Azərbaycanca

Ermənistanın seçimi: sülh yoxsa müharibə?

12.11.2014 | 16:05

ermeni-bayraqErməni terrorizmi – siyasi məqsədə nail olmaq üçün Ermənistanın dövlət separatizmidir. Bu öz əksini Qarabağdan başlayaraq Abxaziyada, Cənubi Osetiyada, Çeçenistanda, Serbiyada, Kosovada, Makedoniya və b. yerlərdə göstərir.

 

Cənubi Qafqazda regionunda terror-separatizmin əsas daşıyıcıları ermənilərdir. Onlar arasında daha çox tanınmısı aşağıdakı ikisidir: Daşnaksütun və ASALA – Ermənistanın azad edilməsi üçün gizli erməni ordusu.

 

 

Daşnaksütun yaşına görə dünyada ən çox təcrübəli və qəddar təşkilatdır. O, 1890-cı ildən fəaliyyətə başlayıb və terror-separatist partiya kimi formalaşıb. Hələ 112 il bundan öncə bu terror-separatist təşkilat öz fəaliyyətinin üç şüarını bəyan etdi:
• Bütün dünyada türk dövlətinə və türklərə qarşı mübarizə;
• Ermənistanın azad edilməsi –Ermənistan dövlətinin yaradılması;
• Dağlıq Qarabağın Azərbaycan dövlətindən qoparılması.
Daşnaksütun yalnız XX əsrin son 20 ili ərzində 500 dən çox terror aksiyası həyata keçirib. Onlar Türkiyənin Avstriyada, Yuqoslaviyada, İsveçrədə, Avstraliyada, Belçikada, Bolqarıstanda, Danimarkada, İspaniyada, ABŞ-da BMT yanında və b. yerlərdə fövqəladə və sələhiyyətli səfirlərini öldürüblər.
Məhz onlar Moskvada «Pervomaysk» metro stansiyasında, Moskvanın Lenin və Bauman rayonlarında böyük mağazaları, Bakıda metro stansiyasını partlatmışdılar.

 

 

İkinci qüvvə – 1975-ci ildə Türkiyədə təşkil olunmuş ultraterror-separatist təşkilat olan ASALA-dır. Onun məqsədi tərkibinə Türkiyənin yeni şərq əyalətləri, İranın şimal hissəsi, Azərbaycanın cənub-qərb hissəsi və Gürcüstanın cənub rayonları daxil edilməklə böyük Ermənistan yaratmaqdır.
ASALA-nın əsas bazası Livanda, Azərbaycanın Dağlıq Qarabağ regionunda, Gürcüstanın ermənilər çoxluq təşkil edən ərazilərində, Rusiyada, Suriyada yaşayan ermənilər, həmçinin İranda, Türkiyədə, İrakda yaşayan kürdlərdir.
ASALA Abu-Nidal, «Hizbullah» və Kürd Fəhlə Partiyası ilə sıx əlaqə saxlayır.
Bu gün KFP-nın döyüşçülərinin hər üç nəfərindən biri erməni millətinin nümayəndəsidir. Təsadüfi deyil ki, KFP-nın xarici mənzil qərargahi İrəvanda, onun filialları isə İran,Türkiyə və Azərbaycan sərhədlərinə yaxın Gümrü və Qorusda yerləşir.

 

 

KFP-nın bazalarında erməni terroristləri də yetişdirilir və ASALA hər bir erməni terrorçusunun öyrədilməsi əvəzində 5 min dollar ödəyir. Bu düşərgəyə adamlar isə əsasən Livandan, Suriyadan, Türkiyədən, Yunanıstandan, İtaliyadan, Gürcüstandan, Rusiyadan və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər sırasından cəlb edilirlər.
ASALA-nı erməni diasporu maliyyələşdirir, bunun üçün ASALA-nın tabeçiliyində vəsait toplamaq üçün xüsusi qərargah fəaliyyət göstərir. Erməni terrorçularının əsas maliyyələşdiriciləri ABŞ, Fransa, Livan, Rusiya, Yunanıstan, İtaliya və b. yerlərdə yaşayan etnik ermənilərdir.

