Ermənistan Milli Olimpiya Komitəsi (MOK) baş katibi Qraçya Rostomyan və MOK idarə rəisi Vaginak Qalstyan Avropa olimpiya komitəsinin 21-22 noyabr tarixlərində Bakıda keçiriləcək 43-cü sessiyasında iştirak edəcəklər.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə dünən Ermənistan MOK-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 2015-ci il 12-28 iyun tarixlərində Azərbaycanın paytaxtı ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
“ Toplantı gündəliyinə digərləri ilə bir sırada ən mühüm məsələ- Birinci Avropa olimpiya oyunlarının keçirilməsi- daxil edilib”,- deyə məlumatda söylənilir. Sessiya iştirakçıları başda Avropa Olimpiya Komitəsi prezidenti Patrik Hiki olmaqla Oyunların keçirilməsi üçün tikilən idman bazalarını ziyarət edəcək, o cümlədən hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar.
“KarabakhİNFO.com”