Azərbaycanca

“Ermənistanın ruslar qarşısında boyun əydiyi bəsdir!”

17.01.2015 | 17:11

gfgfg

 

 

 

 

 

 

 

Armənistanın “Asparez.am” saytını oxuyarkən Samvel Stepanyan adlı birinin kiçik də olsa, maraqlı bir yazısı diqqətimi cəlb etdi. Yazı Gümrüdə (keçmiş Leninakan) yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət edən sıravi əsgər Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi ilə bağlı Rusiyaya nifrətini və ittihamını təlqin edirdi. Yazını oxuculara təqdim edirəm:

 

“Erməni milləti, ayağa qalxmaq lazımdır, birləşmək lazımdır… nə olduğunu düşünmürsünüzmü?! … Necə başa düşək, ruslar qarşısında boyun əydiyiniz bəsdir!  Necə deyərlər, bizim “dostlarımıza” nəhayət, göstərək ki, biz istənildiyi kimi oyun oynaya biləcək nəsil qrupu deyil. Millətik, o, böyük bir pişik, biz isə siçan deyilik.

 

 

Bizim “hərbi tərəfdaşımıza” başa salmaq lazımdır ki, erməninin də təkəbbürü var, erməni də millətdir, hər hansı operativ vahid deyil. Rusiya səfirliyi, Gümrüdəki rus konsulluğu və hərbi bazası qarşısında izdihamlı nümayişlər keçirməyi təkilf edirəm. Moskvanın və bütün Rusiyanın erməni icmasını ayağa qaldırmaq, konkret tələblərlə nümayişlərə başlamaq lazımdır… Gəlin, qərar verək və hüquqlarımızı tələb etmək üçün çıxaq”.


Sabir Babayev

KarabakhİNFO.com

17.01.2015 17:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*