Xəbər verildiyi kimi, qondarma Dağlıq Qarabağ rejiminin “baş naziri” yaxın zamanlarda Xocalı aeroportunda ilkin uçuşların ediləcəyini bəyan edib. Məlumdur ki, Ermənistan bu addımla növbəti təxribatını həyata keçirməyə başlayır. Eyni zamanda bununla regionda yeni bir təhlükə yaradır. Maraqlıdır ki, Xocalı aeroportunun işə düşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara hansı təsir göstərəcək? Bu və digər məsələlərlə bağlı “KarabakhİNFO.com” ekspertlərə müraciət edib.
Millət vəkili Elman Məmmədov e-jurnalımıza bildirdi ki, Xocalı aeroportuna gələn və ordan çıxan uçuşların hamısı Azərbaycan qanunları ilə tənzimlənməlidir: “Çünki Xocalı aeroportu Azərbaycan Respublikasının ərazisindədir. Bu səbəbdən də Azərbaycanın və eləcə də Beynəlxalq Aviasiya Təşkilatının qanunlarından kənar şəraitdə əgər uçuşlar olunacaqsa rəsmi Bakı onun qarşısını bütün cəhdlərlə alacaq və almağa hazırdır”.
E.Məmmədovun fikrincə, ermənilər tərəfindən olan bu hərəkət təxribat xarakteri daşıyır: “Onlar bu uçuşlar həyata keçirəcəksə, Azərbaycan tərəfi güc tətbiq edərək bu uçuşların qarşısını alacaq. Ermənilər və onların havadarları bundan istifadə edərək Azərbaycana qarşı nə isə kampaniyaya başlayacaqlar. Buna görə Azərbaycan Respublikasının rəhbərliyi bir ildən artıqdır ki, müvafiq beynəlxalq təşkilatlara öz etrazını bildirib. Bəyan edib ki, beynəlxalq təşkilatlar ermənilərin bu cəhdlərinin qarşısını alsın. Əks təqdirdə bu, xoşagəlməz hallara gətirib çıxaracaq. Azərbaycan tərəfi qəti şəkildə hər dəfə bəyan edib ki, bu uçuşlara heç zaman yol verməyəcək”.
Millət vəkili dedi ki: “Bu aeroportun işləməsi Azərbaycan dövlətinin icazəsi ilə olmalıdır. Bu da o zaman baş verəcək ki, həmin aeropot yerləşən ərazi və ermənilərin işğal etdikləri digər ərazilər azad olunacaq. Amma bugün əgər o aeroport işləyəcəksə, hesab edirəm ki, Azərbaycan tərəfi bütün vasitələrdən istifadə edib onun qarşısını almalıdır. Azərbaycanın bu uçuşların qarşını almaq üçün hərbi gücü kifayət qədərdir”.
Onun sözlərinə görə Ermənisatnın bu addımı məqsədlidir: “Ermənilərə havadarlıq edən müəyyən güclü qüvvələr var. Bu qüvvələr məlumdur. Onları, erməniləri məcbur edirlər ki, bu addımı atsınlar və müəyyən məsələlər baş versin və onlar da bundan istfadə edib Azərbaycana qarşı təzyiq göstərsinlər. Azərbaycan həmişə belə təcavüzlərə cavab verməyə hazırdır və bilirik ki, bizə həmişə təcavüz hardan gələ bilər”.
Hərbi Jurnalistlər Birliyinin Sədri, ehtiyatda olan Polkovnik Üzeyir Cəfərov bu aeroportun fəaliyyətə başlamasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara zərbə vuracağını düşünür. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələnin reallaşmaması üçün addımlar atmalıdır. Onların bu məsələdə susqunluq nümayiş etdirməsi sanki onu deməyə əsas verir ki, bu bir növ ermənilər üçün yaşıl işıq yandırmaqdır. Minsk Qrupunun həmsədrləri fəaliyyətsizliklərini ört-basdır etmək üçün çox marağındadırlar ki, bu iş baş tutsun və Azərbaycan tərəfi güc tətbiq etsin. Əgər Azərbaycan tərəfi güc tətbiq edərsə, danışıqlar prosesində yenə də bir pauza yaranacaq. Bundan istifadə edən bivec həmsədrlər yenə də tərəfləri barışdırmaq üçün hansısa addımlar atacaqlar”.
