Azərbaycanca

Ermənistanın paytaxtı, Azərbaycan şəhəri İrəvan

30.09.2012 | 12:38

1348990715_qlobal_24122011“Ermənilər birinci dəfə ayaq basdıqları

torpaqların sahibinə çevriliblər”

A.S.Qriboyedov

    Ermənilər etnik və toponomik reformları həyata keçirməklə tarixi həqiqətləri dəyişmək iqtidarında deyillər. Erməni “etimologiyası” Azərbaycan və Gürcüstan toponimlərini köklü şəkildə dəyişərək əvəzində özlərinin lirik şərhlərini təklif edirlər.

Erməni əfsanələri görə İrəvanın salınması tarixi Nuh peyğəmbərin dövrünədək gedib uzanır. Bu əfsanələrə görə, guya ümumdünya sel basqını zamanı Nuh peyğəmbərin gəmisi Araratın zirvəsinə çıxır və Nuh peyğəmbər quru sahəsini görərək  “Yerevanç!” (O göründü!)deyə qışqırır. Bu həmin xalq etimologiyasının nümunələrindən biri hesab olunur. XIX əsrin sonundakı erməni mənbələrinə görə İrəvan seldən sonrakı ilk yaşayış məntəqəsidir. Bu isə İrəvanın həm də dünyanın ən qədim şəhəri olduğu mənasına gəlir. Nuh peyğəmbər “Yerevanç” deməklə özünün erməni olduğunu büruzə verib. Ermənilər bu yolla özlərinə tarix və mədəniyyət qurdular, bunu sonradan “qədim, böyük Ermənistan”ın tarixi kimi qələmə verdilər.

Erməni alimləri 1950-ci ilədək İrəvan şəhərinin yaranma tarixini süni şəkildə qədimləşdirməyə nail ola bilmədilər. 1950-ci ildə erməni-sovet arxeoloqları Arin-Berd təpəsində mixi xətlə yazılmış daş kitabə aşkar etdilər. Kitabədə Urartu hökmdarı I Argişti tərəfindən salınan Erebunun adı çəkilmişdi. Yazını oxuyandan sonra məlum oldu ki, Urartu  şəhəri Erebunun qala divarları e.ə.782-ci ildə tikilib. Sanki bütün Ermənistan bu faktın tapılmasını şadyanalıq etdi və bu, Ermənistan SSR-nin hakimiyyətinin əlində 1968 –ci ildə İrəvanın 2750 illiyini qeyd etməsi üçün əsas  oldu. Həmin gündən bəri səbəbini bilmədən hər il 10 oktyabrda İrəvanın ad gününə həsr olunmuş siyasi-tarixi şou keçirilir.

Kitabədə üç mixiyazılı “RBN” işarəsi qeyd olunub (qədim dövrlərdə sait hərfləri yox idi) və bu təcili şəkildə “Erebun” kimi oxunub və şərh edilib. Bununla yanaşı qədim kitabədə “RBN” şəhərinin coğrafi mövqeyi barədə dəqiq göstəriş yoxdur.

Ancaq Urartunun Ermənistanla hansı əlaqəsinin olduğu tamamilə aydın deyil.  Ermənilər bu zaman özlərinin tarixi vətənlərinin axtarışında idilər və onlar hələ Qafqazda məskunlaşmamışdılar.

Bu qəribə tarix haqqında tədqiqatçı Şnirelman yazır: “ Arxeoloji tapıntıların sonradan qeyd olunan bayramla (SSRİ dövründə) heç bir əlaqəsi yox idi. Həqiqətən, axı ümumxalq bayramını arxeoloqlar deyil, Ermənistan hakimiyyəti təşkil edirdi və buna böyük vəsait sərf olunurdu…Bəli, Ermənistanın paytaxtının Urartu qalası ilə nə əlaqəsi var idi? Həm də bu əlaqəni təsdiqləmək üçün sübut lazımdır. Qoyulan sualın cavabı Ermənistanın yeni tarixini bilənlər üçün sirr deyil.  Bu hadisələrin kökünü 1965-ci il hadisələrində axtarmaq lazımdır, hansı ki, bu hadisələr bütün Ermənistanda erməni millətçilyinin yüksəlişinə impuls vermişdi.”

Daha doğrusu gözlənilməz və doğru oxunmayan arxeoloji tapıntı olmasaydı, onda ermənilər onların “doğma” İrəvanının 2800 ildən artıq tarixi var.

