatlarda iştirak edib. Bu gün Ermənistan tərəfi iddia edir ki, Mger Culaçyan Martunidə 1965-ci ildə anadan olub. Guya burada böyüyüb boya başa çatıb və 26 saylı Martuni batalyonun komandiri olub. Lakin araşdırmalarımız zamanı məlum olur ki, Mgerin Martuniyə gəlişi 1991-ci ildə olub. Bu barədə erməni yazar Zöhrab Nunuşyan yazır ki, Dağlıq Qarabağada döyüşməyə gələn Mgera Martunu vətəndaşlığı verilib.

 

Livan ermənisi olan Mger Culaçyanın paylaşdığımız fotosu Livanda çəkilib. İsrailə qarşı hazırlanan terror hadisəsindən sonra ərəblərlə birgə əyləncədən çəkilən fotoda onun əsl siması üzə çıxır. Məhz Mger Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı həyata keçirdikləri terror aktlarının fəal iştirakçısı olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hətta hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Mgerin özü Xocalı və Qaradağlı soyqırımlarının fəal iştirakçısı olmuşdur. Eyni zamanda Mger ASALA, ESƏD və Yeni erməni müqaviməti kimi birliklərin döyüşçüləri ilə Livanda aparılan döyüşlərdə iştirak edib. Monte Melkonyanın dostu idi. 23 avqust 1993-cü ildə Füzuli istiqamətdə döyüşdə öldürülüb.

 

Zaur Əliyev  

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”  

 

 

29.08.2014 15:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*