Azərbaycanca

“Ermənistanın qarşısında şərt qoyublar ki, Qarabağdan imtina etsin”

02.07.2014 | 16:09

1404302922_stepan_grigoryan_061210“Ermənistan Avrasiya İttifaqının təsisçilərindən biri olmaq istəyirdi. Amma bu baş vermədiyindən Ermənistanın mövqeyi bir qədər zəifləyib”. Bu fikirləri açıqlamasında politoloq Stepan Qriqoryan bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Avropa İttifaqı ilə əməkdaşlıq haqqında sənəd imzalamaqdan imtina edərək, Avrasiya İttifaqına doğru istiqamətləndi:

“İrəvan yeni birliyin təsisçilərindən biri olaraq veto hüququna sahib olmaq istəyirdi. İndi Ermənistan sanki havadan asılı vəziyyətdədir. Prosesi əngəlləyən əsas səbəblərdən biri də Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanın qarşısında şərt qoyublar ki, Qarabağdan imtina etsin. Bu məsələni Rusiya qaldırıb və mən buna çox pis yanaşıram. Belə görünür ki, Rusiya bu məsələni ilk növbədə Azərbaycanla həll etmək istəyir. Ermənistan Avrasiya İttifaqını seçdiyi andan Rusiya üçün marağını itirib. Məni ən çox təəccübləndirən odur ki, Lavrov formal olsa da İrəvanı ziyarət etdi, amma Ermənistanın yanında olduqlarını, bizi unutmadıqlarını bir dəfə də olsun xatırlatmadı. Doğrudan da bu gün Ermənistan Rusiya üçün maraqsız dövlətə çevrilib.Biz nəyimiz var idisə hamısını Rusiyaya təhvil vermişik. Rusiya sürətli şəkildə Ermənistanı yeni birliyə üzv qəbul etsə, Azərbaycanı itirə bilər. Ona görə də Moskva Ermənistanın üzvlüyü prosesini ləngidir”.

S.Qriqoryan deyib ki, Rusiya Azərbaycanın prosesə maraq göstərəcəyinə ümid edir: “Amma Bakı hələ ki, heç bir maraq göstərmir. Azərbaycan, ancaq Qarabağın ona qaytarılacağı halda inteqrasiya prosesinə maraq göstərə bilər. Mən Azərbaycanın bu prosesə maraq göstərəcəyinə inanmıram. Ermənistanın birliyə üzv olmaması İrəvanın xeyrinədir. Çünki Avrasiya İttifaqı daxilində oyun qaydaları İrəvanın maraqlarına uyğun deyil”.

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

02.07.2014 16:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*