Həqiqətdə isə tarixi faktlara görə İrəvan Azərbaycan-türk imperiyası olan Səfəvilər imperiyasının Osmanlı imperiyası ilə sərhəddində dayaq nöqtəsi kimi tikilmişdi. Səfəvi hökmdarı I Şah İsmayıl Osmanlı imperiyasının Şərqə doğru genişlənməsinin qarşısını almaq məqsədilə 1515-ci ildə Zəngi çayının sahilində qala tikilməsi əmrini vermişdi. Qalanın tikilməsi işi vəzir Rəvanqulu xana həvalə edilmişdi.Buradan da qalanın adı Rəvan qalası qalıb. Sonradan Rəvan qalası Rəvan şəhərinə və İrəvan şəhərinə çevrilib. Bəzi şərqşünasların fikrinə görə, “İrəvan” toponimi türk sözü “ir”-in birləşməsi ilə əmələ gəlib. Bu orta əsrlərdə “dalğavari zirvə; Günəşə doğru baxan dağın döşü” mənasına gəlir, fars sözü olan “van” sözü isə “məkan, yaşayış məskəni” kimi tərcümə olunur. Sonradan Səfəvilər imperiyasının zəiflədiyi mərhələdə 20-dən artıq xanlıq yaranmışdır ki, bunlarda biri də İrəvan xanlığıdır. İrəvan xanlığı XIX əsrin əvvəllərində Rusiya imperiyasının regiona zorla girməsi və xanlığı işğal etməsinə kimi mövcud olub.

İ. Şopenin qeydlərinə görə, Rusiya imperiyası tərkibində “Erməni vilayəti”nin təşkil olunmasınadək xanlığın ərazisinə Vedibasar, Zəngibasar, Basarkeçər, Dərələyəz, Göyçə, Zəngəzur, Qırxbulaq, Abaran, Səədli, Seyidli, Dərəçiçək, Dərəkənd, Talın və Sərdarabad mahallar daxil idi.

Türkmənçay müqaviləsindən dərhal sonra bütün Rusiyanın imperatoru I Nikolay 21 mart 1828-ci il fərmanı ilə Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” qurdu. Vilayətin tərkibinə İrəvan şəhəri də daxil idi. Bu dövrdə İrəvan şəhərində 7331 azərbaycanlı və 2369 erməni yaşayırdı.

XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlı əhalisinin sayına görə Qafqazda Bakı və Yelizavetpol quberniyasından sonra 3-cü yeri tuturdu.  1897-ci ildə Rusiya imperiyasında aparılan ilk əhalinin siyahıyaalınma nəticələrinə görə, İrəvan quberniyasında 313 min 178 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvvəlində baş verən sonrakı  hadisələr bu faktın Azərbaycan xalqının tarixində faciələrin davam etməsinə səbəb olduğunu göstərir.

1905-1907 hadisələrindən sonrakı illərdə azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə davam edib. Bunu statistik rəqəmlər də sübut edir. 1916-cı il üçün olan statistik rəqəmlərə görə İrəvan quberniyasının 5 qəzasında 1916-cı ildə yaşayan əhalinin sayı 1831-ci ildəki ilə müqayisədə 40 dəfə artıb. Əhalinin sayı 14300 nəfərdən 570 min nəfərə çatıb. Lakin həmin vaxt azərbaycanlı əhalinin sayı 4,6 dəfə artaraq 246 min 600 nəfər təşkil edirdi. Yaxud digər bir misal. Əgər 1886-1897-ci illərdə əhalinin artımı 40 min nəfər idi. 1905-ci ildə əhalinin artımı 1886-cı ildəkindən 61 nəfər çox idisə, 1905-1916-cı illərdə bu rəqəm 17 min nəfər olmuşdu.  Bu qanqaraldan rəqəmlər Çar Rusiyasının dövründə erməni millətçiləri tərəfindən həyata keçirilən şovinist siyasətdən xəbər verir və ermənilərin azərbaycanlıları  öz yurd yerlərindən qovmaq planını konkret həyata keçirməklə  “türklərsiz Ermənistan” (ermənilər azərbaycanlıları “türk” adlandırırdı) qurmaq istəklərini bir daha sübut edir. 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından, I Dünya müharibəsindən sonra Rusiyadakı hadisələrdən istifadə edən ermənilər öz planlarını bolşevizm pərdəsi altında həyata keçirməyə başladılar. 1918-ci ilin martında Bakı kommunası əks-inqilabi elementlərlə müharibə şüarı ilə bütün İrəvan quberniyasını azərbaycanlı əhalidən tamamilə təmizlənməsi məqsədi güdən cinayətkar planlarını yerinə yetirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər həmişəlik Azərbaycan xalqının yaddaşına həkk olunub.  Öz milli mənsubiyyətlərinə görə minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Ermənilər evləri yandırıb, canlı insanları odun içinə atırdılar.  Milli memarlıq incilərini, məktəblər, xəstəxanalar, məscidlər və digər tiklilər onlar tərəfindən dağıdılıb xarabazarlığa çevrilmişdi.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması da  itkisiz ötüşmədi. ADR ərazisinin bir hissəsini itirdi. Bunu Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyskinin ADR-in xarici işlər naziri M.H. Hacınskiyə yazdığı məktub da təsdiq edir. Məkubda deyilir: “ Ermənilərlə bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edəcək və müharibəyə son qoyacaq. Biz İrəvanı onlara güzəştə getdik.”

1918-1920-ci illərdə kütləvi qırğınlar dövründə indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlı əhalinin 565 min nəfəri qətlə yetirilmiş və yurd-yuvalarından qovulmuşdu. Bu faktları erməni mənbələri də təsdiq edir: “1920-ci ildə daşnaklardan sonra Sovet Ermənistanında türk (azərbaycanlı) əhalinin sayı 10 min nəfərdən bir az artıq idi. 1922-ci ildə 60 min azərbaycanlı qaçqının öz evlərinə qayıtmasından sonra burada azərbaycanlıların sayı 72 min 596 nəfər oldu.”