 

 

2002-ci ilin əvvəli üçün erməni diasporunun yardımı aşağıdakı kimi olmuşdur: ABŞ-57%, İtaliya –15%, Ərəb ölkələri – 12%, Fransa –8%, Rusiya-3%, MDB –1%.
Erməni lobbisinin fəal dəstəyi ilə kürd terror-separatçıları, və Kürd Fəhlə Partiyası 1999-cu ilin fevralında Rusiyanın Yaroslavl vilayətində min hektarlarla sahəni 99 il müddətinə icarəyə götürüblər. Bu ərazilərdə kürd və erməni terrorçularının qanunları işləyir.

 

 

Məlumdur ki, təbii sərvətlər baxımından Ermənsitan kasıb ölkədir. İndi Ermənistanda heç bir müəssisə işləmir. Demək olar ki, Ermənsitan iki mənbəyə əsasən mövcuddur.
1)Erməni diasporunun vəsaitləri; Onlar elə vəziyyətdədir ki, əgər onun hamısını satsalar Rusiyaya olan borcun 10%-ni ödəməz.
2) Ermənistan ərazilərində hərbi bazalar yerləşdirmək əvəzinə ödənilən Rusiya vergiləri; Ermənistan özü bir qırıcı təyyarə almaq iqtidarında deyil.

 

 

Rusiya son zamanlar Ermənistanın hava müdafiəsini, onun dövlət sərhədlərinin müdafiəsini, erməni ordusunun silahla təchizini öz üzərinə götürüb. Ancaq əsrlərlə öz himayəçilərinin vergisi və yardımı ilə yaşamaq olmaz, əksinə əsrlərlə qonşu olduğu dövlətlə əməkdaşlıq etməyin yolları və formalarını axtarıb tapmaq lazımdır. Bu istənilən dövlət üçün aksiomadır.
Bu problemi həll etməklə geoperspektivdə Qafqaz ümumi bazarı təşkil etmək olar ki, burada sonradan Türkiyə, İran, Orta Asiya dövlətləri və Qazaxıstan da daxil ola bilər. Nəzərə alınsa ki, burada geniş enerji ehtiyatları nəqliyyat infrastukturu, Böyük İpək Yolu, telekommunikasiya və b. yerləşir, bura xarici investorları cəlb etmək mümkündür. Qafqaz ümumi bazarının təşkil edilməsi Avropa İttifaqı kimi Qafqazda da inteqrasiya proseslərinə təsir edə bilər. Belə siyasət Qafqazda və bütün regionda sabitliyə və sülhə təsir göstərə bilər.
Amma Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsi üçün ilk növbədə Rusiya, Azərbaycan və Gürcüstanda münaqişə ocaqlarını söndürmək lazımdır; ikincisi, «Qafqaz» anlayışına daxil olan bütün dövlətlərin ərazi bütövlüyü qeyd şərtsiz təmin edilməlidir. Rusiya Federasiyası prezidenti V.Putin Bakıya səfəri zamanı (yanvar 2001) Azərbaycan prezidenti H.Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyü təmin olunmadan dörd dövlətin iqtisadi əməkdaşlığı mümkün deyildir.

 

 

Amma sülh və dinc yanaşı yaşamaya mane olan əsas səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir. Azərbaycan torpaqlarının tam azad olunması və qaçqınların öz doğma ocaqlarına qayıtması baş verməyincə Qafqazda iqtisadi və siyasi əməkdaşlıqdan söhbət gedə bilməz.
Ermənistan da başa düşməlidir ki, onun Qafqazda gələcəyi qonşuları ilə normal, dinc münasibətlər qurulmasından asılıdır. Qonşu dövlətin ərazisini zəbt etmək heç vaxt heç kimə fayda verməmişdir. Qafqaz ümumi bazarının hərəkətverici qüvvəsi qarşılıqlı fayda, könüllülük. İqtisadi əməkdaşlıq, bütün ölkə və xalqların bərabərliyidir. Belə tədbirlərin həyata keçirilməsi Qafqazda gömrüksüz və vizasız zona yaradılmasına, «Şengen» sazişləri mahiyyətində beynəlxalq əməkdaşlığın təşkilinə gətirib çıxaracaqdır.

 

 

Aynur Tağıyeva

“KarabakhİNFO.com”

 

 

12.11.2014 16:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*