Ü.Cəfərov da bunun Ermənistanın növbəti təxribatı olduğunu vurğuladı: “Əslinə qalsa Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün imkanları var ki, ermənilərin bu təxribatının qarşısını alsın. Azərbaycan bu məsələdə son dərəcə diqqtəli olmalıdır. Çünki burada daha çox maraq ondadır ki, gərginlik yaransın və bu fonda da onlar öz istəklərinə nail olsunlar. Hər halda hesab edirəm ki, Azərbycan da özünə hörmət edən bir dövlət kimi bu addımların qarşısını alacaq”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Cəsur Məmmədovun fikirncə isə rəsmi Bakı heç bir vəchlə bu hava limanın işə düşməsinə imkan verməməlidir: “İstər siyasi yolla, istərsə hərbi tədbirlərlə bunun qarşısı alınmalıdır. Çünki Azərbaycanın əvvlcədən yürütdüyü siyasət ona dəlalət edir ki, buradan hər hansı uçuşların edilməsi mümkün deyil. Beynəlxaq birlik də bu şəkildə bunu qəbul edir. Ötən ilin ortlarında Minsk Qrupunun bəyanatında qeyd olunmuşdu ki, tərəflər bu hava limanın işə salınmasında hərbi addmın atılmasına yol verməyəcəyi razılğına gəliblər. Bu belə bir ehtimal yaradırdı ki, rəsmi Bakı möveqelərindən bir qədər geri çəklib. Amma bu yaxınlarda yenidən səslənmiş fikirlər onu göstəirir ki, hələlik rəsmi Bakı uçuşlara icazə vermək niyyətində deyil.
Ümid edirəm ki, ermənilər ordan hər hansı uçuş edən kimi rəsmi Bakı dərhal buna cavab verəcək. Çünki ən azı bununla bağlı rəsmi bəyanatlar verilib və hərbi hava qüvvələrinin bu istiqamətdə hazırlığa gətirildiyi bildirilir”.
Ekspertin fikrincə, əgər ermənilər Xocalı aeroportundan istədikləri kimi istifadə etsələr, bu zaman Azərbaycanın maraqların çox ciddi zərbə olacaq: “Aydındır ki, ermənilər Xocalı aeroportundan daha çox hərbi məqsədlər üçün istifadə etməyi planlaşdırırlar. Eyni zamanda bölgənin turizm imkanlarının inkişaf etdirilməsi Azərbaycanın maraqlarına ziddir. O baxımdan hesab edirəm ki, rəsmi Bakı bu istiqamətdə öz siyasətini yürütməlidir. Hər hansı bir imkan yaratmalı deyil ki, ermənilər bu hava limanını işə salsınlar”.
C.Məmmədov da bildirdi ki, bu aeroportun açılması ermənilərin növbəti təxribatı olacaq. “Azərbaycan bu təxribata qarşı hazır olmalıdır” deyən həmsöhbətimiz ermənilərin bununla Azərbaycanı yenədən münaqişəyə cəlb etmək istədiyini qeyd etdi: “Onlar istəyir ki, Azərbaycan hərbi adım atsın. Rəsmi Bakı ehtiyatla qarşısını almalıdır bu prosesin. Daha çox siyasi danışıqlardan istifadə edib, ermənilərin bu arzularından vaz keçməsinə nail olmalıdır. Ermənilər hər hansı uçuş addımı atsalar Azərbaycan onda hərbi yolla onlara cavab verməlidir”.
“Doktrina” rəhbəri də ermənilərin bu adımının Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların tam zidd olduğunu bildirir: “Rəsmi Bakının əsas hədəfləri Azərbaycanın ərazi bütövlyünün təmin olunmasıdr. Eyni zamanda Minsk Qrupunun apardığı danışıqların da hədəfi odur ki, tərəflər hərbi bəyantlardan, münaqişənin alovlanmasına dəlalət edən addımlardan geri çəkilsilər. Amma Ermənistan tərəfinin bu addımı münaqişənin yenidən alovlandırılmasına yardım edəcək. Sözsüz ki, bu baxımdan danışıqların gedişinə də ciddi bir mane yaranacaq”.
Fuad Hüseynzadə
KarabakhINFO.com