1948-53-cü illər deportasiyası. Sovet hakimiyyəti illərində ermənilər  artıq milli metodikaya çevrilmiş daimi şəkildə azərbaycanlıların qovulmasını davam etdirdilər. Ermənistan SSR qonşularının əraziləri hesabına öz ərazisini genişləndirməyə cəhd edirdi.  Bu fəaliyyət zamanı Ermənistan SSR-də və onun sərhədlərindən kənarda yaşayan ermənilər birgə hərəkət etmək haqqında razılığa gəlmişdilər. Bu da sərsəm “Böyük Ermənistan” ideyasının reallaşdırılması üçün qlobal planın olduğunu sübut edirdi.

1943-cü ildə Tehran konfrasının keçirilməsindən istifadə edən erməni diasporu SSRİ xarici işlər naziri Molotova İranda yaşayan ermənilərin SSRİ-də yerləşdirilməsi xahişi ilə müraciət etdilər. İosif Stalinin bu məsələ ilə bağlı razılığı faktiki olaraq 1948-1953-cü illlərdə azərbaycanlıların Ermənistan ərazisindən kütləvi olaraq deportasiya edilməsi prosesinin əsasını qoydu.

1945-ci ildə Ermənistan hakimiyyəti Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırdı.  Onlar bunu guya Qarabağın Ermənistanla iqtisadi bağlılığı ilə əsaslandırırdılar. Lakin bu cəhdlər öz məqsədinə çata bilmədi.  Onda başqa taktika seçildi.

1941-1945-ci illərdəki müharibədən dərhal sonra xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi prosesi başladı. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50 min 900 erməni köçürülmüşdü. 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülmüşdü.

1947-ci ildə Ermənistan Kommunist partiyasının baş katibi Q.Arutyanov köçürülən ermənilərin yerləşdirməsindəki çətinliklər barədə Moskvaya müraciət etdi. Arutyanov guya əməyin səmərəliliyini artırmaq məqsədilə həyasız şəkildə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarına köçürülməsini təklif edirdi.

1948-ci ildəki rəqəmlərə görə Azərbaycana 2357 ailə (11 min 46 nəfər insan), 1949-cu ildə 2368 ailə (10 min 595 insan), 1950-ci ildə isə 14361 nəfər insan köçürülüb. 1948-1950-ci illərdə Azərbaycana köçürülən 8110 ailədən yalnız 4878 ailə yaşayış yeri ilə təmin olunmuşdu. Ümumiyyətlə, 1948-1952-ci illərdə 100 min nəfərdən çox insan köçürülmüşdü. Köçürülmüş və evsiz buraxılmış insanların əksəriyyəti dağlıq zonada yaşayan insanlar idi və onlar ovalıq iqliminə çətinliklə dözürdülər. Nəticədə onların arasında həyatını itirən çoxsaylı insan var idi. Hətta belə şərtlərdə köçürülən azərbaycanlıların və Azərbaycan rəhbərliyinin köçürülən insanların dağlıq bölgələrdə və Qarabağda yerləşdirilməsi ilə bağlı Moskvaya müraciəti mərkəzi orqanlar tərəfindən qəti şəkildə rədd edilmişdi. Pambıqçılığın inkişafı məqsədi adı altında insanların  “könüllülük” əsasında köçürülməsinin digər bir tərəfi insan taleyinə və minlərlə insan itkisinə qarşı rəhmsizlik, zalımlıq idi.

Ermənistan özünün sıxışdırıb siyasəti ilə faktiki olaraq monoetnik respublikaya çevrildi və daşnakların “azərbaycanlılarsız Ermənistan” reallaşdırıldı. Erməni tarixini yazanların da təsdiq etdiyi kimi orta əsrlərdə Azərbaycan qalası olan İrəvan bugün “Ermənistanın on ikinci paytaxtı” hesab olunur. 10 oktyabr 2010-cu ildə erməni “müdrik”ləri  Yerevan şəhərinin 2792 illiyini qeyd etdilər. Halbuki həqiqətdə bu adda ermənilərin ən qədim şəhərinin 100 ildən artıq tarixi yoxdur. Yuxarıda qeyd olunmuşlardan sonra  belə bir sual veririk: “Ermənilərin İrəvanı qəti şəkildə “Ermənistanın paytaxtı” adlandırmağa haqqı varmı?”

Gürcüstan və Azərbaycan öz tarixi ərazilərini qaytarmaq üçün mübarizə aparmalıdır və bizim torpaqlarımızda qurulan Ermənistan dünyanın siyasi xəritəsindən silinməlidir.

 

 

Ermənistanın paytaxtı, Azərbaycan şəhəri İrəvan
Quram  Marxuliya

Suxumi Dövlət Universiteti:

“Ermənilər Ermənistan axtarışında” ,

 Tbilisi-2010 (səh 127-131)

 

Ruscadan çevirdi: Söhrab İsmayılov

 

 

30.09.2012 12:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*