Azərbaycanca

“Ermənistanın nümayiş etdirdiyi mövqe çarəsizliyinin təzahürüdür”

09.09.2014 | 11:27

10695380_634704863309667_893446116_nNATO-nun 4-5 sentyabr tarixində Uelsdə keçirilmiş sammitində NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları qəbul etdikləri yekun bəyanatda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə edərək, Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin məhz bu prinsiplər əsasında həllinə çağırmışlar.

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, bu açıqlama ilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib.

Bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı beynəlxalq birlik tərəfindən qəti şəkildə dəstəklənir.

 

 

“Ermənistan tərəfi dərk etməlidir ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki mövcudluğu münaqişənin həlli prosesinə və regional sülh və sabitliyə ən başlıca təhdiddir” deyə Elman Abdullayev qeyd edib.

 

 

Ermənistan xarici işlər naziri tərəfindən Uelsdə NATO üzv dövlətləri tərəfindən qəbul edilmiş qərara qarşı ifadə edilmiş mövqe Ermənistanın çarəsiz durumunun təzahürüdür.

 

 

Elman Abdullayev Ermənistanı beynəlxalq hüquq pozmaqda günahlandırıb: “NATO üzv dövlətlərinin qərarını şübhə altına almağa cəhd göstərən Ermənistan xarici işlər naziri bir daha ölkəsinin beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Tamamilə ziddiyyətli və başını itirmiş Ermənistan rəhbərliyinə xas olan bir tərzdə Ermənistanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn norma və prinsiplərini pozmağa çağırır”.

 

 

Öz ənənələrinə sadiq qalaraq, Ermənistanın xarici işlər naziri ölkəsinin rüsvayçı işğalçılıq siyasətini etiraf etmək və buna son qoymaq əvəzinə beynəlxalq ictimaiyyəti və ilk növbədə Ermənistan cəmiyyətini çaşdırmaq və Ermənistanın diplomatik məğlubiyyətinə uğursuz şəkildə bəraət qazandırmaq məqsədi güdür.

 

 

“KarabakhİNFO.com”

 

 

 

09.09.2014 11:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*